AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
CƏLİLABAD FİLİALI
İ M T A H A N T A P Ş I R I Ğ I
İXTİSAS: ____________________________________________________________________
QRUP VƏ KURS: _____________________________________________________________
KAFEDRA: __________________________________________________________________
TƏDRİS İLİ: _________________________________________________________________
FƏNNİN ADI: ________________________________________________________________
FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİM: _____________________________________________
TƏLƏBƏNİN ADI, SOYADI, ATASININ ADI: Ləman Şahbazova
MÖVZU: Əvəzliyin mənaca növləri: qayıdış əvəzliyi
CƏLİLABAD 2020
MÜNDƏRİCAT
GİRİŞ ......................................................................................................................................
|
3
|
TAPŞIRIĞIN MƏZMUNU ...................................................................................................
|
4
|
NƏTİCƏ ..................................................................................................................................
|
8
|
ƏDƏBİYYAT SİYAHISI ......................................................................................................
|
9
|
GİRİŞ
İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir.
Məsələn: Anar əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Günay birinci sinifdə oxuyur. Günay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfin yerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur.
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdış əvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur. Və yeganə əvəzliyin özünü əvəz edən "sual əvəzlikləri" dir.
Əvəzlik aşağıdakı qaydada təhlil olunur:
Hansı nitq hissəsini əvəz etməsi və sualı
Quruluşca növü
Mənaca növü
Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
Cümlədə rolu
Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O - ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır. Hamıdan - ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.
TAPŞIRIĞIN MƏZMUNU
Əvəzliyin mənaca aşağıdakı növləri vardır:
Şəxs əvəzlikləri. İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, şəxsə görə üç növə bölünür:
I şəxs (danışan): təkdə - mən, cəmdə -biz
II şəxs (dinləyən): təkdə - sən, cəmdə - siz
III şəxs (haqqında danışılan): təkdə - o, cəmdə- onlar.
I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn:
Pişik ev heyvanıdır. O, ildə dört. bəzən də beş bala verir.
Yaqut qiymətli daşdır O, Bədəxşanda olur.
III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır.
Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: sən ismi yiyəlik halda sən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. O şəxs əvəzliyi cümlədə müptəda olduqda çox vaxt ondan sonra vergül qoyulur. Məsələn: O,xalamgil ilə qonşudur. Şəxs əvəzlikləri əşyaların adını bildirmir,onları əvəz edir.
Qeyri-müəyyən əvəzliklər. İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur. Azərbaycan dilində ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır).
Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır.
Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur. Məsələn:
Hamı gülür (mübtəda).
Hərənizə bır sualım var (tamamlıq).
Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn:
Bu işdə günahkar hamımızıq.
İnkar əvəzlikləri. İnkar əvəzliklərinin çoxu heç sözünün köməyi ilə düzəlir: heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında). İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıq olur və hallanır.
Qeyd: Kimsə əvəzliyindən sonra gələn fel təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur. Məsələn: Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn fel inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı.
Sual əvəzlikləri. Sual bildirən sözlərə deyilir. Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur. Məsələn:
Kim dərsə gəlməyib?
Kimi istəyirsiniz?
Kimin var?
Haranız ağrıyır?
Nələri görmədik?
Kimlər gəldi, kimlər getdi?
Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir?
Təyini əvəzliklər. Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, öz sözlərindən ibarətdir. Məsələn:
Hər gözəlin bir eybi olar.
Mənim üçün bütün günlər gözəldir.
Hər gülün öz ətri var.
Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır və sifətə aid olur.
İşarə əvəzlikləri. İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn:
Bu (hansı?) kitab maraqlıdır.
O (hansı?) ağac çinardır.
Həmin (hansı?) oğlan tələbədir.
Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur. Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn:
Belə (elə) dostdan kim inciyər.
Elə oxu ki, mən də eşidim.
Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.
Bu, o əvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn:
Bu (nə?), uşağın kitabıdır.
Bundan (kimdən?) muğayat ol.
Onu (nəyi?) bura gətir.
Təriflədiyim oğlan budur (kimdir?).
Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.
Qayıdış əvəzliyi. Azərbaycan dilində yalnız isimləri deyil, isim yerində işlənən şəxs əvəzliklərini də əvəz edən, subyekti dəqiqləşdirən və ya özü də subyekt kimi çıxış edən bir əvəzlik var. Buna qayıdış əvəzliyi deyilir.
Qayıdış əvəzliyi “ öz” sözünə əksərən mənsubiyyət şəkilçisi əlavə etməklə düzəlir:
Mən öz-üm Biz öz-ümüz
Sən öz-ün Siz öz-ünüz
O öz-ü Onlar ö-zü (öz-ləri)
Qayıdış əvəzliyi cümlədə müstəqil söz kimi işlənərək subyekti bildirir.
"Öz" sözü mənsubiyyət şəkilçisi olmadan da işlənə bilir. O zaman "öz" sözünün hansı şəxsə mənsub olduğunu ondan sonra gələn sözlə müəyyən etmək olar. Məsələn:
Öz kitab-m Öz kitab-ımız
Öz kitab-ın Öz kitab-ınız
Öz kitab-ı Öz kitab-ları
Qayıdış əvəzliyi isimləri və isimləri əvəz edən əvəzlikləri də əvəz edə bildiyi üçün isim kimi hallanır.
"Də" ədatı ilə işlənən qayıdış əvəzliyi “özü də” bağlayıcısına bənzəyir. Məsələn:
O, özü də çox narahat idi - cümləsində "özü" qayıdış əvəzliyidir.
O, çox darıxırdı, özü də çox narahat idi.-cümləsində isə “özü də” bağlayıcıdır. Yəni “həm də” bağlayıcısına bərabərdir.
Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdış əvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur.Və yeganə əvəzliyin özünü əvəz edən "sual əvəzlikləri"dir.
Əvəzlik aşağıdakı qaydada təhlil olunur:
Hansı nitq hissəsini əvəz etməsi və sualı
Quruluşca növü
Mənaca növü
Halı, mənsubiyyət şəkilçisi (əgər varsa)
Cümlədə rolu
Bir nümunə: O, sinifdə hamıdan biliklidir. O - ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır. Hamıdan - ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.
NƏTİCƏ
Əvəzliklər cümlədə mübtəda, xəbər, tamamlıq, təyin və zərflik rolunda çıxış edə bilir.
Şəxs əvəzlikləri: Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. İsimlərin yerində işlənir və kim?, nə? suallarından birinə cavab verir. 1-ci və 2-ci şəxsi bildirən əvəzliklər yalnız insana, 3-cü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvanlara, cansız əşyalara aid olur. Nəzakət əlaməti olaraq nitqdə sən əvəzinə siz işlədilir. Şəxs əvəzlikləri isimlər kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda isimdən fərqli olaraq, yiyəlik halda -im şəkilçisini qəbul edir: mən+im, biz+im
Qeyri-müəyyən əvəzliklər: Qeyri-müəyyən əvəzliklər: biri, kimi, kimsə, nə isə, hamı, bəzi, hərə. İsimlərin yerində işlənir. Quruluşca sadə və mürəkkəb olur: Sadə: hamı, hərə, bəzi Mürəkkəb: hər kəs, hər biri. Qeyri-müəyyən əvəzliklər isimlər kimi hallanır.
İşarə əvəzlikləri: İşarə əvəzliklər bunlardır: o, bu, elə, belə, həmin. İşarə məqsədi ilə işlədilir. O, bu, həmin -sifətin yerində işlənir, elə, belə- sifətin və zərfin yerində işlənir. O, bu- ismin də yerində işlədilir. Belə olduqda cəmlənir, hallanır, ismin suallarına cavab verir, cümlənin mübtədası, tamamlığı və ya xəbəri olur. Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra, adətən, vergül qoyulur, həmin əvəzliklər felin və köməkçi nitq hissələrinin əvvəlində gəldikdə isə onlardan sonra vergül qoyulmur (istisna: modal sözlər).
Sual əvəzlikləri: Sual əvəzlikləri: kim?, nə?, hara?, necə, nə cür?, hansı?, nə zaman?, nə vaxt?, haçan?, nə edir? və s. Sual bildirən sözlərdir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Sual əvəzlikləri əvəzliklərin özlərini də əvəz edə bilir: Biz məktəbə gedirik. Kim məktəbə gedir?
Təyini əvəzliklər: Təyini əvəzliklər: öz, bütün, hər, filan. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərdir. Öz əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edib dəyişə bilir: özüm, özün, özü, özümüz, özünüz, özləri. Öz əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra ismi əvəz edə bilir və hallanır. Bütün, hər, filan əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir və hallanmır.
Qayıdış əvəzliyi: Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün.
Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan²] şəklində tələffüz olunur məndən- [mənnən], səndən - [sənnən], ondan- [onnan], ozümdən - [özümnən], özündən - [özünnən] və s.
ƏDƏBİYYAT SİYAHISI
Əliyev Kamran “Azərbaycan dili”, Bakı, “Elm” nəşriyyatı, 2011
Nağısoylu Mohsün, Zeynallı Mehman “Azərbaycan dili”, Bakı, 2009
https://azgrammar.top/v-zliyin-m-naca-novl-ri/
Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa Ġsgəndərzadə. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015, 236 səh.
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007.
Dostları ilə paylaş: |