Cəmiyyətdə insanlar arasında ən geniş yayılmış ünsiyyət növü işgüzar ünsiyyətdir. Bu ünsiyyət olmadan iqtisadi, hüquqi, diplomatik, ticarət, inzibati münasibətlər sahəsində heç nəyə nail olmaq mümkün deyil. İşgüzar danışıqları uğurla aparmaq, iş sənədini düzgün tərtib etmək bacarığı indi hər bir insanın peşə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bütün səviyyələrdə menecer, müəllim, tələbə, həkim, mühəndis, işçi, hər bir vətəndaş işgüzar danışıqları yüksək tələblər səviyyəsində bilməlidir