Ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:
ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.
ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi;
Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini göstərə bilərik:
maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə);
koqnitiv ünsiyyət (bilik mübadiləsi);
kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi);
motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi);
işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).
Dostları ilə paylaş: |