CƏMİYYƏT VƏ DİN elementi dini təlimdir. O, özündə dini dünyagörüşün həqiqiliyini əsaslandıran ehkamların
sistemli şərhini əks etdirir. Dini təlimin əsasında Allah, dünya, insan haqqında təsəvvür yaradan
aləmin dini mənzərəsi formalaşır” [13]. Beləliklə, dini ideologiya və dini psixologiya dini
şüurun strukturunda əsas amillərdən biri kimi çıxış edir.
Dini şüur dini ideya və dəyərlərlə əlaqədar olub müəyyən dinə və dini qrupa mənsubdur.
Onun əsas elementləri etiqad, təkamül obrazlarının yaradılması ilə hissi inandırıcılıq, gerçəkliyin
adekvat və qeyri-adekvat inikasının birliyi, alleqoriklik, dialoqluq, emosionallıq, dinin dili ilə
fəaliyyət göstərmədir. Kompleks şəkildə onlar dini şüuru səciyyələndirir.
Müasir dövrdə ictimai inkişafın əsas amillərindən biri dini tədqiqatların sosial-siyasi təsir
gücünün artması, dini şüurun cəmiyyətdə mövqeyini
n
möhkəmləndirilməsidir. Bunu bəzən dini
şüurun ateizmə kəskin reaksiyası ilə də izah edirlər.
Bütün postsovet məkanında olduğu kimi Azərbaycanda da dindarlığın “gəncləşməsi”
prosesi baş verir. Bəzən dini, dini şüuru milli identiklik səviyyəsinə yüksəltmək istəyənlərə də
təsadüf olunur.
Müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycan Respublikasında dinlərarası dialoq
və tolerantlıq hökm sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə
dialoq və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyini xüsusi qeyd edir: “... bütün
dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu,
Azərbaycan xalqının, dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların
əməyinin praktiki nəticəsidir” [8, s.266]. Dini şüurda dialoqluğu, tolerantlığı, əməkdaşlığı
gücləndirmək üçün ölkəmizdə xalqın, dövlətin və dini təşkilatların səyləri birləşdirilmişdir.
Nəticə. Beləliklə, dini şüurun ictimai şüurun forması kimi sosial-fəlsəfi təhlili nəticəsində
belə qənaətə gəlmək olar ki, dini şüur dinin strukturunda müəyyənedici elementlərdən olub,
ictimai şüurun formalarından biri kimi çıxış edir.
Məlum olmuşdur ki, dini şüurun özünəməxsus spesifik xüsusiyyətləri vardır. Dini şüurun
strukturuna daxil olan komponentləri və səviyyələrinin qarşılıqlı əlaqəsini təhlil edərək belə
nəticəyə gəlmək olar ki, dinin inkişaf formalarında onlar dialektik şəkildə bir-birinə nüfuz
edirlər.
Problemin nəzəri cəhətdən daha dərindən tədqiq olunması zamanı aşağıdakılar nəzərdə
tutulur:
- Dini şüurun ictimai şüurun forması kimi daha dərindən araşdırılması;
- Dini şüurun nisbi müstəqilliyinin fəallıq təsirinin öyrənilməsinin dindarların real
davranışlarına qədər genişləndirilməsi;
- Cəmiyyətin fərdi və kollektivçi tiplərində dini şüurun inkişaf prosesinin, əlaqələrinin
tədqiq edilməsi;
- Dini şüurun inkişafının proqnozlarının həyata keçirilməsinə imkan yaradan diaqnostik
və proqnostik qiymətləndirilmələrinin nəzəri tədqiqatlarının əlavə edilməsi.
34
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021