CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
1   2   3   4   5   6   7   8
Məqalənin məqsədi 
dini şüuru ictimai şüurun formalarından biri kimi sosial-fəlsəfi 


29
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021
CƏMİYYƏT VƏ DİN
aspektdən araşdırmaq,
 
onun inkişaf istiqamətini, fəallığını, nisbi müstəqilliyini və təzahür 
formalarını nəzəri-metodoloji baxımdan əsaslandırmaqdır.
Tədqiqatın nəzəri və metodoloji əsasları. 
Məqalədə hərtərəflilik və obyektivlik 
prinsiplərindən, komporativ, aksioloji, fenomonoloji yanaşmalardan, klassik deskriptiv 
metoddan istifadə edilmişdir.
Məqalənin nəzəri və təcrübi əhəmiyyəti.
Məqalənin nəzəri əhəmiyyəti ondadır ki, 
Azərbaycan cəmiyyətində dini şüur məsələsinə müəllif münasibəti öz əksini tapmışdır. Bu isə 
problemin daha dərindən və hərtərəfli təhlil edilməsinə, dini şüurun sosial-fəlsəfi aspektdən 
araşdırılması sahəsində anlayışlar sisteminin genişləndirilməsinə və zənginləşdirilməsinə 
gətirib çıxarmışdır.
Məqalənin təcrübi əhəmiyyəti ondadır ki, işin nəticələrindən dini şüurun daha dərindən 
tədqiq olunması üçün problemə dair yeni elmi əsərlərin yazılması zamanı istifadə oluna bilər. 
1. 
Dini şüurun sosial-fəlsəfi mahiyyəti
Din mütəxəssislərinin nəzərincə, İslam dini məzmun baxımından üç hissəyə bölünür: 
“1. Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli 
olduğu bəyan edilir. Allahın varlığına və təkliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq 
bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm 
“Kəlam elmi” adlanır.
2. İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına 
təcavüz etməyin haram olması. Bu bölməyə «şəriət hökmləri« də deyilir. Şəriət məsələlərini 
izah edən sahə “fiqh” adlanır.
3. İnsanın yaxşı və pis rəftarları. Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və 
haram işlər deyil. Hərçənd bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, 
üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlərdir. Qonşuya yaxşılıq etmək və 
ya başqasına bədgüman olmamaq kimi məsələlər burada misal göstərilə bilər. Belə qanunların 
tədqiqi və şərhi “əxlaq” elminin öhdəsinə düşür” [3]. Deməli, dini şüur birinci məsələ ilə bağlı 
problemdir.
Sosial fəlsəfədə dini şüur fenomeninin müəyyən edilməsinə ümumi baxış təşəkkül 
tapmışdır. Dini şüur mistik təcrübəyə, fövqəltəbiiyə etiqada əsaslanan
,
dünyanın mənəvi dərk 
edilməsi üsuludur. Onun strukturunda dini etiqad və psixoloji komponent (dini dünyagörüşü, 
dini həyəcanlar, hisslər və emosiyalar), etos (müəyyən mənəvi dəyərlərlə, bu və ya digər 
dinlərin normaları və dini ənənələrlə tənzimlənən dini həyat tərzi) və simvol (rasional aləm və 
dini təcrübə arasında əlaqə) kimi komponentlər əsas yer tutur.
2. 
İctimai şüurun strukturunda dini şüurun yeri
Dini şüura
 
dini təlimlər, dini hisslər, sitayiş və ayinlər, dini təşkilatlar və təriqətlər daxildir. 
“Din özündə üç əsas elementi birləşdirir:
1. 
Dini təsəvvürlər və ya mifoloji elementlər;
2. 
Dini hisslər və ya emosiyalar;
3. 
Dini fəaliyyət və ya sitayiş” [4].


30
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin