Güclü təsirli zəhərli maddələr (GTZM) - havadakı miqdarı (konsentrasiyası) yolverilən həddən artıq olarkən insanlara, heyvanlara və bitkilərə müxtəlif dərəcədə zərərli təsir göstərə bilən kimyəvi birləşmələrə deyilir. Bunlar əsasən istehsalatda işlədilən ammonyak, xlor, fosgen, nitrat və sulfat turşuları, hidrogen-flüorid və s., habelə müxtəlif yanğın məhsulları olan karbon oksidi (dom qazı), sianid turşusu, hidrogen-sulfid və s. maddələrdən ibarətdir.
Son zamanlar güclü təsirli zaharli maddələr «Qəza təhlükəli kimyəvi maddə» adlandırılır.
Dostları ilə paylaş: |