Kollektiv mühafizə vasitələri – bir qrup insanların həyatını və sağlamlığını təhlükəli obyektlərdə və rayonlarda istehsalat qəzalarının, təbii fəlakətlərin nəticələrindən, habelə müasir qırğın vasitələrindən qorumaq məqsədilə onları daldalandırmaq üçün nəzərdə tutulan mühafizə qurğularıdır ki, bəzən "Mülki müdafiənin mühafizə qurğuları" da adlanır. Mühafizə xassələrinə görə sığınacaqlardan, radiasiya daldalanacaqlardan və sadə daldanacaqlardan ibarətdir. Hermetik (sığınacaq, radiasiya daldalanacağı) və qeyri-hermetik (sadə daldalana-caq) növlərə malikdir. Radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən ancaq hermetik kollektiv mühafizə vasitələri qoruya bilir. Sadə daldalanacaq üstü açıq, yaxud örtülü xəndəklərdən ibarətdir. Üstü açıq daldalanacaq nüvə partlayışının zədələyici amillərinin təsirini 1,5-2 dəfə zəiflədir, üstü örtülü daldalanacaq isə həmçinin ZM damcılarından, yandırıcı vasitələrdən və mərmi qəlpələrindən də mühafizə edir. Müəyyən qaydada uyğunlaşdırılmış yeraltı keçidlər, tunellər, zirzəmilər, kahalar və s. kollektiv mühafizə vasitələri ola bilər.