Əhalinin kimyəvi zəhərlənmədən mühafizəsi - fövqəladə hallarda insanların həyatına və sağlamlığına təhlükəli kimyəvi maddələrin təsirinin qarşısının alınması və ya zəiflədilməsi üzrə görülən təşkilati, mühəndis-texniki və xüsusi tədbirlər kompleksidir.
Əhalinin tibbi-ekoloji mühafizəsi - fövqəladə ekoloji hadisə şəraitində xəsarət alanlara tibbi yardım göstərilməsinin, adamların həyatının xilas olunması və zədələnmə nəticələrinin zəiflədilməsinin təmin edilməsi, eləcə də fövqəladə ekoloji hadisələr zonasında istifadə üçün elmi və iqtisadi cəhətlərdən əsaslandırılmış dərman vasitələri, sarğı materialları və müvafiq maddi-texniki vasitələr ehtiyatlarının əvvəlcədən tədarük edilməsidir.