Radiasiyadan mühafiza rejimləri - radioaktiv maddələrlə çirklənmiş sahələrdə qalarkən ehtimal olunan şüalanma dozasini maksimal azaltmaq məqsədilə adamların müəyyən davranış qaydalarına deyilir. Mühafizə rejimləri: adamların fasiləsiz olaraq mühafizə qurğusunda qalması müddətini (bütün işlərin dayandırılması müddətini), sonra adi binalarda qalması (işləməsi) və mühafizə qurğularında dincəlməsi ardıcıllığı və müddətlərini, daha sonra məhdud müddətdə açıq sahələrs çıxmaqla adi binalarda qalmasının təhlükəsiz müddətlərini müəyyən edir. Bu məqsədlə radiasiyadan mühafizə rejimləri üzrə birtipli codvəllərdən istifadə olunur.