Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir



Yüklə 0,77 Mb.
səhifə24/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   20   21   22   23   24   25   26   27   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Təhlükələrin taksonomiyası. Taksonomiya mürəkkəb hadi­sələrin, anlayışların, obyekt­lərin sistemləşdirilməsi və təsni­fatı ilə məşğul olan elm sahə­sidir. Təhlükə mürəkkəb, çox əlamətli an­layış olduğundan onların taksonomiyası, yəni sistemləşdirilməsi və təsnifatı təhlükələrin təbiətini dərindən anlamağa və təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.

Təhlükələr yaranma mənşələrinə görə təbii, texniki, antro­pogen, ekoloji və qarışıq olurlar. Təhlükələr rəsmi stan­dartlara görə fiziki, kimyəvi, bioloji və psixofizioloji növlərinə bölünürlər. Mənfi nəticələrin meydana çıxması vaxtına görə təhlükələr impuls (tez baş verən) və kumulyativ tipli olurlar.

Məkanına görə təhlükələr litosfera, hidrosfera, atmosfera və kosmosla bağlı olurlar. Yekunlarına görə təhlükələr yor­ğunluq, xəstələnmə, zədəalma, qəza, yanğın, hündürlükdən yıxılma kimi nəticələri ilə qurtaran növlərinə bölünürlər.

Dəyən ziyana görə təhlükələr sosial, texniki, ekoloji və s. olurlar.

Təhlükələrin baş vermə sahələri: məişət, idman, yol-nəq­liy­yat, istehsalat, hərbi və başqaları

Quruluşuna görə təhlükələr sadə və mürəkkəb (sadə təhlüklərin qarışıqlı təsiri nəticəsində yaranan) olurlar.

İnsana təsir xarakterinə görə təhlükələri aktiv və passiv növlərə bölmək olarlar.

İnsanla əlaqədar və onun vasitəsilə enerji hesabına aktiv­ləşən təhlükələr passiv təhlükələr adlanır. Məsələn, tərpən­mə­yən iti elementlər (kəsən, deşən), insan hərəkət etdikdə səthin qeyri hamarlığı, eniş və yoxuşlar, toxunan səthlərdə sür­tün­mənin azlığı və başqaları passiv təhlükələrə misal ola bilər.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin