Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI



Yüklə 0,77 Mb.
səhifə23/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   19   20   21   22   23   24   25   26   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI

İnsan cəmiyyətinin varlığı üçün tələb olunan şərt onun fəaliyyətidir. Əmək fəaliyyətin yüksək formasıdır. Fəaliyyət və onun formaları müxtəlif və çoxşaxəlidir. Bunlar təcrübə, intellektual və mənəvi prosesləri əhatə etməklə məişətdə, ictimai, mədəni, istehsalat, elmi və digər fəaliyyət sahələrində baş verir. Ümumi şəkildə fəaliyyət prosesinin modelini iki elementdən ibarət kimi təsəvvür etmək olar: bir-biri ilə bir­başa və əks əlaqələri olan insan və mühit. Əks əlaqə maddi dün­yanın ümumi qanunlarının reaktiv təsiri ilə xarakterizə olunur.

İnsan-mühit sistemi iki məqsədlidir. Birinci məqsəd fəaliyyət prosesində müəyyən effektə nail olmaq, ikinci isə bu prosesdə xoşagəlməz nəticələri aradan qaldırmaq. Xoşagəlməz nəticələrə insanın sağlamlığına və həyatına zərər gətirən hallar, yanğınlar, qəzalar, fəlakətlər və başqaları daxildir. Bu cür xoşagəlməz nəticələri törədən hadisələr, təsirlər və digər proseslər təhlükələr adlanır.

Təhlükələr potensial (gizli) və real (həqiqi) olurlar. Təh­lü­kələr üçün aşağıdakı əlamətlər xarakterikdir: insan həyatına qorxunun yaranması; sağlamlığa zərərin gözlənilməsi; orqan­la­rın funksiyalarının çətinləşməsi. Potensial təhlükənin baş verməsi üçün şərait olmalıdır. Bu cür şəraitlər səbəblər adlanır. Təhlü­kənin və onun nəticələrini xarakterizə edən bəzi məlumatları göstərək. Yer kürəsində təbii fəlakəkətlərin sayı ildən ilə artır. Ümumdünya sağlamlıq təşkilatının məlumatına görə nevrozla xəstələnənlərin sayı il-ildən sürətlə artır. Dün­yada 500 mln.-dan çox əlil var və onların beşindən biri bədbəxt hadisə nəticəsində baş verib. Hər il insanlar bu və digər səbəbdən zədə alırlar və onların yarısı həlak olur. Çox zədələr və ölümlər yol-hərəkət nəticəsində, yanğınlardan, istehsalatda və s.

Təcrübə göstərir ki, istənilən fəaliyyət potensial təhlükəyə malikdir. Bununla yanaşı təhlükənin səviyyəsini (risk) idarə etmək olar. Məsələnin bu cür qoyuluşu münasib (qəbul­edi­ləbilən) riskin konsepsiyasını təşkil edir. Bu, mütləq təhlükə­sizliyin mümkün olmadığı prinsipə əsaslanır.

Təhlükəsizlik müəyyən ehtimalla təhlükənin yaranmasını is­tis­na edən fəaliyyətin vəziyyətidir. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi» fənni təhlükələri öyrənir və onları ara­dan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.

1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəri­ci­lərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadi­sələri aşkara çıxarmaq və öyrənmək.

2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükə­lər­dən müdafiə olunma yollarını müəyyən etmək.

3. Mümkün ola bilən təhlükələri aradan qaldırmaq.

İnsan cəmiyyəti tarixinin hələ ilk dövrlərdə həyat fəaliy­yə­tinin şəraitinə və bununla əlaqədar insanın sağlamlığına diqqət edildiyi məlumdur.

Aristotel (y.e.q. 384–322), Hippokrat (y.e.q. 460–477) öz əsərlərində əməyin şəraitinə geniş yer verilir. İntibah dövrünün məşhur təbibi Parasels (1493–1541) dağ mədən işləri ilə əlaqədar təhlükələri öyrənmişdir. Onun kəlamını «hər şey zəhərdir, hər şey dərmandır, yalnız bircə miqdar maddəni zəhər, yaxud dərman edir» normallaşdırma prinsipinin ilk ideyası kimi qiymətlən­dir­mək olar. Alman həkimi və metal­lurqu Aqrikal (1494-1555) özü­nün «mədən işləri haq­qında» kitabında əməyin mühafizəsi məsələlərini şərh etmişdir. İtaliya həkimi Ramasdini (1633–1714) «Kustarçıların xəstəlikləri haqqında» əsərində gigyenanın peşəkar əsaslarını vermişdir. M.B.Lomonosov (1711–1768) dağ-mədən işlərində əməyin təhlükəsizliyi əsaslarını işləyib hazırlamışdır.

XIX əsrdə sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq təhlükəsizlik problemləri ilə məşğul olan görkəmli alimlər nəs­li yetişmişdir. Onlardan V.L.Kirpiçev (1845-1913), A.A.Press (1857–1930), D.P.Nikolskey (1855–1918), V.A.Livitskiy (1867–1936), A.A.Skoçinskiy (1874–1960), S.İ.Kaplun (1897–1943) və başqalarını göstərmək olar.

Həyat fəaliyyətinin təhlükəsizliyi bir elmi fənn kimi özü­nün nəzəriyyəsi, metodologiyası və metodiki üsulları vardır. Lakin bununla yanaşı o, mühəndis psixologiyası, insanın fiziologiyası, əməyin mühafizəsi, ekologiya, erqonomika, iqtisadiyyat və s. fənlərin naliyyətlərindən də geniş istifadə edir. Bu fənnin metodoloji əsasını sistemli analiz təşkil edir.

HFT fənni dörd bölmədən ibarətdir.



  1. HFT-in nəzəri əsasları

  2. HFT-in ekoloji əsasları

  3. İstehsalat şəraitində HFT

  4. Fövqəladə vəziyyət şəraitində HFT

Təhlükə – müəyyən şəraitdə insanın sağlamlığına bila­vasitə, yaxud dolayı yolla zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükələri xarakterizə edən əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin