AZƏRBAYCAN RESPUPLİKASI TƏHSİL NAZİRLİYİ
A ZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
KAFEDRA: Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi
FƏNNİN ADI: Həyat fəaliyyətinin təhlükəsizliyi
SƏRBƏST İŞ № 1
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ ƏSASLARI
MÜƏLLİM: Hüseynova Sevil
FAKÜLTƏ: XTT
QRUP:748a
KURS: 3
TƏLƏBƏ: Əzimov Tofiq
BAKI-2021
İnsan cəmiyyətinin varlığı üçün tələb olunan şərt onun fəaliyyətidir. Əmək fəaliyyətin yüksək formasıdır. Fəaliyyət və onun formaları müxtəlif və çoxşaxəlidir. Bunlar təcrübə, intellektual və mənəvi prosesləri əhatə etməklə məişətdə, ictimai, mədəni, istehsalat, elmi və digər fəaliyyət sahələrində baş verir. Ümumi şəkildə fəaliyyət prosesinin modelini iki elementdən ibarət kimi təsəvvür etmək olar: bir-biri ilə birbaşa və əks əlaqələri olan insan və mühit. Əks əlaqə maddi dünyanın ümumi qanunlarının reaktiv təsiri ilə xarakterizə olunur.
İnsan-mühit sistemi iki məqsədlidir. Birinci məqsəd fəaliyyət prosesində müəyyən effektə nail olmaq, ikinci isə bu prosesdə xoşagəlməz nəticələri aradan qaldırmaq. Xoşagəlməz nəticələrə insanın sağlamlığına və həyatına zərər gətirən hallar, yanğınlar, qəzalar, fəlakətlər və başqaları daxildir. Bu cür xoşagəlməz nəticələri törədən hadisələr, təsirlər və digər proseslər təhlükələr adlanır.
Təhlükələr potensial və real olurlar. Təhlükələr üçün aşağıdakı əlamətlər xarakterikdir: insan həyatına qorxunun yaranması; sağlamlığa zərərin gözlənilməsi; orqanların funksiyalarının çətinləşməsi. Potensial təhlükənin baş verməsi üçün şərait olmalıdır. Bu cür şəraitlər səbəblər adlanır. Təhlükənin və onun nəticələrini xarakterizə edən bəzi məlumatları göstərək. Yer kürəsində təbii fəlakəkətlərin sayı ildən ilə artır. Ümumdünya sağlamlıq təşkilatının məlumatına görə nevrozla xəstələnənlərin sayı il-ildən sürətlə artır. Dünyada 500 mln-dan çox əlil var və onların beşindən biri bədbəxt hadisə nəticəsində baş verib. Hər il insanlar bu və digər səbəbdən zədə alırlar və onların yarısı həlak olur. Çox zədələr və ölümlər yol-hərəkət nəticəsində, yanğınlardan, istehsalatda və s.
Təcrübə göstərir ki, istənilən fəaliyyət potensial təhlükəyə malikdir. Bununla yanaşı təhlükənin səviyyəsini idarə etmək olar. Məsələnin bu cür qoyuluşu münasib riskin konsepsiyasını təşkil edir. Bu, mütləq təhlükəsizliyin mümkün olmadığı prinsipə əsaslanır.
Təhlükəsizlik müəyyən ehtimalla təhlükənin yaranmasını istisna edən fəaliyyətin vəziyyətidir. Təhlükəsizlik – həyat fəaliyyətinin məqsədini təşkil edir və buna nail olmaq üçün həyat fəaliyyətinin təhlükəsizliyi fənni təhlükələri öyrənir və onları aradan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.
1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəricilərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadisələri aşkara çıxarmaq və öyrənmək.
2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükələrdən müdafiə olunma yollarını müəyyən etmək.
Dostları ilə paylaş: |