HFT-in nəzəri əsasları
HFT-in ekoloji əsasları
İstehsalat şəraitində HFT
Fövqəladə vəziyyət şəraitində HFT
Təhlükə – müəyyən şəraitdə insanın sağlamlığına bilavasitə, yaxud dolayı yolla zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükələri xarakterizə edən əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.
Təhlükələrin taksonomiyası- Taksonomiya mürəkkəb hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi və təsnifatı ilə məşğul olan elm sahəsidir. Təhlükə mürəkkəb, çox əlamətli anlayış olduğundan onların taksonomiyası, yəni sistemləşdirilməsi və təsnifatı təhlükələrin təbiətini dərindən anlamağa və təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.Təhlükələr yaranma mənşələrinə görə təbii, texniki, antropogen, ekoloji və qarışıq olurlar. Təhlükələr rəsmi standartlara görə fiziki, kimyəvi, bioloji və psixofizioloji növlərinə bölünürlər. Mənfi nəticələrin meydana çıxması vaxtına görə təhlükələr impuls və kumulyativ tipli olurlar.
Məkanına görə təhlükələr litosfera, hidrosfera, atmosfera və kosmosla bağlı olurlar. Yekunlarına görə təhlükələr yorğunluq, xəstələnmə, zədəalma, qəza, yanğın, hündürlükdən yıxılma kimi nəticələri ilə qurtaran növlərinə bölünürlər.
Dəyən ziyana görə təhlükələr sosial, texniki, ekoloji və s. olurlar.
Təhlükələrin baş vermə sahələri: məişət, idman, yol-nəqliyyat, istehsalat, hərbi və başqalarıQuruluşuna görə təhlükələr sadə və mürəkkəb olurlar.İnsana təsir xarakterinə görə təhlükələri aktiv və passiv növlərə bölmək olarlar.
İnsanla əlaqədar və onun vasitəsilə enerji hesabına aktivləşən təhlükələr passiv təhlükələr adlanır. Məsələn, tərpənməyən iti elementlər, insan hərəkət etdikdə səthin qeyri hamarlığı, eniş və yoxuşlar, toxunan səthlərdə sürtünmənin azlığı və başqaları passiv təhlükələrə misal ola bilər.
Dostları ilə paylaş: |