Fövqəladə halda əhalinin həyat təminatı - Kollektiv mühafizə vasitələrində sığınma vaxtı və köçürülmə zamanı onun marşrutlarında, köçürülənlər yerləşdirilən yerlərdə, həmçinin, fövqəladə hal zonasında qəza-xilasetmə işləri və digər işlər aparılan zaman adamların həyatını, sağlamlığını və işgüzarlığını saxlamaq üçün lazım olan minimal şəraitlərin yaradılmasını və saxlanmasını təmin edən iqtisadi, təşkilatı, mühəndis-texniki və sosial tədbirlər kompleksidir.
Ətraf mühit - insanların yaşadığı və hər cür fəaliyyət göstərdiyi mühitdir (təbii mühit də daxil olmaqla).