Zadələnmə ocağı - təbii, texnoqen fəlakətlərinin və müasir qurğın vasitələrinin təsiri nəticəsində əhalisi, kənd təsərrüfatı heyvanları və bitkilori kütləvi surətdə məhv və ya zədələnən, digər maddi sərvətləri xeyli dağıntılara və başqa cür zərərli təsirə məruz qalmış məhdud əraziyə deyilir. İşlədilən silahlaun növündən asılı olaraq, nüvə, kimyəvi, bakterioloji zədələnmə (zəhərlənmə, yoluxma) habelə qarışıq zədələnmə ocaqları yarana bilər.
Təhlükəli obyekt - fəaliyyəti müəyyən şəraitdə, ətrafdakı əhali və təbii mühit üçün təhlükə törədə biləcək müəssisəyə (obyektə) deyilir. Təhlükənin növünə görə kimyəvi, radiasiya, bioloji, yanğın, partlayış və s. kimi təhlükəli obyektlər mövcuddur.
Dostları ilə paylaş: |