Cemlesdirme ve birge olcmeler Beynelxalq ve regional standartlarin tetbiqi ve qaydalari



Yüklə 168,52 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü168,52 Kb.
#37534
növüQaydalar
1   2   3   4   5
Standartla.dırma ve sertifikasiya sualların cavabları-1

beynəlxalq standartın tətbiqi – istifadəçilər tərəfindən beynəlxalq standar­tın verilmiş tələblərin tam və ya qismən yerinə yetirilməsi ilə standartın yayılma sahəsinə və təsir dairəsinə uyğun verilmiş ölkədə (ölkələrdə) istifadəsidir. Dünya ölkələri beynəlxalq standartların tətbiqinin aşağdakı variantlarını istifadə edirlər.

1-ci variant – beynəlxalq standartın istifadəçi ölkədə (əsasən firmalar səviyyə­sində) bilavasitə tətbiqi. Bu halda beynəlxalq standart yenidən tərtib edilmir, orada əlavə işarələr verilmir və ölkənin milli rəsmi dilinə tərcümə edilmir.

2-ci variant – beynəlxalq standart istifadəçi ölkənin milli rəsmi dilinə tərcümə edilir və onun məzmunu birbaşa ölkənin standartlaşdırma üzrə normativ sənədinə daxil edilir. Bu halda standarta heç bir əlavələr edilmir və ondakı tələblər sərtləşdirilmir. Bu, beynəlxalq standartın birbaşa tətbiqi variantıdır.

3-cü variant – beynəlxalq standartın tələbləri istifadəçi ölkədə qismən istifadə edilir. Bu halda standartlaşdırma üzrə milli normativ sənədin yaradılma­sın­da beynəlxalq standart elmi-texniki informasiya mənbəyi kimi istifadə edilir. Bu fakt milli standart­laşdırma üzrə sənədin müqəddiməsində, həmçinin istifadə edil­miş ədəbiyyatın siyahı­sında öz əksini tapmalıdır. Hazırda MDB ölkələrində yuxarıda göstərilən variantların üçü də istifadə edilir.


Yüklə 168,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin