Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə1/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
  1   2   3   4   5   6   7   8   9   ...   17
Cənubi Amerika tam


Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti
Cənubi Amerika qərb yarımkürəsində yerləşir: onun ərazisinin çox hissəsi cənub yarımkürəsindədir. Şimali Amerika ilə Cənubi Amerika arasında coğrafi sərhəd qitənin ucqar şimal-qərbində, Karib dənizinə tökülən Atrato çayı üzrə, şərti sərhəd isə Panama bərzəxi üzrə aparılır. Materik şimaldan cənuba 7500 km məsafədə uzanır: onun ən geniş yeri isə 5 cənub en dairəsi üzrə 5200 km-ə qədərdir.
Cənubi Amerikanın sahəsi adalarla birlikdə 17834 min kv.km-dir. Materikin ucqar şimal nöqtəsi Qalinas burnu (12 şm e), ucqar cənub nöqtəsi materikdə Magellan boğazında Froyord burnu (53 c e), qitədə isə Horn (55 c e) burnudur. Şərqdə ən ucqar nöqtə Kabu Branku burnu ( 34 q u), qərbdə isə Parinyas (81 q u) burnudur. Sahil xəttinin uzunluğu 26000 km-dir. Onun sahəsinin yalnız 1.1 %-i (200000 kv.km) adaların və yarımadaların payına düşür. Adalardan ən mühümləri Trinidad, Kurasao, Tobaqo, Folklend, Odlu Torpaq, Çili arxipelağı, Xuan Fernandes, Qalapaqos və s, yarımadaların ən mühümləri isə şimalda Qoaxira və Pariya: ucqar cənub-qərbdə yerləşən Taitao və başqalarıdır. Atlantik okeanı sahilində böyük körfəzlərdən Marakaibo, Venesuela, San Matias, San Xorxe, Bayya Blanka, körfəzlərini, Sakit okean sahilində Quayakil, Arika, Korkovado və Penyas körfəzlərini qeyd etmək olar.
Cənubi Amerikanın sahilləri onun geoloji strukturlarının ümumi xüsusiyyətlərini, yeni tektonik hərəkətləri və başqa müasir geomorfoloji prosesləri özündə əks etdirir. Materikin ucqar şimal-qərb sahili sıldırımlı və qayalı abrazion sahilləridir. Quayakildən cənubda 41 c e dairəsinə qədər çox az parçalanmış Sakit okean tipli sahillər uzanır: 41 en dairəsində cənubda isə sahillərin forması kəskin surətdə dəyişilir. Atlantik okeanı sahilində Amazon ovalığının şərq hissəsinin çökməsi nəticəsində estuari tipli və materikdən ayrılmış adaları olan inqression sahillər yaranmışdır. Bu adaların ən böyüyü Amazon çayı ilə onun Para qolu arasında yerləşən Marajo adasıdır. Laqunların ən böyükləri Laqo, Mirin və Patusdur. Bokas del Draqon boğazı Trinidad adasını ayırır, onun qarşısında Pariya yarımadası uzanır. Venesuela körfəzinin girəcəyində Paraquna və Qoaxira yarımadaları yerləşir.


Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin