Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
Cerrahi Xestelikler (1) 1

 Qabırğaların sınığı  


 Birbaşa zərbə, yaxud qabırğalarm yan, ön–arxa istiqamətlərdən sıxıl– ası 
nəticəsində qabırğalarda sınıqlar baş verir. Smıqlar ən çox paraverbra], orta 
qoltuqaltı və parastemal xətlər üzrə olur. Əksər hallarda VII–X bırğalar, özü də 
aksillyar və kürək xətləri arasındakı sahədə zədələnirlər. Qabırğaların sınığında 
müşahidə edilən daimi və dürüst əlamətlər bunlalardır:  
 -tənəffüs zamanı, öskürdükdə güclənən güclü lokal ağrı; -  
- palpasiyada lokal ağrı; -  
-səthi tənəffüs;  
- zədələnmə tərəfındə ağciyərin ekskursiyasmm zəifləməsi;   
-palpasiya zamam patoloji hərəkətlilik və krepitasiya;   
-auskultasiyada tənəffüs zamanı sınıq yeri üzərində krepitasiya;   
-döş qəfəsinin sağlam tərəfdə ön–arxa, yaxud latero–lateral səthindən sıxdıqda 
smıq yerində ağrınm olması -tənəfüisün reflektoru “qırılması”- dərin tənəffüs 
zamanı tənəfüisün   
refektori  olaraq ağrıdan bir anlığa dayanması.   
Qabırğaların smığı tək və çoxsaylı olur. Bir neçə qabırğanm 2–3 yerdən sınması 
zamanı ikiqat, yaxud üçqat smıqlar – “panel ” sınıqları meydana çıxır. Belə 
hallarda döş qəfəsinin tənəfüis hərəkətlərilə sinxron olaraq hərəkətedən 
(flotasiyaedən) nəfəsalma zamanı çökən, nəfəsvermə zamam isə qabaran, 
paradoksal hərəkətli qabırğa klapanları əmələ gəlir ( “pəncərəli sınıqlar”) . Belə 
vəziyyət ikitərəfli olduqda isə tənəfHJısün və ürək fəaliyyətinin kəskin pozulması 
hallar1 inkişaf edir.  
Doş qəfəsi karkası tamlıgnın  pozulması nəticəsində zədələnmə tərəfmdə ağciyər 
tam açılmır. Döş qəfəsinin sağ və sol  tərəfındə təzyiqin eyni olmaması, tənəfü'ıs 
zamanı bu təzyiqin öz yerlərini dəyişməsi divatatahğı üzvlərinin, ilk növbədə isə 
ürəyin öz yerini dəyişməsinə -yellənməsinə səbəb olur.Tənəfüsün pozğunluqlarına, 
hipoksiyaya ürək–damar sistemi tərəfmdən olan dəyişikliklər də qoşulur. Əksər 
hallarda şok ağcıyəri meydana 91x11. Ön bilateral və soltərəfli ön–yan “pəncərəli” 
sınıqlar daha təhlükəlidir.  
Yerləşməsindən asılı “pəncərəlı” sınıqların 4 növü ayırd edilir :   
* ön bilateral sınıqlar (qabırğa döş sümüyünün hər iki tərəfındən sınır və döş 
qəfəsinin ön səthi fəqərələrlə əlaqəni itirir);  
 * ön–yan (anterolateral) smıqlar hər qabırğa iki və daha çox yerdən birtərəfli 
ohnaqla ön və yan şöbələrdən sınır;  
 * arxa-yan (dorsolateral) smlqlar birtərəfli olmaqla qabırğalarm arxa şöbələrinin 
ikiqat smıqları olur;   
* arxa bilateral sınıqlar – qabırğalar arxa şöbələrdə fəqərənin hər iki tərəfındən 
sınırlar.   
Qabırğaların sınıqları fəsadlaşmayan  və fəsadlaşan olmaqla da iki yerə bölünürlər. 
Fəsadlaşmayan qa bırğa sınıqlarında sınıq olan tə rəfdə ağrıların olması, bu 


ağrıların döş qəfəsinin ekskursiyası, xüsusilə də dərin tənəffüs aktlarmda 
güclənməsi, zədələnmiş tə– rəfdə döş qəfəsinin tənəfüisdə geri qalması kimi 
əlamətlər olur. Qabırğaları palpasiya etməklə lokal ağrı və krepitasiya aşkarlanır. 
Güclü ağrılar və smmış sümük uclarınm hərəkəti zamanı öskü– rək tutmaları da 
olur. Flotasiyaedən sınıqlar olan halların əksə– riyyətində krepitasiya qeyd edilir. 
Tənəffüs səhtiləşir, tezləşir. Fəsadlaşmış sınıqlar zamanı sınmış qabırğanm ucları 
döş qəfəsi üzvlərini (ağciyərləri, magistral damarları, ürəyi, bronxları) zədələyərək 
müxtəlif ağırlaşmalara pnevmotoraksa (plevra boşluğuna havanın toplanması), 
hemotoraksa (plevra boşluğuna qanın toplanması), dərialtı emfizemaya və s. səbəb 
olurlar. Belə ağırlaşmalar zamanı da xəstələrin vəziyyəti çox ağır olur: dəri və 
görünən selikli qişalar solğun olub, sianotikdir. Xəstə məcburi yarımoturaq 
vəziyyət alaraq, zədələnmiş tərəfdə döş qəfəsinin hərəkətlərini azaltmağa çalışır. 
Güclü ağrılar fonunda tənəffüs tezləşir (bir dəq-də 22-24), səthiləşir və xəstədə 
boğulma hissiyyatı olur. Bəzən qanhayxırma müşahidə edilir. Ürək tonları karlaşır. 
Nəbzin dolğunluğu, gərginliyi azalır, sayı bir dəq–də 110–120–yə və daha çox 
hədlərə çatır. Smıq yerində krepitasiya, dərialtı emfızema qeyd edilir. T 
əxirəsalınmaz yardım:  
 –· xəstəyə yarımoturaq vəziyyət verilir və sakitlik yaradılır;   
-ağrıkəsicilər və ürək–damar dərmanları yeridilir;   
– smmış qabırğaların immobilizasiyası aparılır;   
·– xəstə cərrahi stasionara göndərilir.   
  
Müalicəsi:   
· Üç “nöqtədən” anesteziya aparılır:  
 a) zədələnmə tərəfındə A.V. Vişnevski üsulu ilə vaqosimpatik blokada;  
 b) sınıq xəttinin spirt– novokain blokadası və   
c.) 0,5%-li 5-10 ml novokain yeritməklə seqmentar paravertcbral blokada.   
· Smmış sümük ucları öz yerini kobud dəyişdiyi hallarda paravertebal xətt üzrə 
qabırğaarası sinirlərin Fridland məhlulu (2 ml 2%-li novokain+8 ml 960/o-li spirt) 
ilə blokadası aparılır.   
· İzoləolunmuş smlqiarda yanmyataq rejimində sınmış qabırğalarm 
immobilizasiyası aparılır, tənəffüs gimnastikası, analgetiklər, bronxolitiklər və 
bolğəmgətiricilor təyin edilir. 3-4 həftəyə sınıq sağalır.   
· “Pəncərəli” sınaqlarda sınmış qabırğalar plastmas, plastik şinalarla xarici 
fıksatora bənd edilir, yaxud da cərrahi yolla qabırğaların osteosintezi aparılır. · 
Ağciyərlərin partlaması zamanı müvafıq cərrahi əməliyyatlar icra edilir.   
  
 Döş qəfəsi üzvlərinin zədələnmələri   
Döş qəfəsi üzvləri içərisində istər açıq (yaralanmalar), istərsə də küt travmalar 
zamam on çox zodolononi ağciyərlərdir. Ağciyərlərin zədələnməsini göstərən 


dürüst əlamətlər bunlardır: A pnevmotoraks, A emfızema, A hemotoraks, A 
xilotoraks və qunhayxırma. Qeyd etmək lazımdır ki, döş qəfəsinin zədələnmələri 
zamanı baş verən patofız'ıoloji pozğunluqların əsasında · tənəffüs pozulmaları və · 
massiv qanitirmo durur.   
Döş qəfəsinin zədələnmələrində müxtəlif səbəblərdən (döş qəfəsinin 
ekskursiyasmm zəithməsi, plevra boşluğuna toplanmış qanın, yaxud havamn 
ağciyəri sıxması, ağciyərlərin, yaxud bronxların zədələnməsi) baş verən tənəffüsün 
pozulması qamn oksigenlə az təchiz olunmasına və hipoksiyaya gətirib çıxarır.   
Döş qəfəsinin zədələnmələri zamam xəstələrin 30%-də təsadüf edilən böyük 
həcmli qanitirmə (ürəyin, ağciyərlərin və iri damarların, qabırğaarası arteriyaların, 
daxili döş arteriyasının zədələnmələri) mərkəzi hemodinamikanı və periferik qan 
dövranmı pozaraq hemorragik şokla sonuclanır. Pnevmotoraksa – plevra boşluğuna 
havanın toplanmasma döş qəfəsinin daxilə keçən yaralanmalarmm 70%–də təsadüf 
edilir. Mənşəyinə görə travmatik və spontan (öz–özünə) pnevmotorakslar ayırd 
edilir. Spontan pnevmotoraks ağciyərin xroniki, yaxud spesifık prosesləri (məs. 
vərəmi) zamanı baş verir. Əmələgəlmə mexanizminə görə pnevmotoraksların üç 
növü vardır:   
-açıq;   
– qapalı və   
– qapaqlı (klapanlı) pnevmotoraks.   
    Qapalı pnevmotoraks, əsasən, döş qəfəsinin qapalı zədələnmələrində olur: döş 
qəfəsi divarmdakı yumşaq toxumaların (ilk növbədə dərinin) tamlığı pozulmadığı 
hallarda travma nəticəsində ağciyərlərin, yaxud, bronxun (yaxud nisbətən az 
hallarda traxeyanm) partlaması baş verir, nəticədə hava zədələnmə olan tərəfdəki 
plevra boşluğuna daxil olur, lakin partlamış toxumalardakı yarıq (partlamış yer) 
ağız–ağıza yapışdığından hava geriyə daxil ola bilmir.   
      Açıq zədələnmələr döş qəfəsinin daxilinə keçən yaralanmaları zamanı yara 
kanalmdan və ağciyərin yarasından hava yaralanma tərəfdəki plevra boşluğuna 
daxil olur. Sonra yara kanalmdakı toxumalarm yerdəyiş– məsi nəticəsində o, (yara 
kanalı) bağlanır, həmçinin, ağciyərdəki yaranın da ağzı yapışır və plevra boşluğu 
atmosfer havasmdan təcrid olunur.   
       Plevra boşluğuna az miqdarda daxil olmuş hava elə ciddi dəyişikliklərə səbəb 
olmur. Lakin havanın miqdarı çox olduqda o, müvafıq tərəfdəki ağciyəri sıxır, onu 
büzüşdürür və ağciyərlərin atelektazını (kollapsını) törədir. Nəticədə atelektaza 
məruz qalmış ağciyər tənəflüsdə ya natamam iştirak edir, ya da heç iştirak etmir və 
bu da özünü tənəffüsün, ürək-damar və sinir-requlyator fəaliyyətin kəskin dərəcəli 
pozulmaları ilə göstərir. Adətən, qapalı pnevmotorakslar zamanı plevra boşluğuna 
daxil olmuş havanın miqdarı çox olmadığına görə xəstələrin vəziyyəti orta 
ağırlıqda olur. Xəstələr zədələnmə tərəfdə olan ağrılardan, bu ağrılarm tənəffüs 
hərəkətləri zamanı artmasından və hava çatışmazlığından şikayətlənirlər. Xəstə 


yarımoturaq vəziyyətdə olur və səthi nəfəs alır. Döş qəfəsinin perkussiyasında 
müvafıq tərəfdə –· hava olan yerdə yüksək timpanit, palpasiya zamanı qabırğaların 
sınığı olduqda patoloji hərəkətlilik, krepitasiya və bəzən dərialtı emfıezma aşkar 
edilir. Auskultasiyada ürək tonlarmın karlaşması, zədələn– mə olan tərəfdə 
tənəffüs küylərinin zəifləməsi, amforik və bronxial tənəffüs eşidilir. Nəbz tezləşir 
və bir dəq–də sayı 100–110 olur. Qapalı zədələnmə lərdə müşahidə edilən 
“pəncərəli sınıqlarda” (hər bir qabırğada iki yerdən olmaqla bir neçə qonşu 
qabırğaların birgə sınıqları) qabırğalarm  
bu smmış sahələri tənəffüs hərəkətlərinə sinxron olmaqla hərəkət edərək 
(yırğalanan Flotasiyalı  sınıqlar”) “qabırğa klapanları " əmələ gətirirlər.  Hər 
nəfəsalmada ağciyər parenximasım bu “qabırğa klapanlan" qıcıqlandıraraq 
plevropulmonal şok verirlər. Qapalı pnevmotoraksm erkən diaqnostikasında plevra 
boşluğunun punksiyasmın (ucuna rezin birləşdiril– miş punksion iynə ilə döş 
qəfəsi punksiya edilir, orada hava olduqda iynəyə birləşdirilmiş, içində novokain 
olan şprisin porşeni geriyə basılır) və rentgen müayinəsinin böyük əhəmiyyəti 
vardır.   
     Açıq pnevmotoraks zamanı plevra boşluğu atmosferlə daima əlaqədə olur. Açıq 
pnevmotoroksa əksər hallarda döş qəfəsinin  daxilə keçən yumşaq toxumaların 
geniş defektli odlu və soyuq silah yaralanmalarında təsadüf edilir. Bu zaman döş 
qəfəsi üzvləri zədələnməyə də bilər. Yara kanalı açıq qaldığından döş qəfəsinin 
ekskursiyası zamanı hava müvafıq tərəfdəki plevra boşluğuna sərbəst daxil olaraq 
həmən tərəfdəki ağ ciyəri sıxaraq büzüşdürür (atelektaz, yaxud ağ ciyərin kollapsı) 
və divararalığı üzvlərini əks tərəfə doğru itələyib yerini dəyişdirir.  
    Belə ki, plevra boşluğunda normada təzyiq atmosfer təzyiqindən az olduğundan 
(normada 6–8 mm.c.süt., nəfəsalma zamam 12–20 mm.c.süt·dək artır, 
nəfəsvermədə isə 3-5 mm.c.süt.dək azalır), ora yara kanalından hava daxil olması 
nəticəsində müvafıq plevra boşluğunda təzyiq atmosfer təzyiqinə yaxmlaşır, əks 
tərəfdə isə təzyiq mənfı (atmosfer təzyiqindən az) olur. Bu səbəbdən də 
divararalığı üzvləri əks tərəfə yerini dəyişir. Nəfəs– Vermə zamanı isə havanın bir 
hissəsi plevra boşluğundan yara kanalı ilə xaric olduğundan, əks tərəfə doğru 
yerini dəyişmiş divararalığı üzvləri öz əvvəlki vəziyyətlərinə qayıdırlar .Beləliklə, 
tənəfüis aktlarma sinxron olaraq divararalığı üzvlərinin rəqsli (titrəyişli) 
yerdəyişməsi– flotasıyası (yırğalanması) baş verir.   
    Zədələnmiş plevra boşluğuna hava zədələnməyə müvafıq döş boşluğu ilə həmən 
tərəfdəki ağciyərdaxili təzyiqlər bərabərləşənədək daxil olur. Divararalığı 
üzvlərinin belə yırğalanması sağlam ağciyərin nəfəsalmada hava ilə tam 
dolmasma, nəfəsvermə aktında isə tam boşalmasına maneçilik törədir və nəticədə, 
bu ağciyərin də normal vəziyyəti pozulur, Digər tərəfdən, bu ağciyərdəki qazlar 
mübadiləsini pozan digər bir patologiya. paradoksal tənəffüs meydana çıxır: 
nəfəsalma zamanı büzüşmüş ağ ciyərdən karbon qazı ilə zənginləşmiş hava sağlam 


ağciyərə keçir, nəfəsvermə zamanı isə əksinə, sağlam ağciyərdən hava atelektazlı 
ağciyərə daxil olur. Beləliklə, karbon qazı ilə zəngin olan hava hər dəfə nəfəs alıb 
verdikdə büzüşmüş ağciyərdən sağlam ağciyərə və əksinə, yerini dəyişir ki, bu 
hava “Pendelluft”··"köçəri qaz” adlanır və miqdarı 150-250 ml–ə çatır. Plevra 
boşluğuna daxil olmuş hava ağciyərin kollapsını verdiyindən, faktiki olaraq yalnız 
müvafıq plevra boşluğu və bronx ventilyasiya olunur. Atelektaza məruz qalmış 
ağciyərdə qazlar mübadiləsi pozulur, alveolyar ventilyasiya ilə qan dövranı 
arasında uyğunsuzluq meydana çıxır. Açıq pnevmotoraks zamanı hipoventilyasiya 
və «köçəri qazın» olması xəstənin həyatı üçün böyük təhlükə törədən dərin 
tənəffüs pozğunluqlarının baş verməsinə səbəb olur.  
      Divararalığı üzvlərinin yırğalanması, xarici havanın müvafıq tərəfdəki döş 
boşluğuna daxil olaraq plevranı və ağciyəri soyutması, qurutması və 
qıcıqlandırması, yüksək həssaslıqlı sinir aparatına (xüsusilə ağciyərlərin kökündə 
olan), mexano-, termo-və xemoreseptorlara təsir edərək sinir– reflektorı prosesləri 
pozmaqla pulmonal, plevropulmonal, kardiogen və kardiopulmonal şokun 
inkişafına səbəb olur. Bu cəhətdən ikitərəfli açıq pnevmotoraks daha böyük təhlükə 
törədir.   
    Qapalı zədələnmələrdə ağciyərin parenximası, yaxud onun əsas bronxu (yaxud 
pay bronxları) partladıqda toxumanın yanğından müvafıq plevra boşluğuna daxil 
olan hava nəfəsvermə zamanı həmən yarıqdan geri daxil olmaqla çıxır.   
     Açıq pnevmotoraks zamanı xəstənin vəziyyəti ağır olur. Onun sifəti qorxu ifadə 
edir, boz-kül rəngdə olur, soyuq tərlə örtülür və dodaqları, dərisi sianotikdir. Xəstə 
məcburi vəziyyət (yarımoturaq) alır, tənəffüs səthiləşir, tezləşir, döş qəfəsinin 
ekskursiyası xəstənin ağrılarını daha da gücləndirir. Nəfəsalma fasiləli, qeyri–
bərabər olur. Zədələnmə tərəfdə döş qəfəsi az hərəkətli olub, qabırğaarası sahələr 
hamarlaşır. Ürək fəaliyyətinin pozulması nəticəsində nəbzin dolğunluğu və 
gərginliyi azalır, sayı isə artır və aritmiki olur. Arterial tə7yiq enir, bu da 
proqressiv sürətdə artan hipoksiya və şokun baş verdiyini göstərir. Hemotoraks 
olduqda, perkussiyada küt səs aşkarlanır. Auskultasiya zamanı tənəffüs küylərinin 
kəskin zəilləməsi,bəzən isə heç eşidilməməsi müəyyən edilir.   
     Döş qəfəsinin daxilə keçən yaralanmalarmda pnevmotoraks üçün xarakterik 
olan yerli əlamət aşkarlanır: nəfəsalma zamanı fışıltı ilə, fıtli səslə hava yara 
kanalından sorulmaqla döş qəfəsinə daxil olur və həmən səslərin müşayətilə də 
xaric olur, yəni yara “nəfəs alır”. Nəfəsvermə aktında yaradan təzyiq altında 
köpüklü qan, qan damcıları xaric olaraq ətrafa sıçrayır. Əksər hallarda yaranın 
kənarında dərialtı emfızema da olur.   
     Qapaqlı (klapanlı, gərginlik) pnevmotoraksa döş qəfəsinin həm açıq, həm də 
qapalı travmaları zamanı təsadüf edilə bilir. Döş qəfəsinin daxilə keçən 
yaralanmalarında yara kanalındakı yumşaq toxuma dilimindən qapaq (klapan) 
əmələ gəldiyi hallarda nəfəsalma zamanı həmən toxuma dilimi (əzələ, dəri parçası) 


kanalın divarına sıxılmaqla yara kanalınm ağzı açılır və hava müvafiq tərəfdəki 
plevra boşluğuna daxil olur. Nəfəsvermə zamanı həmən toxuma dilimini çölə 
çıxmağa istiqamətlənən hava qaldıraraq yara kanalmı qapayır və beləliklə də, 
plevra boşluğuna daxil olmuş atmosfer havası çölə çıxa bilmir .  
     Qapaqlı pnevmotoraksa əksər hallarda döş qəfəsinin qapalı (küt) 
zədələnmələrində təsadüf edilir. Ağciyərlərin, yaxud bronxlarm loskütşəkilli 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin