- Endovenoz üsulla aparılan əməliy-
yatlar dan sonra xəstədə yenidən varikoz
əmələ gəlmə ehtimalı varmı?
- Klassik üsulla aparılmış əməliyyat-
dan sonra bu risk 15-20%, lazer
müalicəsindən sonra isə 1-2 %-dir. Bu da
bir daha lazer müalicəsinin üstünlüyünü
vurğulayır. Biz xəstələri 1 il müşahidə
edirik, kiminsə çətinlik yaşadığını
görməməişik.
Qeyd edim ki, varikoz xəstəliyinin
müasir müalicə metodları arasında
Radiodalğalı ablasiya (RDA) adını
çəkmək olar. Bu üsul radiodalğalar
vasitəsi ilə genişlənmiş damara təsir
etməklə onun yığılmasına və sorulub
itməsinə əsaslanır. Digər üsul - minif-
lebektomiya – dəridə kəsik aparmadan,
kicik dəliklərdən xüsusi alətlər vasitəsi
ilə varikoz venaların çıxarılmasıdır.
Mikrodəliklər steril striplər (steril plast-
rlar) vasitəsi ilə örtülür. Qısa müddətdən
sonra dəliklər iz buraxmadan tamimilə
sağalır.
Skleroterapiya - damar daxilinə xüsusi
preparatın (sklerozantın) yeridilməsi ilə
onun sorularaq aradan qaldırılmasıdır.
Bu metod daha çox dəridaxili retikul-
yar venaların və damar ulduzcuqlarının
(teleangioektaziyaların ) müalicəsində
istifadə olunur.
Dostları ilə paylaş: |