site tinin
çoxprofilli
Tədris
Terapevtik
Klinikası
qon-
şu dövlətlərin nüfuzlu xəstə-
xanaları ilə əlaqələrini daim
ge nişləndirir.
Təbabətin
ən
aktual problemlərinə aid fikir
mübadiləsi aparılır, tanınmış
mütəxəssislərin
mühazirələri
dinlənilir, canlı telekörpü va-
sitəsilə ağır xəstələrin vəziy-
yəti
müzakirə
edilir
və
çıxış yolları axtarılır. Xüsusi
ehtiyac yarananda isə aparıcı
mütəxəssislər klinikaya dəvət
olunurlar.
Artıq ənənəyə çevrilən belə
dəvətlər zamanı daha çox
türkiyəli mütəxəssislərə üs-
tünlük verilməsi də təbiidir.
Biz bu dəvətləri zəruri edən
əsas
məqamları
həmişə
diqqətdə saxladığımızdan İs-
tanbul Universitetinin İstanbul
Tibb Fakültəsinin professo-
ru, reanimatoloq İbrahim Öz-
can Akıncının klinikaya dəvət
olunması xəbərini eşidəndə
də onunla görüşmək qərarına
gəldik. Məlum oldu ki, klini-
kanın
həkimreanimatoloqu
Emil Qasımov rəhbərliklə məs
ləhətləşərək Türkiyədə təhsil
aldığı universitetin professoru-
nu klinikaya dəvət edib.
Yeri gəlmişkən qeyd edək
ki, Tədris Terapevtik Klinika-
nın Reanimasiya və intensiv
terapiya şöbəsi klinikanın ən
vacib bölmələrindən biridir. Bu
şöbədə onlarla ağır xəstənin
şəfa tapması Klinikanı ölkəmizin
reanimatoloji xidməti ən yüksək
səviyyədə olan xəstəxanaları
sırasında ön plana çıxarmışdır.
Şöbəyə həyati vacib funksiya-
ları dayanmış, kəskin pozulmuş
və ya pozulması gözlənilən
xəstələr yerləşdirilir, onlara 24
saat ərzində xidmət göstərilir.
Şöbədə 25 funksional çarpayı
var ki, bunların da 7si uşaq-
lar üçün nəzərdə tutulub. Hər
çarpayının başında ən müasir
tənəffüs aparatı cihazı və mo-
nitorlar yerləşdirib.
Şöbənin defibrilyatorlar, por-
tativ rentgen aparatı, infuzo-
matlar, perfuzorlar və s. müasir
tibbi avadanlıqlarla da təchiz
edildiyini deyən şöbə müdiri,
dosent Əliyar Sultanov bildir-
di ki, kəskin ürək, tənəffüs,
böyrək, qaraciyər çatışmazlığı
olan xəstələr intensiv terapiya-
ya cəlb edilir, ağır vəziyyətdən
çıxarılaraq klinikanın müvafiq
şöbələrinə köçürülürlər.
Peşəkar tibbi personalın çalış-
dığı şöbənin sanitargigiyenik
vəziyyəti yüksək səviyyədədir.
Burada yatan xəstələrə günün
hər saatında bütün laboratori-
ya testlərinin və instrumental
müayinələrin aparılması üçün
şərait yaradılıb.
İstanbul Universitetinin İstan-
bul Tibb Fakültəsinin profes-
soru İbrahim Özcan Akıncının
klinikaya dəvət olunmasın-
da da məq səd onun şöbənin
işinə
dair
tövsiyyələrini,
məsləhətlərini dinləmək, re-
animasiya xidmətini daha da
təkmilləşdirməkdən ibarət olub.
Reanimasiya və intensiv te-
rapiya şöbəsi, bütövlükdə kli-
nika haqqında ilk təəssüratının
müsbət olduğunu vurğula-
yan professor İbrahim Özkan
Akıncı müalicə alan xəstələrin
xəstəlik tarixçələrini nəzərdən
keçirərək ümumi müalicə tak-
tikası və strategiyasının doğ-
ru, müasir olduğunu söylədi.
Şöbənin ən ağır xəstəsi
G.Fərəcovanın
müalicəsi
ilə bağlı öz tövsiyyələrini
də verərək xəstənin mexa-
nik ventilyatordan ayrılması
üçün maye balansının daha
neqativdə
saxlanılmasını,
eləcə də bronx dilatatoru ilə
müalicənin gücləndirilməsi, an-
tibiotik terapiya, ən son nəsil
antimitotik dərmanlardan biri
olan caspofungin molekulunun
əlavə olunmasını məsləhət
gördü. Professor İbrahim Öz-
can Akıncı bizə bildirdi ki,
ümumiyyətlə, bu cür xəstələr
başqa xəstəxanalarda itirilir. Ən
vacibi xəstəyə zaman qazandır-
maq, ağ ciyər və bronxlardakı
problemləri çözüb rahatlamaq-
dır. Məsləhətləşmələr zamanı
bu qənaətə gəlindi ki, xəstənin
həyatda qalma şansı var. Or-
qanizmi möhkəmləndirdikdən
sonra şüur durumunu anlamlı
cavablar və işarətlərlə bərpa
etmək zərurəti ortaya çıxacaq.
Türkiyəli professor klinika-
nın direktoru, professor Sur-
xay Musayevlə də görüşərək
xəstənin sağlamlıq durumu
barədə qısa məlumat verdi.
İlk növbədə dəvətlərini qəbul
etdiyinə görə professor İbrahim
Özkana təşəkkürünü çatdıran
professor S.Musayev rəhbərlik
etdiyi klinikanın ölkə başçısı
cənab İlham Əliyevin 11 sent-
yabr 2007ci il tarixli Sərəncamı
əsasında inşa edilən, tədris,
elmitədqiqat, müalicə və di-
aqnostika
işlərini
özündə
birləşdirən unikal bir universitet
klinikası olduğunu dedi. Qeyd
etdi ki, 2007ci il sentyabr ayı-
nın 18də Azərbaycan Respub-
likası Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun
Prezidenti,
YUNESKO
və
İSESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın iş-
tirakı ilə ümumi sahəsi 25000
m2 olan, 15 mərtəbəli, 400
çarpayılıq çoxprofilli klinikanın
təməlqoyma mərasimi keçirilib,
2010cu il oktyabrın 1də açılışı
olub.
Sovet dönəmində universite-
tin bütün kafedralarının şəhər
klinikalarında yerləşdiyini, baş
həkimlərin sağlıq bakanlığına,
kafedra müdirlərinin isə rek-
tora tabe olduğunu söyləyən
S.Musayev o zamanlar anormal
bir vəziyyətin yarandığını xatır-
latdı: “Hörmətli rektorumuz aka-
demik Əhliman Əmiraslanov
uzun illər Moskvada çalışmış
onkoloqdur. O, 1992ci ildən bu
məsələləri səlahiyyətli qurum-
lar qarşısında dəfələrlə qaldı-
rararaq bildirirdi ki, universitetin
klinikaları yaradılmalı, proq-
ramlar dəyişdirilməlidir. 1998
ci ildə Azərbaycan Respubli-
kasının prezidenti, xalqımızıın
ümummilli lideri Heydər Əliyev
Azərbaycan Tibb Universitetinə
gəlmişdi. Bu məsələ yenidən
qaldırılanda Heydər Əliyev
dedi ki, ölkənin maddi durumu
hələlik yeni klinikaların inşası-
nı reallaşdırmağa yetərli deyil,
vəsaitimiz yoxdur. Nəhayət,
2000ci ildə ulu öndər Heydər
Əliyevin xeyirduası ilə univer-
sitetin ilk klinikası – Stomoto-
loji klinika, daha sonra Onko-
loji klinika yaradıldı. Beləliklə,
universitet klinikalarının yara-
dılması istiqamətində görülən
işlər intensivləşdi. Cənab İl-
ham
Əliyevin
prezidentliyi
dövründə Tədris Terapevtik Kli-
nikadan sonra 500 çarpayılıq
Tədris Cərrahiyyə Klinikası da
istifadəyə verildi”.
Universitetdə kadr hazırlığının
mövcud vəziyyətinə də toxunan
professor S.Musa yev bildirdi
ki, 4 ildir rezidentura sisteminə
keçərək mütəxəssis hazırlı-
ğının türk modelini seçmişik,
yönümüz Tür kiyəyədir. 1990
cı illərdən bəri tələbələrimiz
Türkiyədə uzmanlıq təhsili al-
mağa başlayıblar və onların
səviyyəsindən olduqca razıyıq.
Təsadüfi deyil ki, universitet kli-
nikalarında həmin kadrlar heç
bir maneəsiz işlə təmin olunur-
lar.
Görüş
zamanı
qarşılıq-
lı əlaqələrin bundan sonra
da uğurla davam edəcəyinə
əminlik ifadə olundu, xəstələrin
şəfa
tapması
üçün
or-
taq bilgilərin və təcrübənin
əhəmiyyəti vurğulandı.
Dostları ilə paylaş: |