A.KAMRANOĞLU
Ö.Akıncı: «Ən vacibi xəstəyə zaman qazandırmaqdır»
u
Dünyada hər il
təxminən 2 milyon
insanın, xüsusilə
uşaqların ölümü təhlükəli
qidalarla bağlıdır.
“lenta.ru” saytının yaydığı
xəbərə görə ərzaq məhsullarının
tərkibində olan patogen bakteri-
ya, virus, parazit və ya kimyəvi
maddələr ishaldan tutmuş
xərçəngə qədər 200-dən çox
xəstəliyə səbəb olur.
Qida məhsulları üçün
daim yeni təhlükələr var. Ərzaq
məhsullarının istehsal texnologiyasında,
bölüşdürülməsi və istehlakı, eləcə də
ətraf mühitdə baş verən dəyişikliklər,
mikroblara müqavimət və digər bu
kimi amillər hər bir ölkənin milli qida
təhlükəsizliyi sistemi üçün problemlər
yaradır. Bununla yanaşı, beynəlxalq
ticarət əlaqələrinin genişlənməsi
təhlükəli məhsulların yayılması ehtima-
lını artırır.
Dünya Səhiyyə Təşkilatı bildirir
ki, istifadə edilən qida məhsullarının
təchizatı mənbələri getdikcə qlo-
ballaşdığından, bütün ölkələrdə
ərzaq təhlükəsizliyi sistemlərini
gücləndirmək lazımdır. Bu səbəbdən,
Dünya Səhiyyə Təşkilatı qida
təhlükəsizliyinin möhkəmləndirilməsinə,
o cümlədən qida ilə ötürülən
xəstəliklərin yayılmasının qarşısını
almağa çalışır. Eyni zamanda, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) da beynəlxalq informasiya
şəbəkəsi vasitəsilə ərzaq təhlükəsizliyi
sahəsində fövqəladə hadisələr haqqında
bütün ölkələri xəbərdar edir.
Qida təhlükəsizliyi ortaq bir
məsuliyyətdir. Ərzaq istehsalı zəncirində
hamı təhlükəsizlik qaydalarını
gözləməlidir. Bu qaydalara fermerlər və
istehsalçılar, eləcə də satıcılar və isteh-
lakçılar ciddi əməl etməlidirlər.
Dostları ilə paylaş: |