Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib
Hörmətli Əhliman müəllim!
Əhalinin sağlamlığının qorunması, tibbi yardımla təminatı istiqamətində Saatlı rayon
sakinləri ilə ğörüşərək onların problem və qayğıları ilə maraqlanmağınız, müxtəlif vaxt-
larda rayon sakinlərinə tibb yardım göstərmək məqsədilə Azərbaycan Tibb Universi-
tetinin əməkdaşlarını, tibb sahəsində tanınmış elm adamlarını rayona ezam etməyiniz
və eləcə də cərrahi əməliyyat və tibbi müayinə üçün bilavasitə Sizə müraciət edən ra-
yon sakinlərinə göstərdiyiniz köməklilklərə görə Sizə rayon ictimaiyyəti adından dərin
minnətdarlığımızı bildiririk.
Saatlı rayonunun yüzlərlə sakini rəhbərliyinizlə həyata keçirilən tibbi müayinə və
cərrahi əməliyyatlardan şəfa tapmış, sağlam həyata qayıtmışdır. 2015 ci ilin may ayın-
da bədbəxt hadisə nəticəsində öz sağlamlığını itirərək yataq xəstəsi olmuş, 1963cü
il təvəllüdlü, Saatlı rayon sakini Tağıyeva Sevinc Sarıbala qızı da müalicəsi ilə bağlı
Sizə müraciətindən sonra cərrahi əməliyyat nəticəsində sağlam həyata qovuşmuş-
dur. Sizin zəngin təcrübə və bacarığınızdan, dəyərli məsləhətlərinizdən, göstərdiyiniz
köməkliklərdən bəhrələnmiş xəstələr, onların doğmaları və yaxınları xeyirxah və nəcib
işinizə görə öz razılıqlarını bildirmiş, müasir müalicə üsullarından faydalandıqlarını
ifadə etmişlər.
Sizə və rəhbərlik etdiyiniz tibbi heyətə əhalinin sağlamlığının qorunması istiqamətində
yüksək təşkilatçılıqla həyata keçirdiyiniz xeyirxah tədbirlərə, eyni zamanda böyük
hörmət və rəğbətini qazandığınız seçicilərinizə göstərdiyiniz diqqət və qayğıya görə
bir daha dərin təşəkkürümüzü bildirir, sağlam həyat naminə əvəzolunmaz işinizdə
yeni yeni uğurlar arzulayırıq.
Dostları ilə paylaş: |