Əlcəzair Xalq Demokratik Respublikasının
ölkəmizdəki müvəqqəti işlər vəkili
Azərbaycan Tibb Universitetinin qonağı olub
Avqust ayının 25-də Əlcəzair Xalq Demokratik Respublikasının
Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat
Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rekto-
ru, akademik Əhliman Əmiraslanovla görüşüb.
ATU-nun mətbuat xidməti
B
u yaxınlarda daha bir ailədə
üçəm sevinci yaşanıb. Pərvanə
Daşdiyeva Azərbaycan Tibb Univer-
sitetinin (ATU) Tədris Cərrahiyyə
Klinikasında 2 qız və bir oğlan dün-
yaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-
nun I Mama-ginekologiya kafedra-
sının assistenti Arzu İsmayılova-
nın sözlərinə görə, Pərvanə xanım
hamiləliyi dövründə bir neçə dəfə
Tədris Cərrahiyyə Klinikasına
müraciət edib: “Hamiləlik zamanı
vaxtından öncə doğuş riski olsa da,
buna qarşı müvafiq müalicə aparılıb
və nəticədə hamiləlik normal davam
edib. Son aylarda ana tam nəzarətə
götürülüb. Hamiləlik təxminən 36-
cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə
götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu
döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü
qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normal-
dır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.
Dostları ilə paylaş: |