Ceyhunun çiynindən dəyən güllə həmin yerdə paltara qan izi açmışdı. Güllə yəqin ki iriçaplı


partlamağa az qalan Nahidə həmin oğlanı bir də



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix14.04.2023
ölçüsü0,53 Mb.
#97770
1   2   3
Kitab-2 Sınaq oxunuşu


partlamağa az qalan Nahidə həmin oğlanı bir də 
görmədi.Onsuz da həmin oğlanın ondan xoşu 
gəlmirdi.Sadəcə gündə təxminən yaxınlaşdığı 10 
qızdan biri Nahidə olmuşdu. 
Bağçaya isə çətinliklə girmişdi.İxtisası üzrə iş 
tapmaq 3 ilini aparmışdı.Ona qədər marketdə işə 
düzəlmək kimi fürsətlər olsa da həm Farizin sərt 
cavabı, həm də ixtisas sevgisi bunun qarşısını 
kəsdi.Nahidənin fikrinə görə də bu qədər 
oxuduğuna dəyməli idi.Ən azından sevdiyi işi 


36 
görsün.İlk vaxtlar bağçada 150 manat maaş aldığı 
halda artıq indi 250 idi maaş.Ancaq bu qədər 
idi.Müdirdən sonra ən çox maaş onun kimi 
işçilərin idi.Müdirin maaşı isə onun maaşının 
demək olar ki 6 qatı idi.1400 manat maaş alan 
müdiri axırıncı dəfə hansısa tədbirdə görmüşdü. 
Nahidənin iş saatı isə 09:00-17:00 idi.İşdən 
gəlib evin işlərini görmək olurdu.Sadəcə bir 
problem var idi ki, Ayazın fikrini çakirdi.Bir gün, 
iki gün, lap üç gün qoyasan qonşuya.Axırda bir 
dəfə çıxıb deməyəcəkdi ki al götür bu yetimçəvi? 
Əlbətdə ki Ulduz elə şey deməzdi.Bəlkədə bir gün 
bezib deyə bilərdi...yox, yox!Heçvaxt!İlyasdan 
gözləmək olardı ancaq Ulduzdan yox.Ulduz 
Nahidənin birbaşa ürəyində idi.Nəsə bir kömək 
lazım olan kimi Ulduza deyirdi.Ulduz isə 
sağolsun, demək olar ki həmişə çatırdı köməyinə. 
İlyas Farizdən daha çox qısqanc idi.Biraz da 
düz desək, daha çoooooooooox.Ulduzun şəhərə 
çıxmağı toy, yığıncaq, İlyas rayonda olanda 
olurdu.Yəni ən son anda.Qaldı ki işləmək, onu heç 
ağlından da keçirməmişdi.Bəlkə də buna görə bir 
yerə çıxanda üz-gözünə nə gəldi sürtürdü.Şəhərə 


37 
çıxanda ən yeni paltarlarını geyir, ən az bir saat 
güzgüdə özünə baxır, ayaqqabısını parıldayıb göz 
çıxarana qədər silib daha sonra adamın ciyərini 
sökən ətirdən vurub çıxardı evdən.Elə bilirdi ki 
metroda, səkidə, hər yerdə hamı buna baxır. 
İlyas isə sadə bir adam idi.Həmişə Fariz 
ondan yaxşı sözlər danışırdı.Ən çətin anında ona 
təmənnasız pul verməkdən, uşaqlıqda Farizi 
döyənləri çırpmağa qədər.İlyas gilnəndə üzbəüz 
qapı qonşu idilər.Yolun o tərəfi İlyas gil 
idi.Təxminən iyirmi metr məsafə bəs edirdi səs ilə 
nəsə istəməyə.Maşallah, İlyas da özünü yaxşıca 
tutmuşdu.
“Chevrolet” markalı maşını keçən il 
salafanda almışdı.Tam markasını heç Fariz də 
bilmirdi.Ancaq onu gördü ki, İlyas maşına 67 min 
pul saydı.Sağlığına qismət. 
– Alo...Nahidə mən çıxdım işdən.Sən də 
hazırlaş gedək sizinkilərə. 
– Hə yaxşı.Mən də elə Xumar gildəyəm. 
Gedirəm indi evə. 
– Yaxşı əzizim.
– telefonu bağlayıb cibinə 
qoydu.Həmişəki kimi avtobus gec gəlirdi. 


38 
Nahidənin Xumar ilə arası yaxşı idi.Çoxlu 
söhbətlər edib ürəklərini boşaldırdılar.Nədə olsa 1 
il idi ki qonşu idilər.Bəli bu az vaxt kimi görünə 
bilər.Ancaq qadınlara 1 ay da bəs edirdi qeybət 
etməyə.Fariz ilə Xumarın əri Ruslanın arası isə 
yaxşı idi.Uşaqlıqdan bəri bir yerdə böyümüşdülər. 
Hər dərdi onunla keçirdi.Ən sevincli günlərində 
Ruslanın yanında olurdu.İndi isə azca soyurluq 
yaransa da onu yenə də qardaşı kimi çox 
istəyirdi.Ruslan son bir ildə buraya köçmüşdü. 
Başqa yerdə ev aldığına görə bir müddət Farizdən 
aralı düşmüşdü.Bəlkədə soyuqluğun səbəbi də bu 
idi.Amma hamısının kökündə pul dayanırdı. 
Ruslan yaxşı imkanı olandan sonra Fariznən heç 
demək oalrdı ki normal bir gün oturub çay 
iməmişdilər. 
Ancaq bu aralar nəsə yaxşı bir enerji almırdı 
Ruslandan. Bir neçə dəfə də Nahidədən soruşsa da 
yaxşı cavablar almışdı: 
– Qonşu Ruslan vare...o nəsə ürəyimə 
yatmır.Sən ora gedib gəlirsəndə.Necə birinə 
oxşuyur?
– həyətdə əlində nəsə şunulu bir-birinə 
calayaraq soruşdu.Ruslan ilə bu qədər yaxın dost 


39 
olduğunu Nahidəyə deyəndə bildirmişdi ki 
onların dostluğuna həyat yoldaşları daxil 
deyil.Yəni ki Ruslan ilə heç adi bir yaxın hərəkət 
olmasın.Qısqanclıq Farizin xarakteri idi... 
– Ay Fariz, birdən-birə sual verməylərin 
olmuya daa.Yenə nə fikirləşirsən? 
– Sadəcə elə-belə soruşdum.Görüm səni hara 
getməyə qoyuram.
– Vallah çox görməmişəm evlərində. 
Xumarnan danışmağa gedəndə Ruslan evə 
gələndə məndə elə durub düzübir gəlirəm evə.Pis 
adama oxşamır.Hər gün evə girəndə də Xumarnan 
yaxşıca öpüşürlər – gülərək pıçıltı ilə dedi. 
– Biz neyniyirik? – qaşları çatıldı. 
– Biz də öpüşürüy ee.Ama onlar daha 
müasir...
– biraz utanıb həyəti süpürməyə 
başladı.Əslində sadəcə guya nəsə bir iş görürmüş 
kimi 
görsənmək 
idi 
məqsədi.Yoxsa 
çox 
utanacaqdı. 
– Onlar orda nə fantaziya verirdilər ki? – 
əlindəkiləri gətirib həyətdəki tikdiyi bulağın 
yanına qoyub stolda oturdu. 
– Heçnə ay Fariz. 


40 
– De görəy.De... 
– Zarafat eliyirəm.Mən bekaram onların 
hoqqalarına baxım sən Allah?
– söhbətin pis 
qurtaracağından qorxub dəyişdi.Normalda yaxşı 
yalan danışa bilməyən Nahidə bu gün yaxşı 
idi.Fariz də çox uzatmaq istəmədi. 
Əslində Ruslan hər gün evə gələndə 
həqiqətən Xumarı yaxşıca öpürdü.Dodağı ehmal-
ca Xumarın dodağlarına sürtünürdü.
Dodaqları ilə 
yanağından yavaşca dartıb buraxırdı.Ruslanın 
əlləri Xumarın arxasında, onun əlləri isə Ruslanın 
boynunda kilidlənmişdi.Hər öpəndə isə Xumarın 
arxasını sıxırdı.Qadınlar nə qədər bunu təkzib 
etsələr də bu onların xoşuna gəlir.Onların 
kişilərdən 9 dəfə ehtiraslı olduğunu bildikdən 
sonra, qınamalı bir şey də qalmır.Bu qadımlardan 
aslı olan şey də deyil əslində.Hormonlar öz 
işlərini görür. 
Ruslan arvadının belindən tutaraq bir dəfə də 
yuxarı qaldırıb qoyur yerə.Sonra evə aldığı bəzi 
şeyləri ona verir.Nahidə də elə izləyirki, sanki özü 
də bundan istəyir.Ancaq yox, əslində üzdən 
öpmək bəs edərdi...Ruslanın özünün obyektləri 


41 
var.Bundan əlavə bir mağazası da var.Elə 
obyektlərdən ayda təxminən 3 min pul 
alırdı.Marketdən aldıqları xeyir isə biraz dəyişkən 
idi.Aylıq 5 min, 6 min, yeri gələndə 8 min manat 
da pul alırdı.Ümumi aylıq 10 min pul qazanırdı.
“BMW-F30” markalı qara rəng maşınını isə hər 
gün məhəllədə nəriltməsə işə getmirdi.Bu necə bir 
məşğuliyyət idi?Bunda necə bir maraq tapırdı 
insanlar?Ona heç cürə çatmırdı.50 000 $ pul 
verdiyin maşın ilə 10 min manat verdiyin maşın 
səni təyinat nöqtəsinə eyni rahatlıqla çatdırır. 
Burada sadəcə varlı-kasıb prinsipi var. 
Fariz də maşın istəyirdi.Ancaq heç 10 min 
manatlıq maşın da lazım deyildi ona.5 minə 07 
alsaydı, ona tam bəs edərdi.Evdə isə 1500 manat 
pul var idi. 
Nahidə isə heçvaxt “Camaat aya 10 000 pul 
qazanır” demirdi.Farizin həyatda bircə dənə bu 
sarıdan bəxti gətirmişdi.O heç bir arvadın yaşayış 
şəklinə baxıb evdə narazıçılıq etməzdi.Axı başa 
düşürdü ki, bu şəkildə də yaşamaq mümkündür, 
varlı şəkildə də.Bir sözlə, insanı bu qədər başa 


42 
düşən birinin həyatında olması xoşbəxtliyin tək 
adı idi.Sadəcə möhtəşəm... 
Nə qədər pis olsa da, məhəllədəki Ellada 
arvad kimi kasıb deyildi.Əslən rus olan Ellada 
balacaboy,təxminən 50 yaşı olan, ağsaç, arıq biri 
idi.Sadəcə dəmir yığaraq dolanırdı.Yollarda olan 
alminium qablarda olan enerji içkilərini yığırdı.O 
dəmirə nisbətən daha baha idi.Buna baxmayaraq 
Ellada heç kimə bir dəfə də olsun əl 
açmamışdı.Hələ bir dəfə 4-5 gün aralıqda 
görsənməmişdi.Qonşular da sözü bir yerə qoyub 
getdilər Ellada arvad gilə.Əlbətdə ki hamı 
öldüyünü düşünürdü.Onda Fariz də getmişdi 
onlar ilə.Evə girəndə isə çox vahiməli mənzərə ilə 
qarşılaşmışdılar.İradə xala, Qalib kişi və Fariz 
getmişdi ora.Ellada xalanın bu soyuq yerdə necə 
yaşadığı düz indiyə kimi maraqlı idi.O zaman 
hardasa noyabr ayları idi.Ancaq soyuq özünü 
sübut etmişdi axı. 
Nazik ədyalda uzanan Ellada arvad bərk 
öskürürdü.Divarların nəmişlikdən göyərməsi, 
polun qabarması, yuxarıdan daman suyun altına 
qoyulmuş qablar, odun peçinin içərisindəki 2-3 


43 
günlük kömür...Fariz tez onu özü ilə müqayisə 
etmişdi.Farizin isti evi var idi.Farizin evdə yeməyi 
olurdu hər gün.Farizin isti yorğanı var idi.Farizin 
aylıq qazancı var idi. 
Daha sonra isə ondan daha üstün mərtəbədə 
olan Ruslan ilə özünü müqayisə etmək fikri ağlına 
gələndə isə sadəcə heç nə fikirləşə bilmədi.Hər 
şey nisbidir axı.Ellada arvada görə Fariz milyonçü 
idi.Ruslana görə isə, Fariz Ellada arvad idi... 
Pul ilə köməklik edib, bundan əlavə evinə 
lazım olan ədviyyatlar – düyü, makaron 2 cür, 
çay, çörək 4 ədəd, qreçka, mərci və sair 
aldılar.Hərə öz evindən uyğun olaraq döşək, 
yorğan və yastıq gətirdi.Farizin qazdan başı 
çıxırdı axı.Odun peçinin içərisinə qaz turbası 
çəkdi və onu qaz peçi etdi.İndi daha isti və 
fasiləsiz idi istilik. 
Qaz pulunu da fikirləşmək lazım deyildi. 
Fariz elə hoqqa vermişdi ki, pul ödəmək lazım 
deyildi.Artıq Ellada arvad nisbətən yaxşı 
yaşayacaqdı.Qonşuların 
birliyi 
bu 
olsa 
gərək.İradə arvad da sağ olsun, hər gün onsuzda 
ona bir çörək verirdi.Yox, yox! Ellada özü gəlib 


44 
istəmirdi.Onun dili də gəlməzdi axı...İradə arvad 
hər gün gedib onun qapısının üstündən asırdı 
çörəyi.Amma günlərin bir günü maraqlı hadisə 
baş verdi. 
Əvvəlki vəziyyətinin necə olduğunu özü də 
bilən Ellada artıq gəlib İradə arvaddan çörəyi özü 
almağa başlamışdı.Heç kimə əl açmaq istəməyən 
Ellada gəlib Nahidədən 6 manat pul almışdı 
borca.Daha sonra 4 manat, daha sonra isə bundan 
başqa 7 manat.Artıq çörək tapmaqda çətinlik 
çəkən Ellada indi öz qapısından kiminsə toyuqlar 
üçün apara biləcək çörək qırıntıları qoyurdu.O 
qədər mərci, düyü, makaron görən biri yenidən 
yavan çörıyə qayıdar ki?Çətin.Hələ bir dəfə 
Xumar Nahidəyə demişdi ki, Ellada arvad Bakıda 
dilənir.Buna inanmamışdı Fazil. 
– Ola bilməz ay Nahidə.Düzdü, biraz 
tamahkar olub axır vaxtlar.Ancaq elə şey etməz 
axı. 
– Təki sən deyən olsun.Ama od olmayan 
yerdən tüstü çıxmaz axı. 
Pişiyə kiçik vaxtlarından çörək verib, ölənə 
qədər də yenə çörək versən, o heç vaxt bundan 


45 
imtina etməyəcək.Ancaq bir dəfə çaşıb ət versən, 
artq nə qədər çörək görsə də, fikri ancaq qalacaq 
ətdə.İnsanlar da bunun kimidir.Biz həmişə daha 
yaxşısını istəyirik.Həmişə daha irəli.Daha bahalı 
və s.Fariz isə bundan özünə görə qorxmurdu. 
Çünki onun bədənində bu pul xəstəliyinə görə 
peyvənd var idi.Kazım kişinin peyvəndi.Onun 
tərbiyəsi Farizi standart insan etmişdi. 
Bəs Nahidə?O Belə şeyləri görsə guya yenə 
kasıblığı qəbul edər?Fariz bir gün varlanıb bir 
aydan sonra əvvəlkindən də kasıb olsa Nahidə 
onunla yaşayar ki?Ayıb söhbətdi ki.Bunun 
cavabını Fariz daha yaxşı bilirdi.Qısacası, Nahidə 
belə şeyi heçvaxt etməz, vəssalam! 
Farizin arvadına zəng edib hazır durmasını 
istəməyindən 4 gün keçmişdi.İşdən gələndə çox 
yorğun idi.Gözlərini yarımca saat yumacağını 
dedi.Ancaq həmən gün yatdı qaldı.Nahidə onu nə 
qədər oyatmaq istəsə də, bacarmadı. 
Xətrinə də dəymişdi Nahidənin.Özü də bunu 
yaxşıca bilirdi. 
– Bu gün neçənci gündü?
– işdən gələn Fariz 
yeməyini yeyə-yeyə soruşdu. 


46 
– İki. 
– Yeməyimi yeyim qurtarım gedək sizin 
tərəfə.Ordan da promoy qaynanan gilə.Necədi 
səninçün?
– artıq könlün almağın vaxtı idi.2 gün 
küsülü qalmamışdılar o da düzdü.Ancaq ki 
qəlbində bir yerdə qırılmışdı Nahidə.Qadınların 
əksəriyyəti belədir.İçlərində nə qədər fəlakət olsa 
da, biruzə verməzlər.Ancaq hərəkət gözləyərlər. 
– Hə yaxşı onda mən Ayazı geyindirim.Birdə 
özüm bilmirəm nə geyinim – artıq paltar 
problemini eşidən Fariz divana uzandı.Bilirdi ki 
Nahidənin paltar seçməyi heç də tez bitən bir iş 
deyil. 
– Bu paltar necədi?
– Ayaz hazır olandan 
sonra artıq ərindən məsləhət alırdı. 
– Pis deyil.Başqa nəyiniz bar xanım? 
5-6 dəqiqədən bir otaqdan çıxıb paltarına 
verilən qiyməti böyük maraqla gözləyirdi Nahidə. 
Fariz isə bu mövzuda ona yalan deyib onu pis 
göstərmək istəmirdi. 
– Bəs bu?Ad günümdə almışdın.
– təbəssüm 
ilə deyirdi. 
– Başqa... 


47 
Düz 20 dəqiqədən sonra qırmızı paltarı geyib 
gəldi Farizin yanına.Belini ona çöndərib istədi ki 
onu bağlasın: 
– Bax bu başqa məsələ.Canın yanmasın nə 
qəşəngsən?
– Farizin ən sevdiyi paltar idi 
bu.Paltarları 2 il əvvəl almışdılar.Ancaq hələdə 
Nahidənin öz üstünə idi.Bu Farizin gözünə belə 
görsənirdi ya yox artıq o məlum deyil.Nahidə hər 
halı ilə gözəl idi ancaq, bu qırmızı əlbisə kraliça 
edirdi adamı.Məsum sifəti ilə tam uyğun idi 
paltar. 
Nahidənin atası gilə getmək üçün avtobusdan 
düşüb 30-40 metr gedib çatmaq olurdu.Göydə 
ulduzların əl-ələ verdiyi kimi Fariz də Nahidənin 
əlindən tutmuşdu.Ayazı isə sağ əli ilə tuturdu. 
Uşaqdı, birdən xata olar yıxılar. 
Qapını döyürlər...Bir səs gəlmədiyini görüb 
yenidən qapının yanındakı zəngi basdılar.Ayaq 
səslərinin gəldiyini eşitdikdə pilləkənlərdən 
düşüb aşağıda durdular.Guya bayaqdan qulaqla-
rını qapıya yapışdıran bunlar deyillər. Havada 
biraz soyuq da var.Ağızlarının buxarı ilə 
oynayırdılar. 


48 
Qapı açılan kimi Sevil nənəsini görən Ayaz 
onun üzərinə şığıdı.Qucağına alıb qoxusunu içinə 
çəkdi Sevil arvad:
– Uxxx nənəsi qurban balama! Ə bala bir tez-
tez gəlin bu uşağı görüm dayna. 
Səsə o biri otaqda futbola baxan Sirac kişi də 
gəldi. 
– Boy boy...Xoş gəlmisin ay bala.Həmişə siz 
gələsiz oğul!
– hörmət əlaməti olaraq birinci 
Farizə deyirdi ürək dolu sözlərini.Daha sonra 
qızını da bağrına basdı. 
– Necəsən qızım? Evi dolandıra bilirsiniz? 
Ayaz balam sağlam olsun haa! 
Fariz bu sözləri iki cür başa düşə bilərdi.Yox, 
yox...Əlbətdəki Sirac dayı bunu deməz.Ancaq bu 
Farizə belə görsənirdi.Yəni bilə-bilə edəcəyini 
düşünməzdi. 
– Keçin içəri dəə soyuqdu ayağınızın altı – 
döşəmədə istilik sistemi olmadığından tez içəri 
saldı onları.Sevil arvad klassik bir şey etdi.Çayı 
qızdırmağa qoydu artıq.Nahidəni də yanında 
suallara tutmuşdu.


49 
Qonaq otağına girdikdən sonra Nahidənin 
anası onu mətbəxə apardı.Böyük ehtimal 
"önəmli" məsləhətlərdən verirdi.Fariz isə qaldı 
Sirac kişinin yanında.Söhbəti zərrə qədər də 
maraqlı olmurdu.Hətta adam qayıdıb fikirləşirdi 
ki, görəsən Nahidə həqiqətən buradan gəlib? 
Burada böyüyüb?Yox qan analizi verməli idi 
Nahidə.Onda rahatlaşardı Fariz.Bu suallar Sirac 
kişi danışa-danışa Farizin beynindən keçirdi. 
–Hə bala yəni ki, dayın elə-belə cavanlıx 
keçirmiyif.Yaşıyıvv ee. – stola keçirdiyi paltonun 
cibindən siqaret paçkası ilə alışqanı götürüb birini 
yandırdı.Tüstü sənayelərdən çıxan tüstüdən daha 
zəhərli idi deyəsən.Ucuz siqaret öz sözünü 
deyirdi.Amma ilanın ağına da nəhlət, qarasına 
da... 
–...sora da bunnan sabaha qədər sevişdik. 
Bədəni də bilirsən nə?Fiqura deyirəm ee...sora 
deyirlər Rasiya qızdarı pisdi.Ə bunu deyən qələt 
elyir, başını da daşa döyür. – fəxrlə davam edirdi 
–adam gərəy düzgün olsun. 
Rusiyada hansı qadın ilə harada nə etdiyini, 
hansı ehtiraslı hərəkətinin onu dəli elədiyini, alt 


50 
paltarlarının rəngini də Farizə danışdı.Ona 
güvənirdi.Bilirdi ki, ondan söz çıxan deyil.Əsla... 
Farizin bu mövzuya baxışı tamamilə fərqli 
idi.Ona görə də istədi sual versin Sirac kişiyə: 
– Sirac kişi, olar sual verim sənə?Bir balaca 
sualım var.-yemək bişənə qədər bayaq Nahidənin 
gətirdiyi çaylardan bir qurtum içib cavab verdi. 
– Buyur oğul ver görəy! 
– Mənim başqa qadın ilə cinsi əlaqədə 
olmağım pis birşey sayılır?İstər evlilikdən əvvəl, 
istər sonra. 
– Baaa, səndə ki danışdın ki lap.Əlbətdə ki, 
kişi bunu eləməlidi.Kişi deyirsən e ağzında! 
Mahiyyətə bax sözdə! –Yenə də özgüvənli şəkildə 
danışmağa davam edirdi. 
– Mən indidə arada gedirəm mələklərnən 
biraz şərab içməyə.Cənnəti gözləyə bilmərəm 
axı?! Hahahah – bərkdən qəhqəhə atdı.Az qalsın 
evin sütunu dağılsın. 
– Onda bizim arvadımız da belə şeylər edib, 
öz ehtirasını öldürsə heçnə deməyək? 
– Nətər yəni ə? 


51 
– O necə olur ki, kişi gedib hər hoqqanı verir 
başqa qadın ilə.Ancaq qadına gəldikdə isə, bir 
başqa oğlan ilə danışdığını görsək, boşayarıq. 
Xəyanət, xəyanətdir.İstər kişi, istər qadın.Əsas o 
deyil ki 10 santimlik ət parçası harasa 
gedib....Yoxsa o əndam insanı toxunulmaz 
edir?Düşüncəmiz üst-üstə düşmür ay Sirac dayı... 
– Bəh-bəh iyə baxee!Ömrünüzdə belə yemək 
yemisiniz?Yeməmisinizsə, şanslısınız.Nahidə qı-
zım, çay süfrəsini yığışdır tez!
– anasının sözünü 
eşidən kimi əməl etdi. 
– Hə bala, sora davam edərik. 
– Nətər məsləhətdi.-sülh müqaviləsinə öz 
imzasını tərəddüt etmədən çəkdi. 
Süfrənin bir başında Sirac kişi, bir başında 
şip-şirin oğlan uşağı Ayaz, Nahidə ilə anası isə 
Fariz ilə qarşı-qarşıya oturmuşdu. Biraz indiki 
dövrdən, biraz gələcəkdən, biraz adət ənənədən, 
biraz da Ayazın dəcəlliklərindən söhbət etdilər. 
Artıq saat 12-yə işləyirdi.Farizin rayon 
avtobusu işlədən dostu olduğuna görə rahatlıq hiss 
olunurdu.Çünki əvvəlcədən onlar üçün 2 yer 
sifariş etmişdi.Üzü düz Laçına...


52 
Yeməkdən sonra bir dənə də çay gələcəkdi. 
Sirac kişi də arxaya söykənib, özünün 
mövqeyindən üzü saat 2 istiqamətində olan 
televizora 
baxırdı.Sol əlini sağ qulağını 
qaşıyırmış kimi olan bir formada tutmuşdu. Elə 
rahat idi.Sağ əlində pult ilə də təxminən 400-450 
kanal olan televizora əzab verirdi.Nə qədər kanal 
çevirmək olar axı... 
Fariz isə sakitliyə qərq olmuşdu.Mətbəxdən 
arada Sevil arvadın verdiyi düşük məsləhətlər onu 
əsəbləşdirirdi.Farizin tez getmək istəməyinin də 
səbəbi bu olacaq idi yəqin. 
– Qızım, özüvü əzdirmə heçkimə.Heç sənin 
yerinə olsam, işə də getmərəm.Qoyaram o iş 
tapsın işləsin.Guya daha yaxşı iş tapa bilməz ki? 
Fariz çox yerə iş üçün qəbul sənədləri 
göndərmişdi.Cavabında isə 80 faiz adam ona 
deyirdi 
ki 
sən 
get, 
biz 
sizinlə 
əlaqə 
saxlayacayıq.Əlbətdə ki bu yalan idi.Sadəcə 
kərtənkələ it itirmək üçün quyruğunu buraxıb 
etdiyi 
kimi, 
onlar 
da 
yalançı 
ümid 
verirdilər...Sevil arvad elə danışırdı ki, guya 
Farizin ürəyindəndir ki, Nahidə avtobusla hər gün 


53 
işə getsin, hansısa şərəfsiz ilə yan-yana avtobusda 
dayansın, evə gəlib yorqun halda yemək bişirsin... 
Onun da xəyalları var idi.O da istəyirdi ki öz 
qadınını kraliça etsin.Edə bilmirdi axı...Sirac 
kişiynən Sevil arvad əvvəl belə deyildilər.Bəlkə 
də qızını başqa bir varlı adam alsaydı bu qədər 
dəyişdikləri bilinməzdi.Farizin 3-cü elçiliyindən 
sonra bu iş yoluna düşmüşdü.Farizə verib bədbəxt 
etmək istəmirdilər qızlarını.Ancaq bilmirdilər ki 
xoşbəxtlik pulda olmur.Hansı ki, bu mövhum bir 
çox ailəni bədbəxt edən bir vasitədir... 
İkinci çayı da bədənə vurub ayağa 
durdular.Sirac kişi yaxşıca yatmışdı.Evlərində 
olan pişik də gəlib düz oturmuşdu kişinin 
ayaqlarının altında. 
– Həə ana gedək biz.Zemfira xala gilə də 
getməliyik.
– bayaqdandır yatan Ayazı qucağına 
alaraq dedi. 
– İnşallah yenə gələrik görərsiniz bir-
birinizi.Nətər darıxmısınızsaaa...
–gülərək zarafat 
etdiyini bildirmək istədi. 
– Ədə qıza yaxşı bax.Arvadını saxlaya 
bilməyən kişidən kişi olar?Yox! 


54 
– Yaxşı... 
Saat artıq 1-ə işləyirdi.Fariz ayaqqabılarını 
geyinib çölə çıxdı.Nahidəni gözləyirdi.Qadınların 
gethagetdə uzanan söhbətləri olmayaydı...Çöldə 
qorxulu bir sükut var idi.Eynilə döyüşdəki kimi... 
Təsəvvüründə kolluqlardan çıxan düşməni 
necə yerə sərə biləcəyini təsəvvür edirdi. 
– Görəsən buradan bir erməni çıxsa, mən 
hansı hərəkəti edib onun nəfəsini kəsə bilərəm? 
– Sağol anaa..
– öpəndən sonra uzaqdan da əli 
ilə sağollaşıb gözdən itdilər.Artıq ev görsənmirdi. 
Sevil arvadın dedikləri isə Farizin düz ürəyinə 
dəymişdi.Sözün açdığı yaradan axan qan süzülə-
süzülə 100 metr gəlmişdilər ki, Nahidə söhbəti 
naşlatdı. 
– Anamın dediklərini ürəyinə salma da ay 
Fariz.Bilirsən də, həmişəki kimi tikanlı sözləri 
əlindədi.Qəşəngdi hər şey – dabanları üzərinə 
qalxaraq Farizin dodaqlarından öpdü.Göz-gözə 
bir-iki saniyə baxışdılar.Sanki uşaqlıq vaxtında 
idilər...Heç sevgili deyilmiş kimi.Ayaz isə 
təsüvvürləri məhv edirdi.Bu məhv isə gözəl məhv 
idi. 


55 
Farizin zəngindən 12-14 dəqiqə keçmişdi ki, 
artıq rayona gedən qazel yolda idi.Nahidənin işi 
də elə idi ki, onun zəngi bəs edirdi ki həmən gün 
işsiz olan bütün bağça müəllimləri işə gəlsin. 
Ancaq müvəqqəti.Onlar da günlük maaşlarını 
alırdılar.Nahidə də bu aralar daha çox qalırdı 
işdən.Əşiiii 
cəhənnəm 
olsun.İndi 
heçnəyi 
fikirləşmək lazım deyildi.Sadəcə beyinlərini 
boşaltmaq istəyirdilər. 
Atası Ayazın ağlamağına oyandı.Tezdən 
yeməyini yeməyə hazırlaşırdı.Nahidə də onu 
əzizləyərək sumkada olan bulkudan verirdi 
ona.Amma Ayaz deyəsən bundan istəmirdi. 
– Sakit atanın balası.Camaat vare burda. 
Əmilər səni döyər ee – hədə qorxu ilə onu 
sakitləşdirməyə çalışırdı. 
– Şən onnayı döyəyşən ee! 
Bu 
söz 
Farizin 
ürəyinə 
yağ kimi 
yaxıldı.Atasına olan güvənini göstərmişdi Ayaz. 
Özü də bilmədən atasını elə sevindirmişdi 
ki...Fariz Kazım kişiyə necə güvənirdisə, Ayaz da 
atasına elə güvənirdi. 


56 
Sumkada olan dürməkdən birini götürüb bir 
dişdək aldı.Yollara baxırdı.Artıq təxminən yarım 
saatlıq yol qalırdı.Həm atasına zəng edib demək
istəyirdi, həm də surpriz etmək də fikri var idi.Bu 
iki fikrin arasında gedib gələndə isə artıq Nahidə 
qaynanasına zəng etdi.İlk öncə səsbləşmək 
istəyən Fariz, sonra öz-özünə də dedi ki, heç 
olmasa Nahidə bir qərara gələ bildi.Həm də onlar 
da yEmək hazırlasınlar ki, neçə saat yol gələn 
Ayaz da yesin bir şey.Ayaz bəhanəsiylə stola 
onlar da oturardı.Təbii ki, Zemfira arvad gil onsuz 
da onları yaxşıca yedzdirməsələr, yola salan 
deyillər. 
– Salam necəsiniz Zemfiya xala?İstəyirik 
gələk sizə. 
– Booy.Sənin ürəyin nə vaxt istəyir gəlin ay 
bala.Gəl Zemfira xalan sənə bir xoruz bir 
henduşka kəssin dana – gülərüz şəkildə cavab 
verdi.Ancaq elə bilirdi ki, Nahidə evdən zəng 
edib.Bilmirdi ki artıq bir neçə dəqiqədən sonra 
kəndlərinə girirlər. 
– Xala problem odur ki, biz artıq kəndə giririk 
ee.Guya surpriz ediriy dəə – gülərək deyirdi.Fariz 


57 
isə sadəcə onu izləyirdi.Müşahidə edirdi.Həzz 
alırdı.O necə də gözəl idi.Güləndə insan niyə bu 
qıdır gözəl olmalı idi ki...Əsas sual isə o idi ki, 
niyə o qadın Fariz ilə yaşayırdı.Axı onun kimi 
qadın sadəcə Bakının bahalı otellərində hansısa 
şeytan ilə yataqda uzanmalı idi... 
Ayazı da götürüb avtobusdan düşdülər. 
Qonaq getdiklərinə görə nəsə də almalı 
idilər.Fariz də ehtiyyatlı adam idi.500 manatı 
evdən götürüb çıxmışdı.60 manat artıq bura 
gələnə qədər xərclənmişdi.Xərclədikləri bu pulun 
avtobus pulundan başqa 20 manat qalırdı ki, ona 
da ki qənd, çay, şirniyyat almışdılar. 
– Fariz nə alaq ki?
– Bəlkə toyuq alaq kababa vuraq? Ayaz da 
yeyər səndə.Şirniyyatdan da alaq çay içərik. 
– Bəlkə toyuq almayaq?Toyuq kəsəcəkdilər 
də onsuz da.
– Nahidə də öz fikrini bildirdi. 
Fariz bu dəfə də onun sözünə qulaq asmağı 
daha məqsədəuyğun bildi.Məntiq ilə də düz 
deyirdi.Marketə girib lazım olanları aldıqdan 
sonra qalan puluna baxdı.Həqiqətən son günlər 
yaman bədxərc olmuşdu Fariz.Yoxsa nə vaxtdan 


58 
idi ki gəzmirdilər deyə, gəzəndə nə qədər xərc 
edildiyini bilmədiyinə görə belə fikirləşirdi.Bu 
marketdə də biraz bahalı şeylər idi.50 manat verib 
qalıq 1-2 manatı da qoydu cibinə.Deməli 100-lük 
artıq yox idi.İşə də getmədiyinə görə, günlük 
pulundan çıxacaqdılar. 
Əşiiii, rəədolsun pul, var dövlət!Fariz indi 
beş-on manata görə öz doğma ana-atasını 
görməsin?Öz həyatını pula hədər etsin? Ömrünün 
axırına qədər işləmək də düzgün deyil axı.Onsuz 
da adam bir müddət sonra qəfəsdə qaldığını başa 
düşür.Bezir hər şeydən... 
Yeni salınmış kənddə tikilmiş səliqəli evlər, 
standart küçələr göz oxşayırdı.İndi isə qalırdı 
Kazım kişi gilin evini tapmaq.Bu qədər oxşar 
evlər arasında ora gedib çatmaq asan deyildi.Nə 
də olsa, bura adamı deyildilər.Kənd iki dağ 
arasında yerləşirdi.Mənzərəsi isə sadəcə möh-
təşəm 
idi.Günün 
yenicə 
buludlar arasına 
girməyini görmək nəyə desən dəyərdi.Birtəhər 
telefonda deyilən yerlər ilə evi tapdılar. 
Həyətdə ocaq tüstüsü var idi.Deysəsən artıq 
Kazım kişi kabab bişirirdi.İy gəlmirdi.Yəqin 


59 
kömür hazırlayır.Zemfira arvad da neçə illik 
təcrübəsinə əsaslanaraq ətləri özünəməxsus olan 
ədviyyatlar ilə qarışdırıb dada əlavə dad 
qatırdı.Darvaza dəmirdən idi.Ancaq qapını açıq 
saxlamışdılar ki Fariz gil birdən buranı ötüb 
keçmək istəyəndə görsünlər.İçəri girəndə isə 
həmişəki kimi açılışı Ayaz etdi.Qaçaraq nənəsinin 
üstünə hoppandı.Nənəsini nəsildə ən çox 
istəyirdi.Kazım kişi, Sirac kişi və Sevil arvadı 
Zemfira arvad kölgədə qoyurdu.Uşaqların hamısı 
Farizin anasından əla enerji alırdılar.Bu çox xoş 
idi.Nənəsi ilə bərkdən görüşəndən sonra Babasına 
da əl verib görüşdü. 
– Babasının aslanıdı ee – göyə qaldırıb 
tuturdu. 
– Ay Kazım yıxarsan uşağı yerə qan-qaraçılıq 
olar.Ədə sənnən deyləəəm? 
– O qədər də qocalmamışıq Zemfira xanım. 
Yəqin siz elə edirsiniz.
– bir-birlərinə zarafat ilə 
atmaca atırdılar. 
Ayazı da həll etdikdən sonra öz oğlu ilə rahat 
görüşə bilərdilər.Bir-birini yaxşıca bağrına basıb 
qucaqladılar.Hətta anasının gözləri də dolmuşdu. 


60 
Bu kədər göz yaşları deyildi.Sevincin yaratdığı 
gözəl göz yaşları...Öz oğlunu hər gün görə bilmir 
Zemfira arvad.Bu gün isə o xoşbəxt idi.Bir 
günlüyə də olsa, hər şeyi unudub sadəcə oğlu ilə 
danışıb gülsə əla olardı. 
Məhz belə də edirdi.Onsuz da yaşı 
ötmüşdü.Canından da çox sevdiyi oğlundan başqa 
ona pnəmli heçnə yox idi.El arasında nəvənin 
oğuldan da şirin olduğunu deyirlər.Ancaq 
Zemfira arvada görə bu belə deyildi. 
Tonqalın ətrafında kabablar qədər isti bir 
şəkil çəkdirib masanın ətrafına yığışdılar.Öz 
ailən, bir tikə yemək, maraqlı söhbətlər, çoxlu 
gülüş...Farizə 
də 
bundan 
artığı 
lazım 
deyildi.Nahidə də elə əvvəldən boynuna almışdı 
Fariz gilin ailəsinin daha şən olduğunu.Amma bu 
qədər yolunda gedən şənlik ona uyğun deyildi 
nəsə... 
Fariz sanki hiss edirdi ki, nəsə bir problem 
ortaya çıxacaq.Bəlkə də elə bu hiss həmişə 
problem ilə yaşayan insanlara xas hissdir.Problem 
olmayanda narahat hiss edən adamlar kimi idi 
Fariz.Lənət olsun, heç nə vecinə almamalısan.Heç 


61 
olmaya bu gün yox.Rahat ol, hər şey əla 
olacaq.Bu sözlər ona bəs edə bilərdi.Öz beynində 
həll edirdi bütün problemləri. 
Kababın azca çiy olduğunu bildirmək 
istəməyən 
Nahidə 
baxışlarını 
gizlədə 
bilməmişdi.Bunu nə Zemfira arvad, nə də Kazım 
kişi bildi.Onun hər zərrəsini bilən Fariz var idi 
orda...Fariz bilirdi ki onun narahat baxışları 
sadəcə burdakı çiy ətlərə idi.Yoxsa ki burada 
problem nədir ki?Ana kimi istədiyi Zemfira arvad 
idi problem?Yoxsa Farizin Kazım kişiyə 
əsəbləşəndə onun tərəfini tutduğu Kazım kişi idi? 
Bəli, bəli! Sadəcə kabab.Qanlı kabablar.Qarın 
ağrısı verməsə yaxşı idi. 
– Fariz bala bura gələ bilərsənmi? 
– Hə, bu dəqiqə.
– əlini silməyə bir şey 
axtarmağa başladı. 
– Bala bizdə heç kim əlini silmir ha.Budee 
həyətin axırındakı krantı aç, yu nəqədər istəyirsən. 
Qorxma, pul yazmır. 
– Hə yaxşı ana.Nə vaxtdan gəlmirəmee... 
Gülərək əllərini üstünə sürtüb atası tərəfə 
gəldi.Onsuz da o krantdan su gəlsə də üstünü 


62 
batıracağı dəqiqdir.Bura evlənəndən sonra 3 dəfə 
gəlsə də, hamısında üstü su olmuşdu Farizin.Su 
borusu neçə illərin xoş və bəd günlərinə 
şahiddir.Bir oğul lazımdır ki onu düzəltsin.Nəsə 
içində açılıb-bağlanan yerdə problem var 
idi.Açarkən yüngülvari duş alırdı adam. 
Kazım kişi sözünü qadınların arasında demək 
istəmirdi.Bura çağırıbsa yəqin ki... 
Manqalın 
yanında dayanmışdı Kazım 
kişi.Farizin ona çatdığını görüb kartof kababları 
olan şişləri bir dəfə də yenidən çevirdi.Daha sonra 
isə Kazımı arxasına salıb darvazadan çölə 
çıxdı.Fariz də sanki oğurluq edib tutulan adamlar 
kimi onun arxasınca dinməz-söyləməz yeriyirdi. 
– Bala heş bilmirəm nətər başdıyım sözümə. 
Əşi gəlifsə deyəcəm ee...
– gülümsəyərək başını 
buladı.Bu emosiya Farizə çox tanış idi.Onun 
dostları ondan borca pul alırdılar...Vaxtı ilə 
Farizin dostu çox olub.Ancaq pul dostu imiş 
hamısı.İndi də atasındakı emosiyalar onunla tam 
oxşar idi. 
– Mənə biraz pul lazımdı bala.Özüm də day 
işdiyə bilmirəm.Burda balaca yer açıb mağaza 


63 
kimi işlətməy istəyirəm.Amma maya yoxdu dana 
qadan alım...yox, yox!Qaytaracam pulunu bala. 
– Ayıbdı e ay dədə – sözünü kəsərək dedi. 
– Yox bala sən də əziyyət çəkirsən 
qazanırsan.Borca pul lazımdı yəni. 
– Məndə biraz var.Sənə nə qədər lazımdı ki? 
– 200-300 manat olsa məndə üstün 
düzəldərdim pensiyaynan zadnan.
– özünün dörd 
yüz manatlıq aylıq pensiyasını deyirdi. 
– Hə yaxşı onda – əlini cibinə ataraq əzik 
halda olan pulları ayırd etməyə başladı.Axırda üç 
dənə yüzlüyü atasına uzatdı. 
– Bala qaytaracam vallah.Atan bilir dana 
neydiyir.Ha ha ha... 
Fariz o pulun geri dönməyəcəyini adı kimi 
bilirdi.Sadəcə nədə olsa atası idi.Zarafatına 
gülməli idi.Atasına pulu olmadığını desə, olacaq 
pis oğul, simic oğul.Ona görə də haray bəri 
başdan. 
Axır ki Fariz dincəldi.Pis mənada.Çünki bu 
narahatçılıq da bir bəhrəsini vermişdi.Evdə olan 
min manat və indi üstündə olan iki yüz manata 
yaxın pulundan başqa pulu yox idi.İşə də getmirdi 


64 
son günlər.Tətilə görə müdir nəzərə alacaqdı.Yəni 
Farizə elə demişdi.Buna görə də rahatçılıq var 
idi.Atasına pulu verdikdən sonra bu iş haqqında 
danışdılar.Farizin marağında da deyildi heç.Qulaq 
asaraq söhbətin bitməyini gözləyirdi. 
– Hə bala dur get ye yeməyini soyumasın... 
indi şişdəkiləri də gətirəcəm çək dişinə – şişləri 
çevirərək dedi. 
Farizin kabab nədi, heç onu iyləməyə də 
iştahası qalmamışdı.Ancaq o özünə söz vermişdi 
ki fikir zad etməyəcək.Bu onu çökdürür.Rahat 
olmaq lazım idi.Vecsizlik çox pis şeydir.Ancaq 
azca olsa bunun ziyanı olmaz.Ümumiyyətcə 
həyatda hər şeyin qədəri daha uyğundur.Çox 
yesən kökələcəksən.Az yesən əldən düşəcəksən. 
Çox sevsən xəyanəti dadacaqsan.Az sevsən 
ayrılacaqsan.Oyunu çox oynasan asılı olacaqsan. 
Az oynasan marağın öləcək.Çox yatsan yuxu 
rejimin pozulacaq və tənbəl olacaqsan.Az yatsan 
enerjin olmayacaq.Hər şeyin norması idealdır axı. 
Bu düşüncə ilə hərəkət etmək lazım idi.Biraz 
rahat olub fikir çəkməmək lazım idi.Süfrədə bir az 


65 
fikirə getdikdən sonra anası Zemfira arvadın 
səsinə ayıldı. 
– Ay bala gözün yol çəkir deyəsən.
– 
Nahidəyə 
baxıb 
göz 
qaş 
elədi 
ki 
qısqandırsın.Allah saxlamış da söz altda 
qalmağnan işi yox idi. 
– Onun duxu var ki gözü məndən başqasının 
yolun çəksin?
– gülərək zarafatın davamını 
gətirdi.Hamı ilə yola gedə bilirdi Nahidə.Elə 
vəziyyət olurdu ki o pis olsa da bunu biruzə 
verməzdi.Onun üçün kütlə önəmli idi.Guya 
camaatı nə vaxtsa razı sala biləcəkdi ki?İnsanlar 
heç vaxt hər şeydən razı olmayıb.İndi internetdən 
güclü məlumat vasitəsi yoxdur.Biz artıq bundan 
daha inkişaf etmiş bir internetə ehtiyac 
duymayacaqmış kimi fikirləşirik.Ancaq nə vaxtsa 
bundan daha sürətli və daha üstün xüsusiyyətlərə 
sahib bir vasitə olsa artıq internet bizim üçün ideal 
sayılmayacaq.Problem olacaq bizim üçün. 
İnsanlar həmişə yeniliklər yaradacaq.Çünki 
heçnədən razı deyillər.Nahidə də bu xaosun içində 
razı salmaq istəyir insanları... 


66 
Nahidə özü kollec bitirmişdi.Universitetə 
girə bilməmişdi.Buna görə günlərcə ağlamışdı. 
Fariz isə ona başa salmaq istəyirdi ki insanları 
çıxartsın beynindən.Hamı indi desə ki “Nahidə 
niyə girmədi universitetə” girsə də deyəcəkdilər ki 
“onsuz da girməli idi də”.O qədər pul veriblər 
müəllimlərə. 
Artıq gecə düşürdü.Evə getmək lazım 
idi.Kazım kişi gil onlar üçün sovqat qoymuşdular. 
Yumurta, bağdan göyərti, tükü yolunub hazır 
qoyulmuş toyuq, şor, motal pendiri, yağ və başqa 
təbii kənd məhsulları.Yavaş-yavaş görüşüb 
sağollaşdıqdan sonra yola düşmək olardı.Ayazın 
da axırda gülə-gülə əl eləməsi lap yerinə 
düşdü.Zemfira arvad da bir stəkan su gətirib atdı 
arxalarıycan. 
Piyadalıq yolu sakitcə yeriyirdilər.Göydəki 
ay və ulduzların bulud olnayan səmada olnası 
küçəyə işıq salırdı.Küləkdən söhbət də gedə 
bilməzdi.Ayaz 
Farizin 
qucağında 
yuxuya 
getmişdi.Əyni qalın deyildi.Xəstələnməyi demək 
olar ki imkansız idi.Sükutu bu dəfə Nahidə pozdu: 


67 
– Səni niyə çağırmışdı ata?Bilmək olarmı 
cənab Fariz bəy?
– Təşəkkür edirəm.Bu danışığı həmişə 
danışsan nə olar ki? 
– Pis öyrənərsən – gülərək cavab verdi. 
– Heçnə.Həmişəki kimi. 
– Ehh Fariz.Biz bu mövzunu danışmışdıq axı. 
– Nə vaxt danışmışdıq ki ona birdə pul 
verməyəcəm? 
Farizin atası ondan birinci dəfə deyildi ki pul 
istəyirdi.Buna görə də Nahidə artıq bu gün öz 
etirazını bildirmişdi.Bundan əvvəl onlar söhbət 
etmişdilər bu barədə.Ortaq qərara gəlmişdilər ki 
artıq öz pullarını daha səmərəli xərcləyəcək-
lər.Dəqiq 
deyilməmişdi 
ki 
atasına 
pul 
verməyəcək.Heç axı əvvəlki Nahidə buna heçnə 
deməməli idi axı... 
– Fariz, sən bilirsən, mənim sinif yoldaşım 
Səidənin əri onu haraları gəzdirir? Özdə ki bizdən 
də heç çox qazanmırlar...qazansalar da azca çox 
ola bilər.
– çiyinlərini qaldıraraq dedi. 
– Yəni problem budu? Sən gəzmək 
istəyirsən? 


68 
– Hə.Nə qədər olar ev-iş ev iş... – Nahidəyə 
məxsus olmayan səs tonu ilə cavab verdi. 
– Yaxşısan Nahidə? Nəsə olub?
– Fariz sanki 
öz həyat yoldaşını görmürdü yanında.Başqa bir 
qadın idi sanki.Cismən Nahidənin olduğunu görsə 
də bu kifayət deyildi. 
– Etirazımı da deyəndə oluram pis
– dilinin 
altında deyinirdi –yaxşıyam ay Fariz...
– ... 
– 
Yaxşı əzizim bağışla.Neyniyiriy e 
gəzməyi.Qismət olsa gəzərik.Olsa... 
– ... 
Biraz piyada getdikdən sonra artıq onların 
marşrutunu gördülər.Rayon avtobusları həmişə 
olurdu orada.Şəhərdən rayona insanları gətirmək 
sərf edirdi taksi sürənlərə.Ya da avtobus sürənlər. 
Düzü Fariz burada işləməyi də fikirləşmişdi. 
Ancaq evində vaxt keçirə bilməmək qorxusu qalib 
gəldi.Ayazı hər gün qucağına alıb öpməyə bilərdi 
ki? Hər gün tezdən Nahidənin ləzzətli çayından 
içməyəcəkdi? 
Nahidənin 
ətirli boynundan 
öpməyəcəkdi? Yatağda dərdləşməyəcəkdi? Bax 


69 
bunlara görə də orada işləmək onun ürəyindən 
deyildi. 
Artıq düşəcəkləri yerə az qalmışdı.Təxminən 
2-3 dəqiqədən sonra düşüb şəhər daxili avtobus ilə 
evlərinə gedəcəkdilər.Hə, budur.Benzin doldurma 
məntəqəsini də keçdilər artıq.Yavaş-yavaş öz 
yüklərini əllərinə götürürdülər. 
– Qabağda bir yerdə saxlayarsınız. 
Sürücü susdu.Yəqin ki bu təsdiq cavabı 
idi.Ayazı da götürüb avtobusdan düşdülər.Elə bu 
an da onların qaldıqları yerə gedən avtobus da 
oradan keçirdi.Tez qaçıb minə bildilər. 
Təngənəfəs 
olan 
Nahidə 
Ayaz 
ilə 
oynayırdı.Farizin bu an təxminən 20 yaşında 
avtobusda belə mehriban ailə görərkən necə xoş 
olduğunu yadına saldı.Sanki düşünürdü ki onların 
heç bir dərdi yoxdu.İndi isə Farizin ailəsinə baxıb 
belə düşünürlər.Bir neçə ildən sonra isə bunu başa 
düşəcəklər. 
Küçədən keçərkən İradə xalanı gördülər. 
Nahidənin elə fikirləşirdi ki, o məhəllədə ən 
salamat 
adamdı.Bir 
xəbərçiliyi, 
arxadan 
danışmağı, paxıllığı, bir söznən heç bir pis 


70 
xüsusiyyətini görmürdü.Öz ailəsi də mərifətli ailə 
idi.Nahidə İradə xala ilə az qala bütün etdiklərini 
danışıb qurtara.Fariz də o vaxta qədər Ayaz ilə 
oynayırdı. 
– Fariz bala sən nağarırsan? Nə yaxşı getdiz 
qəşəng gəzdiz.Nahidə bayaxdan danışır.Sənnən 
bu gəzməy abu havası hardandı?
– gülərək 
soruşdu. 
– Nə bilim, olur da arada
– gülümsəyərək 
cavab verdi. 
Artıq evdə idilər.Eyni divarlar, eyni darvaza, 
eyni döşəmə, eyni həyət, eyni ev, eyni mətbəx. 
İçəri girib veşləri yerbəyer etdilər. Soyuducuya 
qoyulmalı olanları qoydular.Fariz Nahidədən 
yüngülvari yemək istəməyə dili gəlmirdi.Onu da 
başa düşürdü.Nahidə də yorulmuşdu axı. 
Biraz yatandan sonra durub istəyər əşi. 
Qaçhaqaç deyil ki.Ayaz da elə himə bənd
imiş.Başını yastığa qoyan kimi yatdı elə.Fariz də 
Nahidə ilə birgə yatağa girdi.Yuyunandan sonra 
yatağa girmək tam başqa hiss idi.Fariz bu 
xasiyyətini 
sevirdi.Özündə 
sevdiyi 
az 


71 
xüsusiyyətlərdən biri idi.Nahidə ilə yaxşıca 
söhbət etmək istəyirdi ki, artıq o yatmışdı. 
– Nahidə... 
– ... 
Fariz sağda yatırdı.Sol üstə çündü.Sağ əlini 
götürüb onun belinə qoydu.Bu an Nahidə onun 
əlini götürüb qırağa qoydu.Hmm nəsə olmuşdu 
görəsən?Deyəsən rayondan gələndə etdikləri 
söhbətdə olmuşdu nə olmuşdusa.Düzü Farizin də 
yuxusu gəlirdi.Üzünü Nahidə tərəfə çöndərmişdi. 
Nahidə isə Farizə tərəf yox.Fariz də əks tərəfə 
çünüb yuxuya getdi. 
– Həsənooovv eliyib hamısıın!Həsənovdur 
günahkaar! 
– ....21 şəhidin olmasında günahkar olmasını 
təsdiq edirik...ömürlük həps edilsin... 
Həsənov qıraqdan baxıb gülümsəyirdi. 
Arxasında isə şəhid olan hərbçi yoldaşları 
durmuşdu.Axı onlar ölmüşdü? İndi də birdən yox 
oldular. 
– Həsənovvvv! 
– ...Fariiz ay Fariiz dur!Ay Fariz... 


72 
Tər Farizin kürəyini yuyub aparırdı.Bütün 
bədəni su idi onun. 
– Nə oldu həyatım? Nə görürdün?
– Qorxulu yuxu idi. 
– Nə idi ki qorxulu? Tez əynini də 
dəyiş.Xəstələnəcəksən. 
– Şəhidlər...uğursuz əməliyyatımız. 
Bu əməliyyatdan sonra Fariz yuxularını 
yaman qarışdırırdı.Sanki Şəhid olmuş dostları onu 
izləyirdilər.Amma evlənəndən sonra bu hallar 
azalmışdı.Yox səviyyəsində idi.Bu gün isə bu 
yuxu nə idi birdən-birə... 
Paltarını da dəyişdikdən sonra mətbəxə keçib 
nəsə qurdalanırdı.Yemək üçün ova çıxmışdı.Nizə 
olmasa da yola verirdi birtəhər. 
– Yeməyə nəyinsə var? 
– Çayı qoy üstə qızsın şirinçay elə.Çox 
yorğunam sabah bişirərəm hə? 
– Hə yaxşı necə istəyirsən.
– gedib anası onlar 
üçün pay verdiyi yumurtanı da götürüb başladı 
bişirməyə.Çaynan yaxşı gedərdi. 
– Hələ bişirdə ay Fariz.Get çörək al.Bişirib 
getsən buza dönəcək yumurta. 


73 
Ən zəhləsi gedən epizod da bu idi.Yemək 
bişirəndə evdə çörək olmaması.Hamişə də elə 
belə də olurdu.Nahidə çörüy almasını istəyəndə 
həmişə də alıb gətirirdi.Problem onu demək 
idi.Əsəbləşməyin də bir adı yox idi.Yem üçün ova 
çıxmısansa, çətinliyə də dözməlisən. 
– Başqa nəsə lazımdı?
– əyilib ayaqqabısını 
geyinərək biraz bərk səs ilə soruşdu ki mətbəxdən 
eşidilsin. 
– Yox hər şey var.
– mətbəxdə bir əlində alma 
yeyib, bir əlində də telefon ilə qurdalana-
qurdalana cavab verdi. 
Darvazanı açıb yola düşdü.Əvvəl marketə 
getmək istədi.Nəsə əlavə yemək üçün bir şeylər 
almaq olardı.Ancaq pula biraz qənaət etməli idi 
artıq.Sabahdan da işə çıxmalı idi.Ona görə də bu 
axşam vaxtı İradə xala gil ən uyğun variant 
idi.Havada mülayim bir meh var idi.Adamın 
üzünü oxşayırdı.Əlləri şalvarın cibində yeriyərək 
mağazaya çatdı.İradə xalanın mağazası.Yerdən 
balaca daş götürüb darvazanı döyməyə başladı. 
Artıq darvazanın yuxarı hissəsinin rəngi tamamilə 


74 
yox idi.Bunun ardını gətirmək isə Farizin 
öhdəsinə düşürdü. 
– Kimdi?
– başqa yad bir səs cavab verdi. 
– Farizdi.Çörək var? 
Ayaq 
səslərindən 
başa düşülürdü ki, 
ayaqlarına bir şey geyinib gəlirdi.Gəlib 
darvazanın paslı kilidini açandan sonra İradə 
xalanın qızı olan Fatimə göründü.Həə...Fatimə 
İradə xalanın yaxşı xüsusiyyətlərini kölgədə 
qoyurdu.Ancaq bunu bilən insanlar üçün bu belə 
idi.Gözəllik də var, danışıq da, gözlər də öz 
yerində.Sanki qız madonna idi. 
– Aaa Fariz?Sənsən?
– özünü bilməməzdiyə 
vurub dedi. 
– Həə elə köhnə Fariz. 
– Gəl içəri soyuq olar. 
– Yox, narahat olma. 
– Deyirəm gəl içəri dəə.Heç kim yoxdu 
narahat olma ay utancaq Fariz... 
Farizi əlindən tutub yüngülcə içəri çəkdi. 
Sonra isə darvazanın arxasını da bağladı.Bu Farizi 
şüphələndirsə də, fikirləşdi ki axşamdır.Nə olar, 
nə olmaz. 


75 
Çörəklər gün ərzində satılmayanda onları 
içəri 
yerləşdirirdilər.Bunu 
İradə 
xaladan 
görmüşdü.Hətta, bir neçə dəfə özü də kömək 
etmişdi ona.İndi isə bu iki çörək almaq çox çətin 
olmuşdu. 
– Ohh ev də yaman istidi eey.
– deyərək 
üstünə atdığı gödəkcəni qırağa atdı.Yəqin ki 
tələsik çıxanda tam geyinməsə də üstünə atmışdı 
ki soyuq tutmasın onu.Onu kənara atdıqdan sonra 
üzərində yalnız maykası qalmışdı.İri sinələri 
Farizin gözünə dəydi.Bu əlbətdə ki qeyri ixtiyari 
idi.Gözü sadəcə sataşmışdı. 
– Bəlkə mənim çörəyimi verəsən gedim? 
O biri otaqdan səs gəldi – səbrini bas görəkkk. 
Otaqdan dizindən bir şortik ilə çıxdı 
çörə.Ayaqları iri və cazibədar olduğunu özü də 
yaxşı bilirdi Fatimənin.Fatimə lap uşaqlıqdan belə 
idi.Fariz gizlənqaç oyununda onu bir neçə dəfə 
Ruslan ilə görmüşdü.Normal halda görməməsi də 
onun yaddaşında qalmağının səbəbi idi.Ruslan 
Fatimə ilə iki evin arasında olan yerdə 
gizlənmişdi.Üz-üzə durmuşdular.Ruslanın iki əli 
də Fatimənin arxasında idi.Əlləri ilə onu sanki 


76 
masaj edirdi.Farizin həm tərbiyyəsi də imkan 
vermirdi belə şeyləri başa düşsün.Kazım kişi 
yaman yaxşı tərbiyə vermişdi ona.Ruslan isə öz 
işində idi.Bu da Fatimənin xoşuna gəlirdi.Əlləri 
ilə Ruslanın qabağından tutmuşdu.Niyə?Bilmirdi 
Fariz...4-5 ildən sonra isə hər şeyi yavaş-yavaş 
başa düşürdü.Başa düşürdü ki, cinsi istək edirdi 
bunları.Onları bu hormonlar idarə edirdi.Ancaq 
məsələ də bundadır ki, idarəni ona verməyəsən. 
Yoxsa əxlaqın bir mənası da qalmır axı... 
Deyəsən əynində olan mayka və şortik ilə 
Farizi yoldan çıxartmaq istəyirdi.Ancaq bu yavaş 
şəkildə baş verirdi.Yeriyərkən özünü azca da 
dartırdı ki, daha cazibədar görünsün.Gedib bağ 
tərfə açılan qapı tərəfdən malların saxlandığı 
yerdə olan çörəklərdən birini götürüb – yəqin ki 
birini istəyirsən Farizçik – dedi.Fariz isə o biri 
otaqdan təsdiqlədi.Çörəyi gətirib farizə verəndə 
isə qəflətən ayağı stola ilişib Farizin üstünə 
yıxıldı.Müvazinətini saxlaya bilməyib tutdu 
Farizi.Ancaq bu aktyorluaq farizə keçməzdi axı... 
Sanki gecənin avazı Fatiməni daha da 
alovlandırırdı.Onun heç vecinə də deyildi ki 


77 
Farizin arvadı, uşaqları var.Cəhənnəmə ki!O 
Nahidədən qat-qat daha gözəl idi.Qönçə dodaqlar, 
fındıq burun, alma kimi yanaqlar, əsl qadın 
bədəni...Bu dəqiqə Fatimə gildə heç kim yox 
idi.Yəqin ki, evdəkilər mağazaya mal almağa 
gediblər.Farizə bir əli ilə söykənib özünə dayaq 
yaradan Fatimənin belinə toxunub onu öz tərəfinə 
çəksəydi, artıq burada onları heç kim saxlaya 
bilməzdi. 
Yadına Nahidə düşür.Həyat yoldaşı.Ona heç 
vaxt xəyanət edə bilməz axı.Bu ləyaqətin və 
şərəfin yox olduğu bədənlərə aiddir.Farizin özü də 
bir vaxtlar bundan çox qorxurdu.Qorxurdu ki ona 
xəyanət etsin Nahidə.İndi yaxşı başa düşdü ki, 
belə şeyi əsla etməz. 
Nahidə ağlına gəlir, Fatimə gözəl bədəni ilə 
ona toxunur, ev boşdur, Nahidə onu öz evində 
gözləyir...Nahidəni seçəcəkdi.Bu asan sualdır. 
Çörəyi əlindən aldıqdan sonra Fatiməyə 
başdangetdi kömək etdi ki, yola versin və evə 
getsin.Çıxanda da çörəyin pulunu stolun üzərinə 
qoyub Fatiməni də ondan xəbərdar etdi. 
– Stolun üstündədi pul.Çox sağol. 


78 
– Qalardıda ay Fariz.Biz pul söhbəti edirik? 
– Allahın Nahidəsi də pul söhbəti edir 
mənlə.Qaldı ki sən... 
Bunu da deyib darvazanı açdı.Ancaq sonuncu 
sözü ürəyində demişdi.Əslində susmuşdu. Bu 
xasiyyəti də yeni başlamışdı deyəsən. 
Az qalsın Nahidə də xəyanətə uğramışdı.Axı 
onsuzda bunu heç kim bilməyəcəkdi?Yalnız 
Fatimə və Fariz.Sadəcə ikisi...Ancaq söhbət 
düşəndə xəyanət eləmədiyini, yalnız onu 
sevdiyini deyəndə biraz problem olacaqdı ona. 
Yalan danışmağı sevməyən insan üçün çətin 
idi.Əvvala xəyanəti niyə etsin axı.Bu suallar 
Farizin beynində sanki milçək kimi uçuşurdu. 
Milçək biraz bir yerdə qalan kimi oranı 
qanadırdı.Tez qovmaq lazım idi onları. 
Axır ki evə gəlib çata bildi.Sakitcə içəri 
qapısını açıb keçdi evə.İşıqlar sönülü idi və səs də 
gəlmirdi.Ağlına pis fikirlər gəlməyinə az qalmış, 
öz otaqlarında Ayaz və Nahidəni gördü.Mələk 
kimi yatırdı Nahidə.Yatarkən necə şirin olduğunu 
yalnız o başa düşürdü.Heç Nahidənin ailəsi də 


79 
yox.Bəlkə də bütün qadın-kişi münasibətlərində 
belədir.Ancaq bu tamam başqa idi.Tam ideal. 
Çörəyi 
də 
götürüb 
mətbəxə 
keçdi. 
Mətbəxdəki sırf gecə üçün quraşdırılan işığı 
yandırdı.Bu işıq altında olan hər şey daha erotik 
idi.Əlbətdə ki buna görə yandırmamışdı.Normal 
işıqlardan daha zəif idi deyə bu onun xoşuna 
gəlirdi.Soyuducunun ağzını açıb oradan bir 
pomidor, bir yumurta götürdü.Soyuducu ilə işi 
bitdikdən sonra şkafa yaxınlaşdı.Daha sonra 
əlindəkiləri stola qoymaq üçün qayıtdı stol olan 
küncə.Ora qoyandan sonra şkafdan bir pıçaq, bir 
də 
pomidoru doğramaq üçün lay taxta 
götürdü.Planında çığırtma var idi.Doğramağa 
başladı.Həmişəki kimi pıçaqlar çox iti idi.Farizin 
çox önəm verdiyi şey idi bəlkədə.Bəlkə sadəcə 
pıçaq itiləməkdən xoşu gəlirdi?Nahidənin 
pıçaqların iti olmadığını dediyi yadına gəlməzdi. 
Pomidoru özünün sevdiyi üslubda-xırda 
doğrayaraq qaba tökdü.Stəkana yumurtanı qoydu 
və çəngəl ilə qarışdırmağa başladı.Səs gur 
çıxmasın deyə biraz astadan və yavaş sürət ilə 


80 
edirdi.Qazın altını yandırıb tavanı üstünə qoydu. 
Anasının verdiyi yağdan bir qaşıq tavaya 
əndərdi.Yemək qaşığı ilə bir nehrə yağı 
qoydu.Mağaza yağı olanda isə çay qaşığı qədər 
yağ ona bəs edirdi.Bu yağın dadını çox sevirdi 
deyə yağı belə bol eləmişdi.Sonra pomidor ilə 
yumurtanı da müəyyən vaxt sonra tavada yaxşıca 
qızartdı. 
– İstiot da pis olmaz.
– dilinin altında öz-
özünə dedi.İstiotu da səpdikdən sonra qaldı bunu 
yeməy.Çörəkdən biraz qoparıb yeməyin yağlı 
yerindən batırıb ağzına qoydu... 
Fariz yeyəndə də fikirə gedirdi.Bu həftə 
yaman xərcləmişdi.Özü də boş yerlərə.Bunun 
yerini doldurmaq lazım idi.Ona görə də sabahdan 
işə getməli idi.Lazım gəlsə əlavə vaxta qalıb daha 
çox saat yazdırmalı idi.Nahidəyə də nəsə almaq 
itsəyirdi.Baha olmasa da maraqlı və yaddaqalan 
hədiyyə... 
Saat artıq 1-ə işləyirdi.Yeməyini yavaş-yavaş 
yeyib qutardıqdan sonra sabah Nahidə əziyyət 
çəkməsin deyə yediyi qabları yuyurdu.Bundan 


81 
əlavə 1-2 çirkli stəkan da var idi.Onları da yuyub 
qurtarandan sonra çörəyi yerinə qoyub mətbəxdən 
çıxdı.Yeməkdən sonra yaman yuxu gəlir 
adama.Özünü yatağa tullayıb gözlərini yumdu. 
Normalda həmişə Nahidə ilə birgə söhbətləşib 
yatardılar.Bu gün yəqin ki yorğunçuluq bu adətə 
qarşı çıxa bilmişdi.Heyrətamiz... 
Bir neçə dəqiqədən sonra artıq Fariz də 
yuxuya getdi.Yumşaq xəyalların arasında yatırdı. 
Həmişəki kimi bəlkə də heç vaxt mümkün 
olmayacaq xəyalları edirdi.Əsas budur ki bu onu 
xoşbəxt edirdi.İnsan gərək ki özü-özlüyündə nəsə 
bir şey tapıb xoşbəxt ola bilsin.Bu ya sənin 
fəlsəfən olsun ya da yuxuya getməyin üçün bir 
vasitə.Fərq etmir. 
Dünən tez durmaq üçün alarm da qoymaq lap 
yaddan çıxmışdı.İşə gecikib-gecikməyəcəyini 
bilməyi üçün tez qonaq otağına qaçıb saatı 
axtarırdı.Amma günəşin gözoxşayan işığı otağı 
yaxşıca aydınladırdı.Bu isə Farizin ümidini lap 
öldürdü.Bəli..Saat 9 tamam idi.İş isə elə saat 9 da 
başlayır.Ayağa qalxanda başında hiss etdiyi 


82 
ağırlıq 
və 
yatağdakı 
isti 
tər 
deyəsən 
xəstələnməkdən xəbər verirdi.Halsız və dünənki 
yorğunluğu üzərindən ata bilməyən Fariz 
müdirinə zəng edib bir bəhanə etməyi fikirləşirdi. 
Nömrəni əzbərə bildiyindən tez telefona yazıb 
zəng etdi. 
– Balansınızda kif.... 
Dəstəyi asdı.İş elə gətirirdi ki, Farizin önü sanki 
bilərəkdən bağlanıb. 
–Lənətə 
gələsəəən!-dişlərini 
qıcayaraq 
astadan dilinin altında dedi. 
–Nahidə 
–... 
–Nahidə-xoş bir avaz ilə yavaşca toxunaraq 
yuxudan oyatmaq istəyirdi.Onun telefonunda 
danışmaq üçün balans olar yəqin ki. 
– Hə ay Fariz, nə olub?-gözlərini ovuşduraraq 
söylədi. 
– Telefonun hanı?Zəng eləməliyəm
– Səninkinə nə olub ki? 
–Bolonsdo kifoyot qodor vəsoit yoxdu-
operatoru yamsıladı. 


83 
1-2 dəqiqə zəng çaldıqdan sonra qalın bir səsdən 
cavab gəldi: 
– Eşidirəm! 
– Salam məllim necəsiz, mənəm Fariz. 
– Salam,salam. 
– Elə birazdan çatacayıq evə rayondan indi 
gəlirik.Bu günün əvəzini maaşdab çıxarsız 
lap.Amma üzr istəmək üçün zəng etmişdim 
– Hə canın sağ olsun Fariz.Ama sən sabah gəl 
bir söhbət edək səninlə 
– Çox sağolun-azca sevincli səs ilə dedikdən 
sonra davam etdi-xeyirdimi? 
– Sabah gəl danışarıq. 
– Aha yaxşı, baş üstə! 
Zəngi bitirmək istəyəndə gördü ki çoxdan bitib 
zəng.Bəlkədə sonuncu cümləsini eşitməyib 
müdiri. 
Müdiri də yaman acgöz və pula görə hər şey edən 
bir adam idi.Uşaqlıqdan hamıya hiylə gələrək 
pullarını mənimsəmə qabiliyyəti ona bu gün 
kömək edirdi 
–Hə yaxşı, yaxşı-gülərək yataq otağındakı 
siyirməli şkafın üzərini göstərdi. 


84 
Müdir onsuzda Farizin işə gəlməməyini güc bəla 
ilə qəbul etmişdi.İndi isə yatıb qalmaq heç yerinə 
düşmədi. 
İş yerində onun haqqında pis bir şey söyləyən 
adam demək olar ki yox idi.
Səbəb onun ilahi bir 
varlıq ya da ki yaxşı insan olmağı deyildi 
əlbətdə.Onun haqqında söz danışılandan az 
keçməmiş, bu söhbət çatırdı onun qulağına.Sonra 
isə müdir ya onu qovurdu işdən, ya da ki nəsə bir 
işi boynuya qoyurdu.Məsələn, hansısa texnikanın 
xarab olmağı həmin adamın 5 il ömrünü verib 
onun yenisini almağa bərabər olurdu.Bu idi səbəb. 
Fariz isə müdirin bu sözünə necə inanacağını 
fikirləşirdi."Nəysə" deyib getdi isti yorğanının 
qırağını qaldırıb girdi yerinə.Kaş adamın pulu 
olardı, heç yerindən tərpənməzdi.Ömründə 
yatmadığı bütün günün əvəzini çıxardı.Yuxusu 
bir qədər qaçsa da birtəhər beynini yuxuya 
verdi.Bu gün də fasilə olsun. 
Saat 12:00 göstərirdi.Artıq günorta olmuşdu, 
ancaq Fariz hələ də yatırdı.Nahidə isə bu gün günə 
daha tez başlamışdı.Günəşin işığı pəncərədən evə 
daxil olur və içərini isidirdi.Pərdələri açıb yumaq 


85 
üçün bir vannaya yığmışdı.Şüşələr isə par-par 
parıldayırdı.Sanki heç şüşə yoxdur arada. 
Yuxudan 
duran 
Fariz 
ayaqyoluna 
tərəf 
getdi.Nahidə çöldə olduğundan onu görmədi ki 
sabahın xeyur desin.Həmişə olmasa da dişlərini 
fırçalamaq qərarına gəldi nədənsə.Pastanın 
arxasından sıxıb dibində qalmış məcunu fırçaya 
sürtə bildi.Qabı isə birdəfəlik zinil qutusuna 
tulladı.Əl-üzünü yaxşıca yuyandan sonra məhrəba 
ilə 
qurulamağa başladı.Hə..hamamın işığı 
yanmırdı.Bu gün olmamışdı.Ancaq bir vaxt edib 
onu təzəsi ilə də dəyişməmişdi.Bunu ondan başqa 
kim etsin ki? 
Mətbəxə keçib qazın üzərində olan çaydanın 
altını yandırdı.Gedib stulda oturub başını əlləri 
üzərinə və onu da stolun üzərinə qoydu.Yuxudan 
gec durmaq həqiqətən də çox pis idi.İnsan sanki 
günün yarısında oyanır və artıq ayılmağa da 
dəymir.Bu rejim təmbəllik rejimi adlanır.Fariz isə 
buna heç alşmayacaq kimi görünür. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin