Ceyhunun çiynindən dəyən güllə həmin yerdə paltara qan izi açmışdı. Güllə yəqin ki iriçaplı


mart, 2015-ci il, Ağdərə istiqamətində olan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix14.04.2023
ölçüsü0,53 Mb.
#97770
1   2   3
Kitab-2 Sınaq oxunuşu

17 mart, 2015-ci il, Ağdərə istiqamətində olan 
gizli əməliyyat.21 şəhid 
Əməliyyat zamanı döyüşən 24 nəfərdən yalnız 2-
si sağ-salamat evinə qayıda bildi.Bir nəfər isə itkin 
düşdü.Düşmənin pusqusuna düşən komanda 
axıra qədər döyüşdü.Sağ qayıdan əsgərlərə isə 2 
ay araşdırma aparıldı.Sonda isə heçbirinin günahı 
olmadığı təsdiq olundu. 
27 May 2011-ci il 


10 
Toydan sonrakı ilk ayların çətin olduğunu 
onun 
əmisi əvvəlcədən demişdi.Bərk-bərk 
tapşırmışdı ki, həyat yoldaşı ilə yaxşı yola 
getsin.Bəlkə də özü də bərk sevib.Nə bilməy olar? 
– Nətərsən əə kişi? – həmişəki kimi mehriban 
səs ilə danışırdı. 
– 
Salam 
ay 
əmi, 
şükür 
Allaha 
yaxşılıxdı.Sizdə nə var-nə yox?Bənövşə xala 
nətərdi? 
– Yaxşı ol həə...aəə sənə nə Bənövşə 
nətərdi?? – səs tonunu yüksəltdi.Qalib heç vaxt da 
zarafatından qalmırdı.Ən pis vəziyyətində də 
hansısa cuzi zarafatı etməli idi.Artıq qana 
yerimişdi sanki. 
– HA HA HA...Ay əmi yaxşı görəy.Təki 
yaxşı olun.Xeyirdimi zəng eləmisən? – əmisinə 
sual verdi. 
– Heç dedim görüm səndə vəziyyət 
necədi?Yola gedə bilirsiz?Dolana bilirsinizmi? 
– Hə əmi narahat olma.Hər şey qaydasın-
dadır. 


11 
– Oldu onda...nəsə olsa əmin bir zəmg uzaq-
lığındadı biləsən. 
Əmisinin 
də sözü uzatmağı olmuya 
birdənə.Az qala qazandığının yarsını kontura 
verirdi.Əmisi Qalib kişi Farizə atasından çox yol 
göstə-rirdi.Səbəbi isə tək deyildi.Kazım kişi heç 
vaxt oğlunun işinə qarışmazdı.Ümumiyyətcə heç 
bir ailə üzvünün işinə qarışmırdı.Ancaq bu da bir 
yerə qədər olmalıdır.Bir vaxtdan sonra artıq ailəyə 
də bir söz də keçirtmək olmazdı axı.İndi durub 
evdəkilərə hansısa mövzuda bir məsləhət versə, 
onlar Kazım kişiyə qəribə baxardılar.Ciddi qəbul 
etməzdilər.Onsuz da Kazım kişinin çox da vecinə 
deyildi.Sakit təbiəti olan adam idi.Sakit təbiətli 
insan çox gözəldir.Ancaq bizim bu Kazım kişi 
həddindən artıq idi.Dünya vecinə deyildi 
eləbil.Evdə nəsə bir dava-danışıq olanda da 
sadəcə bir nöqtəyə zillənib baxırdı.Sakit, fikirli bir 
o qədər də vecsiz şəkildə... 
– Bax yüz dəfə demişəm ki, damazlığı 
kəsilsin bu toyuğun, dən vermə qırılmışa.Özüm 
verəcəm.Bir vedrə dən atırlar on dənə çolpaya? – 
anası Zemfira arvad artıq ən az yarım saat olan 


12 
deyinmələrinə başlamışdı.Ancaq adamın üstündə 
Allah var.Düzgün yerə danışırdı.Kazım kişi qış 
ehtiyyatına bəs edəcək arpanı iyirmicə günə yox 
edirdi. 
– Guya bu qədər danışdığım bir bəhrəsini 
verəcək?Aaay, hay!İyirmi ildi deyirəm ee.Düz 
iiyirmi ildi başa sala bilməmişəm ki, atma qardaş, 
atma dən!Dən atma!Dən atma!Atma dən! – yerə 
oturub paltarları qatlayaraq danışırdı.Oturanda da 
çətinlik çəkirdi.Ayağı bud nahiyəsindən düz iki 
dəfə qırılmışdı.Hər ayağı bir dəfə... 
Birinci 
dəfə 
qırılanda 
Fariz 
uşaq 
idi.Təxminən beş yaşı olardı.Özündən iki yaş 
böyük olan əmisi oğlu İlyas ilə oyuncaq maşın 
oynayırdılar.Həyətdə olan nəhəng çinar ağacı 
oranı yaxşıca gündən qoruyurdu.Bəlkə də 
məhlədə ən sərin həyət elə məhz Fariz gilin 
idi.Birdən Bənövşə xala təngənəfəs dəmir-dümür 
ilə düzəldilən əldəqayırma darvazanı açaraq hay 
həçir saldı. 
– Evim yıxıldı aaz.Bənövşə yıxılıb, ayağı 
sınıb. 


13 
– Az harda? – əlindəki qaz açarını yerə ataraq 
arvadı Bənövşə arvadın yanına gəldi.Yenə nəsə 
bir şeynən qurdalanırdı. 
– Hardadı indi? Harda olub?
– Sumqayıtda.Tez maşını min gedəy!
– 
Zemfira arvad ona zəng edib demişdi. 
Bu səs-küydə hamını həyacan bürümüşdü. 
Sadəcə Fariz öz aləmində maşınını sürürdü... 
Brmağı ilə qarışqaları öldürüb sonra maşının 
arxasına yığırdı.Öz təsəvvüründə ovda idi. 
– Ananın ayağı şınıb ee Fayiz. – İlyas dedi. 
– Oyununu oyna da.Heşnə oymaz.Vınnn... 
Onun üçün bu dəqiqə əsas ana deyildi. 
Oyuncaq maşının arxasısında olan qarışqanın sayı 
idi.Düzdü, bir neçə gündən sonra artıq anası üçün 
ağlamağa başlayırdı.Ümumiyyətcə insanlar hər 
mövzuda belədir. Hansısa dəyər verdiyi bir 
şeydən nisbətən daha dəyərli bir şey ortaya 
çıxanda, artıq əvvəlkini yaddan çıxarır.Ta ki təzə 
qazandığının dadı ölənə kimi... 


14 
Farizin həmdə bir bacısı var idi.Əsmər ilə heç 
yola getmirdilər.Əslində elə vaxt olurdu ki çox 
mehriban olurdular.Bir saat oturub hansısa 
mövzudan başlayıb özlərinin aid olmadığı 
mövzuya qədər gəlib çıxırdılar.Heç bir-iki saat 
keçməmiş adi bir şeyin üstündə dalaşırdılar.Çünki 
Əsmər onun sözündən çıxırdı.Bu indiyə qədər də 
davam edirdi.Əvvəl yerə yıxılıb dalaçırdılarsa, 
indiki vəziyyətdə Farizin tək əli özündən iki yaş 
böyük olan bacısın bədəninə qalib gəlirdi.Səbəb 
onun hərbidə olan fəaliyyəti deyildi.Təxminən 15 
yaşından artıq vəziyyət farizin xeyrinə keçmişdi. 
– Bir stəkan çay verdə – evə girən kimi 
deyirdi. 
– Ay daa!Get özün süz.O dee peçin 
üstündədi. 
Klassik ailə söhbətləri Səlimovlar ailəsinə də 
şamil edilirdi.Ancaq Fariz dediyini edirdi.Çay 
gəlməlidir vəssalam!Ya zarafata salıb gətizdirir, 
ya da ki elə dalaşıb gətizdirirdi.Onsuzda Əsmər 
bilirdi ki, anası səsə gəlsə yenə də oğlunun tərəfini 
saxlayacaqdı.Fariz heç də pis qardaş da 
deyildi.Vaxt olurdu ki bacısı ilə gedib şəhərdə 


15 
gəzib gəlirdi.Hər gün də universitetdən evə 
gələndə ona bir çöplü meyvə şirəsi alırdı.Qiyməti 
40-50 qəpik arasında dəyişirdi.Ancaq Əsmər 
sanki ona brilyant üzük hədiyyə edilibmiş kimi 
sevinirdi.40 qəpik ilə bu sevinci görmək sərf 
edirdi.Belə şeylərə görə sevinən və gözütox olan 
adam da azalmışdı sanki. 
Arada dərsdən çıxıb evə gələndə yolda 
hansısa oğlanın əlində gül puketi görəndə, hansısa 
qırmızı bant bağlanmış hədiyyə görəndə 
əsəbləşirdi.Əsəbləşirdi ki niyə o da bunu edə 
bilmir...Ancaq təsəlli tapırdı ki, universiteti 
bitirəndən sonra yaxşıca iş tapacaq.Ondan sonra 
da hər şey əla olacaq.Sevgilisi ilə də yaxşı həyat 
quracaq.Ailəsi ilə də mehriban olacaq. 
Sevgilisini isə universitetə hazırlaşarkən 
tapmışdı.Bəli, bəli, tapmışdı!Yeganə qədər gözəl 
qız yox idi Farizə görə.Onu görəndə həmişə 
fikirləşirdi ki bu qız axı bunun nəyini sevir.Nahidə 
çox gözü tox, tərbiyəli və sakit qız idi.Farizin 
yanında şıltaqlıq isə istisnadır.Onun yanında rahat 
idi.İkisi də sanki bir-birlərində özlərini 
tapmışdılar.10-cu sinifə gedəndə də eyni yerə 


16 
məşğələyə getsələrdə nə Fariz Nahidəni, nədə 
Nahidə Farizi bir dəfə də olsun görməyib.Bəlkə də 
görüblər ancaq fikir verməyiblər. 
Hər nəysə.Əsas odur ki, gec də olsa bir-birini 
tanıyıb sevmişdilər.Aralarında olan sevgi heçdə 
bir-iki aylıq simpatiya deyildi.Fariz Nahidəni 
tanıyanda bilmişdi sevgi nədir.Onda hər şeyi başa 
düşmüşdü.Onda bildi ki, niyə sevgiliyə görə 
özlərini öldürənlər var...Düzdü bu ağılsızlıq olsa 
da, artıq onları başa düşürdü. 
Təxminən 6 il sevgili olduqdan sonra nigah 
bağlanmışdılar.Yox, yox! ailələr narazı deyildi. 
Farizin anası bilsə də, Nahidə gildən heç kim 
bilmirdi bu məsələni.Onsuz da öz aralarında 
danışmışdılar ki bu yaşda evlənsinlər. 
Fariz isə öz bildiyin eləmişdi.Camaat 
universitetə girir ki, əsgərlikdən 3-4 il olsa da 
yayınsın.Fariz isə dəli idi.Bəlkə də normal elə 
Fariz idi.Fariz bir dəfə bir söz görmüşdü 
internetdə.Qozbellər 
ölkəsində 
düzqamətlilər 
qüsurlu hesab edilir.Bu söz yadına düşürdü kimsə 
onun vətənpərvərlik hissinə qarşı gələndə.Hərbi 
isə onun arzusu idi. 


17 
– Fariz!Sən universiteti dondurub əsgərliyə 
getsən məni dindirmə bildin?Eşitdin məni? 
4-cü kurs olanda artıq bu mövzu daha tez-tez 
açılırdı.Yayda isə Fariz əsgərliyi seçdi.Hansı ki 
bəxtindən düşmənə qarşı bir neçə əməliyyatda da 
iştirak etmişdi.21 Şəhid... 
– Alo...salam ana nətərsiz neynirsiz.Kişiyə 
nətər baxırsan?
– artıq Qarabağa qayıdan Kazım 
kişiynən Zemfira arvad orda ikisi yaşayırdı. 
Sumqayıtdakı evdə isə Nahidə ilə qalırdı. 
– Hə ay Fariz yaxşılıxdı.Siz neynirsiz?Mənim 
əziz gəlnim neyniyir?
– gəlini ilə yaxşı yola 
getməyi Farizin də çox xoşuna gəlirdi.Arada anası 
ilə Nahidə birləşib Farizə də qarşı olurdular. 
– Həə ay ana.Yeməy bişirir indi.Yandırmasa 
yeyəciyiy dəə...
– mətbəxdə olan Nahidəyə 
eşitdirirdi. 
– Yaxşılıxdı anası – Farizdən bir çimdik 
götürərək telefonu əlinə alıb danışdı.Zarafat bir 
yana, 
onun 
əlinin təamları nəyə desən 
dəyərdi.Fariz çətin doyardı onun yeməklərindən. 
Heçnəyi yox, kamunalı ödəyəndə ürəynən 
ödüyürdü.Bilirdi ki, buna dəyir. 


18 
Farizin çox arzusu var idi.Heç sən deyən 
böyük arzu da deyil.Sadəxə maşını olsun ailəsini 
istədiyi vaxt harasa aparmağa, evdə istədiyi 
yeməklər olsun həmişə.Gündə soyuducunu açıb 
onunla üz-üzə durub biraz baxışdıqdan sonra 
sağollaşmaq istəmirdi.İstəmirdi ki ailəsi hansısa 
bir şeyi başqasında görüb istəyəndə onun pulu 
çatmasın. 
Özü ixtisasına görə iş tapa bilməmişdi.Bəli 
çox axtarmışdı vaxtı ilə...Ancaq bu bəhrəsini 
verməmişdi.Sonradan isə zavodda çətin də olsa 
bir işə düzələ bildi.Nahidəynən sevgili olanda, 
universitetin ilk kurslarında onlar söhbət edəndə 
Fariz də deyirdi ki, ona dörd rəqəmli maaş 
lazımdır: 
– Bax əzizim, mən ən pis halda 1000 manat 
maaş olan bir işə düzəlsəm çox əla olar 
eee...amma məqsədim 1500 çamatdı!Yaxşı 
dolanmaq istəyirəm ee.İstəyirəm ki sənin 
istədiyin hər şeyi alım sən xoşbəxt ol təki...ehh 
görəy nolur – parkda ağacın altında oturaraq 
söhbət edirdilər.Yarpağı əlində kiçik hissələrə 
bölə-bölə danışırdı. 


19 
– Aydaa həyatım!Sən indi deyirsən ki, məni 
pul xoşbəxt eliyir???
– incimiş bir tonda dedi – ay 
adam, gündəliy ac qalmayaq, bəsimdi.Yanımda 
olsan mənə heçbirşey lazım deyil.İnşallah 
qazanarsan.Sənə inanıram.Ama sən də mənə inan 
daa...ehhh...
– başını Farizin çiyninə söykədi. 
Fariz bilirdi ki bu qız heçvaxt pul söhbətinə 
görə ayrılmaz.Düzdü, sevgili olduqları ilk illər 
ona tam inanmırdı.Onsuzda dostlarının sevgililəri 
tərəfindən xəyanət edilməsini görəndə dəli olurdu 
az qala.Qorxurdu öz başına gəlməyindən.Sonrakı 
illərdə tam əmin oldu ki Nahidə əslində qız deyil, 
əsl qadındır.Ona həqiqətə pnəmli olan Fariz idi. 
Hətta Fariz bir neçə dəfə onu sınamaq üçün 
düz bir ay özünü vurdu kasıblığa.Onsuz varlı da 
deyildi.Ancaq bu dəfə lap şitilin çıxarmışdı.Yol 
pulundan başqa pul götürmürdü özünnən. 
Sevgilisinə də demişdi ki evdə problem var, pul 
yoxdu falan filan.Lakin nəticə əla idi.Nahidə 
həminki Nahidə idi. 
Nahidənin də bir qardaşı var idi.Rövşən də 
pis adam deyildi.İndi Fariz gilin bir uşağı da var 


20 
idi.Adını da ikisi birlikdə seçmişdi.Ayaz 
dəcəllikdə yəqin ki, dayısına oxşamışdı. 
– Oğul dayısına oxşuyar deyəndə düz 
deyiblər ee!
– Ayazı evin içərisində qovalayırdı. 
Hərdən yerə yıxıb yumruqlayırdı guya.Uşağın da 
səsi lap aləmi götürmüşdü. 
– Balamızın neçə yaşı varee ay Fariz?
– 
Nahidənin gətirdiyi o gözəl çaydan bir qurtum 
alıb soruşdu. 
– Beş yaşı olacaq gələn ay inşallah.Bir şey 
qalmıyıb məktəbə getməyinə – Ayazın oyuncaqla 
oynadığına baxa-baxa danışırdı.Ayaz sarı uşaq 
idi.Anası da əsmər idi atasıda.İlk aylarında əsmər 
olsa da, 2 ay keçmişdi ki uşaq döndü oldu sarışın. 
Zalım oğlu biraz böyüyəndən sonra qızların 
qənimi olacaq.Qızlar bunun arxasınca düşəcək. 
Bunu indidən görmək olurdu.Çənə quruluşu, 
qəmzələr, yumuşaq saç, qap-qara gözlər.Day 
bunnan artığ nə istiyirsən? 
– Ay Fariizz!Səniynənəm ee!
– onun fikrə 
getdiyini görüb dartıb gətirdi həqiqi dünyaya. 
– Həə...nə deyirdin sən Allah...
– gülə-gülə 
konfetin birini açıb ağzına atdı. 


21 
– Deyirəm ki, uşağı hansı məktəbə qoymaq 
fikriniz var? 
– Budee yanımızdakı 27 nömrəli məktəbə. 
Necə bəyəm?
– ağzındakı konfeti ağzında sol 
tərəfdə saxlayaraq cavab verdi. 
– A kişi uşağı heyif eləmiyün.Əziyyət də olsa, 
apar qoy Bakı məktəbinə.4-5-ci siniflərinə kimi 
apar, sonra özü gedər – çiyinlərin qaldıraraq sanki 
özü elə edibmiş kimi danışırdı.Heç öz uşağlarının 
tam dəqiq hansı məktəbə getdiyini də bilmirdi. 
– Rövşən, vallah sərf eləmir.Oxuyan da hər 
yerdə oxuyar.Bu uşağın beynində oxumaq 
yoxdursa, bunu lap Yaponiyaya da aparsan 
oxumaz. 
– Nəblim e...özün bilən məsləhətdi yenə. 
Ayağa durub getdi Ayazı belindən tutub göyə 
qaldırdı.Tez əlini uşağın cibinə salıb çıxardı.Guya 
bilmirdi ki, Fariz əsgərlikdə XTQ olub?Farizin 
diqqətindən yayınmamışdı bu epizod.Tez onun 
tərəfinə gəldi: 
– Bax Rövşən, hər dəfə xəcalətə salırsan 
bizi.Eləmə, vallah deyirəm inciyərəm. 


22 
Biraz əlbəyaxa olandan sonra yenə də 
Rövşən qalib gəldi. 
– Qardaş mən verdim uşağa.O bilər, mən 
bilərəm.Hə ay dədəsi sifət?
– yersiz zarfatları da 
olmasa yaxşı olardı. 
– Mənimdii.Veymiyəmm...ihhh..
hələ əl 
dəyməmiş başlamışdı Ayaz. 
Uşaqlıqdan bəri biz elə pul həvəskarıyıq. 
Ayaz o əlli manatı düz bir həftə saxladı.Öz 
qutusunu tutmuşdu.Hər gün ora gedib baxmasa 
yata bilməzdi.Sanki qoruyurdu pulunu.Kimdən? 
Anasından...İnsan necə bir varlıqdırsa, artıq uşaq 
vaxtından hər şeyi dəyişməyə hazırdır pula...Ağıl 
kəsmirsə, at zibilə o pulu.Bu satqınlıq hissi, 
pulgirlik, kef çəkmək istəyi artıq qana da həkk 
olunub sanki. 
Əvvəllər onlar da istəyirdilər ki, iki uşaq 
sahibi olsunlar.Özü də ki qız olsun.Hətta onun 
adını da fikirləşən Fariz Banunu çox istəyərdi ki 
olsun.İmkana görə Ayazdan sonra bir müddət 
gözləmək istədilər.Uşaq saxlamaq da asan bir iş 
deyil.Adı uşaq olsa da böyükdən daha bahalı 
şeylər yeyir.Ancaq bir müddətlik dedikləri artıq 3 


23 
il olmuşdu.İndi isə heç biri Banu söhbətini 
açmırdı.Bəlkədə o oğlan olacaqdı.Lakin bu 
bətndə olacaq uşaq və ya istədikləri uşaq Banu 
adlanırdı.Əvvəldən arzuladıqları Banu...Banu və 
Ayaz... 
Amma belə də xoşbəxt idilər.Ayaz onları 
yamanca güldürürdü.Çox dəcəl olduğu bəzi 
yerlərdə onları əsəbləşdirsə də, çox vaxt 
öldürürdü gülməkdən.Məsələn, bir dəfə bu 
yaxınlarda qabyuyan vasitəsini əlinə götürüb 
tərsinə tutub, məhəllənin asvalt yolu ilə təxminən 
200 metr getmişdi.Nahidə isə dəli olacaqdı az 
qalsın.Artıq ağlamağına az qalmışdı.Fariz işdə 
olduğuna görə tək axtarmalı idi.Ərinə də xəbər 
versə lap aləm dəyəcəkdi bir-birinə.Birdən bir 
şeyin fərqinə vardı...Yerdə nəsə yaşıl maye 
süzülüb yol ilə gedirdi.Biraz yaxınlaşıb gördü ki 
bu evlərində dəhlizə qoyduğu yuyucu vasitədir. 
İzi ilə gedib onu tapandan sonra arxasına iki-
üç dəfə yamanca şillə vurdu.Hələ arı yuvasını 
çubuqla dümüylüyəndə gözünün üstündən, 
burnundan, 
əllərindən arı vurmuşdu.Eləbil 
yekəldikcən daha çoxalırdı dəcəllik... 


24 
Həmişəki kimi normal bir günün sonu 
idi.Telefon ilə Nahidəyə zəng edib evə nə lazım 
olduğunu soruşurdu: 
– Çatıram bizim məhəlləyə.Nəsə lazımdı 
evə? 
– Həyat yoldaşıma pirojki bişirmişəm – 
sevincək cavab verdi.Farizin ona çox sağol deyib 
öpməsi onun üçün hər şey idi.
– gör bir dənə acika 
ala bilirsən?Başqa heç nə lazım deyil ürəyim. 
– Hə yaxşı Nahibə bajı – altdan-altdan 
gülürdü. 
Düşəcəyi dayanacağa hələ 7-8 dəqiqə var 
idi.Arxadan ikinci yerdə oturub fikirə getmişdi. 
Pəncərə tərəfdə otursaydı söykənməyə yer də 
olardı.Bu dəfə bəxti gətirməmişdi.Sol tərəfdə 
oturmusansa, üstəlik arxaya söykənəndə narahat 
olursansa gərək ki başını nəynənsə qatasan.Fariz 
isə həmişəki kimi insanları analiz edirdi. 
Bəlkə də burdakı bəzi adamları bircə dəfə 
görmək üçün burnunun ucu göynəyən adamlar 
var.Sevgilisi, anası, dostu da ola bilər.Ancaq sən 
həmin adamı ən az yarım saat izləyə bilirsən... 
Yada ki ayaq üstə duran qırmızı qalstuklu, göy 


25 
kostyumlu, bir əlində kompüter, ayaqqabı mazı ilə 
çimən biri avtobusda şəxsiyyətli və xoşbəxt 
görünə bilərdi.Ancaq bəlkədə evə girən kimi 
dava-dalaş başlayacaqdı. 
Birdən qəfil ayılanda gördü ki artıq düşəcəyi 
yerdən bir dayanacaq qabağda düşüb. 
– Saxla, saxla! 
Tez tormoza basıb nəhəng avtobusu yavaş-
yavaş saxlayan şofer dedi:
– Burda saxlıyım bala? 
– Hə dayı hə... 
50 qəpik verib avtobusdan düşdü.İndi bu 
mənasız fikirləri elədiyinə görə 400 metr də əlavə 
getməli idi.İki gedişli magistral yolun qırağı ilə 
qayıdırdı.Yorğunluğun pis vaxtında dayanacaq 
ötürmək heç yaxşı olmadı. 
Axır gəlib çatdı öz məhəlləsinin girişinə. 
Girişdən bir az irəli gedəndə balaca mağazaya 
daxil oldu.Bu balaca mağazanı İradə xala 
işlədirdi.Doğrusu, orda çox şey olmurdu.Yağ, 
makaron, siqaret, başqa növ şirniyyatlar və sair 
şeylər orda olmurdu.Ancaq yenə də Fariz 
bacardığı qədər oradan alırdı özünə lazım olanları. 


26 
Nə də olmasa, çörəyi həmişə oradan alırdı. 
–Salam İradə xala.Nətərdi vəziyyət?–əvvəlcə 
hal-xoş edib sonra acikanı istədi – xala zəhmət 
olmasa acika verərsə birdənə...balaca olsun...
– 
əlavə etdi. 
– Salam ay oğul.Şükür yaxşılıxdı.Hara 
tələsirsən ay Allah köməy olsun sənə?
– 
piştaxtanın altından qırmızı acikanı götürüb 
Farizə uzatdı – ala qadan alım. 
– Heç, evə tez getməy pis deyil ki – cibindən 
3 manat çıxarın verdi İradə xalaya.Qalığı 
qaytararaq öz qısa məsləhətlərini verdi: 
– Hə ay bala, bax həmişə belə ol.Adam 
evlənəndə gərəy evdən işə yox, işdən evə tələssin. 
Ala bu almaları ver qızıma.De ki İradə xalan 
verdi.Ayaznan özü yesin ha– mələk üzlü İradə 
xala salafana 3-4 alma qoyub ağzını yaxşıca 
bağladı.İradə arvad özü çox yaxşı adam 
olmuşdu.Fariz onun kiməsə pislik etdiyini nə 
görməmişdi, nə də eşitməmişdi.Bir söznən ondan 
pislik gəlməzdi. 
Acikanı götürüb evə doğru addımlamağa 
başladı.Axşam olduğu üçün bir-iki adamın evinin 


27 
çölündə işıqlar yanırdı.Lakin yerimək çətin 
deyildi.Payızın sonları olduğuna görə dəxlisiz 
yağışlar da hərdən surpriz edirdi. 
Birtəhər gəlib evə çatan kimi Ayaz 
darvazanın səsini eşidib çıxır çölə.Əlbəttəki 
Farizin qabağına çıxırdı. 
– Gəl görəy bura canavar – qucağına alıb 
bərkdən qoxlayırdı oğlunu.Elə qucağında ola-ola 
ayaqqabılarını çıxarırdı.Klassik üsul ‒ yəni bir 
pəncəsini digər ayağının dabanına gətirib çıxarır v 
içəri keçirdi.Ev isə Zal(qonaq otağı), mətbəx, 
yataq otağı, ayaq yolundan ibarət idi.Ayaq yolu və 
mətbəx sayılmadığına görə 2 otaqlı. 
Ayaz ilə doyunca oynadıqdan sonra,Nahidəni 
də dodağından öpəndən sonra, onunla yaxşıca şip-
şirin söhbət edirdi.Bu hər gün olurdu.Yəni olmaq 
istəyirdi.Çünki elə vaxt olurdu ki, işdən çıxandan 
sonra hansısa işinə görə evə daha gec gəlirdi. 
Fariz bu gün maaş günü olduğuna görə digər 
günlərə nisbətən daha sevincli idi.Bu sevinc evə 
girəndə də bilinirdi.Haradan?Nahidəni öpməyin-
dən.Əhval-ruhiyəsi nə qədər yaxşı olsa, daha 
ehtiraslı öpüş ilə Nahidəyə əsl kişi hisslərini 


28 
yaçadırdı.Ayazı öpə-öpə yerinə uzadıb yatmağa 
qoyandan sonra isə ikisi də zala keçdilər.Yan-
yana divanda oturub qabaqlarındakı alçaq və kiçik 
olan çay stoluna bütün pulunu qoydu.400 manat 
maaş idi.Xəyalı ən az 1000 manat olan Farizin 
indiki həyatı heç yaxşı getmirdi...Xeyr.Acından 
da ölmürdü.Sadəxə fikirləşdiyi kimi deyilmiş 
dünya.Diplom sadəcə boş-boşuna imiş.Diplomlar 
robotların şəxsiyyət vəsiqəsidir. 
Nahidə isə baxçada işləyirdi.Ən azından 
ixtisası üzrə bir iş tapa bilmişdi.Maaş isə 250 
manat idi.Uşaqlar ilə işləmək onun çox xoşuna 
gəlirdi.Nahidə sanki bu dünyadan ayrılıb gedirdi 
öz kiçik dünyasına.Hansı ki orada ancaq günahsız 
və saf uşaqlar var.İnsanda ən önəmli olmalı şey, 
öz işini sevməsi idi.Bu isə heç olmasa Nahidədə 
alınmışdı.Hər gün işdə olan məzəli çeyləri isə 
Farizə danışaraq qəhqəhə atırdı.O isə öz 
növbəsində yenidən ona vurlurdu... 
Masanın üzərində ümumi 650 manat pul var 
idi.Bu nazirlər kabineti birinci dəfə deyildi.Hər ay 
açılırdı.Gəlir, xərc kammunal xidmət, yemək və 
sair hesablanırdı. 


29 
Əlinə arxası Ayazın dişindən çıxmış bir karandaş 
götürüb yazmağa başladı: 
Kamunal xidmət-10 su, 20 qaz, 20 isıq= 50m 
1 aylıq bazarlıq-200 m
Ayazın 1 aylıq yeməyi -70m 
1 aylıq yol pulumuz- günə heremiz 
3m,=30x6=180 
Gülaga qonsuya borc-25m 
Cəm=525 m 
Qaldı-125m 
Yerdə qalan pulları da verdi Nahidəyə: 
– 100 manatı at arxaya, 25 manatı da Ayaza 
nəsə lazım olar.Onsuz da 70 manatın içində 
pampers də gedir.Sən o pulu saxla, özünə nəsə 
lazım olar birdən. 
– Mənə heç nə lazım deyil ay ürəyim – 
Farizin üzündən öpərək davam elədi – hamısını 
qoyacam arxa büdcəmizə.Nə olar, nə olmaz... 
Bu cavab Farizin çox xoşuna gəlirdi.Bu onun 
simicliyi mənasını vermir.Xeyr.Sadəxə Nahidə 


30 
kimi qadın tapılır ki?Tapılsa da çox gec 
tapılar.Vərəqdə yazdığı Gülağa isə məhəllədə 
qalırdı.Boru, krant, bolt kimi şeylər satırdı.4-5 
gün əvvəl mətbəxdə krant xarab olmuşdu.Onu 
düzəltmək isə daha maraqlı keçmişdi.Nahidə 
Farizə onu düzəldə bilmədiyinə görə lağ edir
Fariz isə axan suyu ovucuna alıb Nahidəyə 
tullayırdı.Su yaddan çıxmışdı, öpüşlər keçmişdi 
işə...İndi isə o romantikanın qiyməti bilindi.25 
manat.Gülağaya borca yazdırmışdı ki, ayın axırı 
maaş günü gətirib verəcək.Onsuzda, Gülağa 
ondan pul isdiyən deyildi.Sadəcə xarakter 
məsələsidir.Sırtıqlığına salmayıb elə birinci onun 
pulunu vermişdi Fariz. 
Yaxşı ki, bağça Nahidəni yeməklə təmin 
edirdi.Yoxsa indi yüz manat da ona çıxmalı idi.Bu 
isə arxada pulun olmaması idi.Hər nəysə...keçən 
ay büdcədə 1400 manata yaxın pul var idi.Bu ay 
isə 1500 oldu.Əlimyandıya saxlayırdılar bu 
pulu.Onsuzda guya hara xərcləmək istəyirdilər 
ki?Xərcləməyi heç biri düşünməmişdi. 
– Həəə...
– dərin bir köks ötürdükdən sonra 
yavaş-yavaş danışırdı. 


31 
– Nahidə...yaxşı ki səni tanımışam...sənsiz 
mən heçnəyəm...
– gözlərini yumub qucaqlamışdı 
həyat yoldaşını. 
– Mən də yaxşı ki səni tanımışam həyatım–
Farizin saçı ilə oynayırdı – hər şey yaxşı olacaq... 
Nahidə sükutun uzanmağına icazə verməmək 
üçün davam etdi: 
– Fariz, ana gil üçün darıxmışam e.Bəlkə bir 
gün seçək, həm Zemfira xalaynan da görüşərdim, 
həm Kazım dayını da görərdik, həm də 
bizzimkilərə 
də 
dəyərdik.Nə 
deyirsən? 
– 
Nahidənin anası gil Bakıda qalırdılar.Yəqin ki 
əvvəlcə onlara gedəcəkdilər, daha sonra Zemfira 
arvad gilə. 
– Hə, olar.Elə sabah da beşinci gündü.Sabah 
işdən biraz tez çıxım gedəy sizinkilərə.Şənbə 
günü tezdən də gedəriy rayona.Yaxşıdı? – gözünü 
açmadan cavab verdi.Eləbil bu sualı verəcəyini 
bilirdi. 
– Çox əlaa Farizçik.Sən necə deyirsənsə, elə 
də olsun. 
– Gətir görəy o pirojkilərindən.Kömür 
gətirəcəysənsə əvvəlcədən de ki gedim yatım ay 


32 
Nahidə xanım– artığ günün ən məzəli vaxtından 
biri start götürürdü. 
– Puahh – qaşlarını qaldırıb ağzınıda açıb 
ürəkdən dedi – yaxşı görəy ee, sən bu pirojkini 
Bakının harasında tapsan, mənimdə adım Nahidə 
olmasın.
– mətbəxdə pirojkini boşqaba yığaraq 
nisbətən uca səsnən danışırdı.Fariz qonaq otağına 
keçib televizoru yandırmışdı axı. 
– Görəy təzə xəbər var?...
– kanalları 
xəbərlərə çevirirdi.İnanmasa da əsas olan 
şeylərdən xəbəri olmağını istəyirdi.Məsələn, bir 
adamın 5 qoyun oğurlamağı səhvdi.Əslində 2 
qoyun oğurlayıb.Xəbər kanalı bunu şişirdir.Farizə 
lazım olan isə o əməli etmək idi.Ya iki qoyun, ya 
beş.Bu əməli eləmisənsə, artıq say önəm kəsb 
etmir. 
2011-ci ildə olan hadisəni də bir neçə dəfə 
dəyişib düzəldib demişdilər ki, guya həmən 
əməliyyatı bizim içimizdə olan erməni 
kamandirlər edib.Ancaq Fariz bunu dəqiq bilirdi 
ki, bu özümüzünkülərin işi idi.Sadəcə fikri 
yayındırmaq lazım idi.Düşmənin etdiyini demək 
isə ən yaxşı çıxış yolu olar yəqin ki . 


33 
Pirojkilərin istiliyi hələ üstündə idi.Farizin 
aldığı acikanı da gətirdi.Əlbətdə ki, həmişə bir şey 
yadından çıxmalı idi: 
– Acika hanı bəs?
– bir dişdək alıb, ağzında 
çeynəyərək dedi. 
– Vaay!Bu dəqiqə – sürətli addımlar ilə 
mətbəxə getdi.Qayıdanda isə acikanı Farizin 
üzərinə tulladı. 
– Qoy yeyim enerjimi yığım, sora başa 
salacam səni – döyüş vaxtı idi.Həmişə də döyülən 
tərəf olan Nahidə sataşırdı. 
– Yaxşı görəy də, qoymuyun ay camaat!
– lağ 
etməyə başlayırdı.Çünki onu başqa cür yoldan 
çıxara bilməzdi. 
– Bircə dənə qaldı gözdə indi sən – axırıncı 
pirojkini də acıya batırıb birtəhər ağzına 
soxuşdurdu. 
– İndi gəl bura ee! 
– Ay mamaa... 
– Can mama.Artığ gecdi.Mama zad keçmir 
vallah ay həyatım – bərkdən gülərək deyirdi. 
Nahidə də ya qaçıb stolu dövrə vururdu, ya da 
yerə beli üstündə uzanıb, ayaqları ilə Farizin 


34 
yaxınlaşmağına icazə vermirdi.Nəticə isə yenə də 
dəyişmirdi.Farizin qisası onu bərkdən dişləmək 
idi.Ya çiyin, ya boğaz, ya qol.Kürəy də ola 
bilərdi.Həyat yoldaşı bilər, birdə özü... 
Tezdən Farizi saat 6-da yola saldıqdan sonra 
özü də başlayırdı hazırlaşmağa.Saat 8-in yarsı 
evdən çıxanda da Ayazı verirdi İlyasın arvadı 
Ulduza.O da çox sevirdi uşaqları.Özünün 3 yaşlı 
Ülkər adında da qızı var idi.İlyas Farizdən gec ailə 
qurmuşdu. 
Ayazı da ora qoyduqdan sonra özü də 
avtobusa minib gedirdi bağçaya. 2 avtobus 
dəyişdiyinə görə yol pulu da çox çıxırdı.Əslində 
ikincisinə minməyə də bilərdi.Şəhərin içi ilə 
bağçaya hardasa 15 dəqiqəlik yol olardı.Bir neçə 
dəfə piyada da getmişdi.Ta ki bir gün bir oğlanın 
ona sataşdığına qədər.5-6 dəqiqə arxasına 
düşdükdən sonra Nahidənin yanına keçərək artıq 
ona öz səviyyəsiz təkliflərini edirdi. 
– Salam.Gözəl xanım hara gedir belə? 
–..... 


35 
– Bəlkə gedəh bir kofe içəh?
– əlindəki 
təsbehi fırladaraq murdar ağzından çıxan sözlər 
ilə Nahidəni qorxudurdu.Gözləri dolan Nahidə 
bilmirdi neyləsin.Farizə desə o özünü ən tez bir 
zamanda bura çatdıra bilərdi.İşdən qovulsa da 
gələcəkdi.Öz 
həyat 
yoldaşını çox yaxşı 
tanıyırdı.Amma onun işdən qovulması, ya gəlib 
bu sümsük iti yaxşıca əzişdirdikdən sonra polisə 
düşməsi, ya o oğlanın Farizi pıçaqlamağı kimi 
fikirlə keçirdi ağlından.Ona görə də sakitcə insan 
çox olan yerlər ilə bağçaya gedirdi.Birdən 
bayaqkı oğlanın Nahidəni narahat etdiyini görən 3 
nəfər oğlan onu qırağa çəkdi.Artıq qorxudan ürəyi 
Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin