17 mart, 2015-ci il, Ağdərə istiqamətində olan
gizli əməliyyat.21 şəhid
Əməliyyat zamanı döyüşən 24 nəfərdən yalnız 2-
si sağ-salamat evinə qayıda bildi.Bir nəfər isə itkin
düşdü.Düşmənin pusqusuna düşən komanda
axıra qədər döyüşdü.Sağ qayıdan əsgərlərə isə 2
ay araşdırma aparıldı.Sonda isə heçbirinin günahı
olmadığı təsdiq olundu.
27 May 2011-ci il
10
Toydan sonrakı ilk ayların çətin olduğunu
onun
əmisi əvvəlcədən demişdi.Bərk-bərk
tapşırmışdı ki, həyat yoldaşı ilə yaxşı yola
getsin.Bəlkə də özü də bərk sevib.Nə bilməy olar?
– Nətərsən əə kişi? – həmişəki kimi mehriban
səs ilə danışırdı.
–
Salam
ay
əmi,
şükür
Allaha
yaxşılıxdı.Sizdə nə var-nə yox?Bənövşə xala
nətərdi?
– Yaxşı ol həə...aəə sənə nə Bənövşə
nətərdi?? – səs tonunu yüksəltdi.Qalib heç vaxt da
zarafatından qalmırdı.Ən pis vəziyyətində də
hansısa cuzi zarafatı etməli idi.Artıq qana
yerimişdi sanki.
– HA HA HA...Ay əmi yaxşı görəy.Təki
yaxşı olun.Xeyirdimi zəng eləmisən? – əmisinə
sual verdi.
– Heç dedim görüm səndə vəziyyət
necədi?Yola gedə bilirsiz?Dolana bilirsinizmi?
– Hə əmi narahat olma.Hər şey qaydasın-
dadır.
11
– Oldu onda...nəsə olsa əmin bir zəmg uzaq-
lığındadı biləsən.
Əmisinin
də sözü uzatmağı olmuya
birdənə.Az qala qazandığının yarsını kontura
verirdi.Əmisi Qalib kişi Farizə atasından çox yol
göstə-rirdi.Səbəbi isə tək deyildi.Kazım kişi heç
vaxt oğlunun işinə qarışmazdı.Ümumiyyətcə heç
bir ailə üzvünün işinə qarışmırdı.Ancaq bu da bir
yerə qədər olmalıdır.Bir vaxtdan sonra artıq ailəyə
də bir söz də keçirtmək olmazdı axı.İndi durub
evdəkilərə hansısa mövzuda bir məsləhət versə,
onlar Kazım kişiyə qəribə baxardılar.Ciddi qəbul
etməzdilər.Onsuz da Kazım kişinin çox da vecinə
deyildi.Sakit təbiəti olan adam idi.Sakit təbiətli
insan çox gözəldir.Ancaq bizim bu Kazım kişi
həddindən artıq idi.Dünya vecinə deyildi
eləbil.Evdə nəsə bir dava-danışıq olanda da
sadəcə bir nöqtəyə zillənib baxırdı.Sakit, fikirli bir
o qədər də vecsiz şəkildə...
– Bax yüz dəfə demişəm ki, damazlığı
kəsilsin bu toyuğun, dən vermə qırılmışa.Özüm
verəcəm.Bir vedrə dən atırlar on dənə çolpaya? –
anası Zemfira arvad artıq ən az yarım saat olan
12
deyinmələrinə başlamışdı.Ancaq adamın üstündə
Allah var.Düzgün yerə danışırdı.Kazım kişi qış
ehtiyyatına bəs edəcək arpanı iyirmicə günə yox
edirdi.
– Guya bu qədər danışdığım bir bəhrəsini
verəcək?Aaay, hay!İyirmi ildi deyirəm ee.Düz
iiyirmi ildi başa sala bilməmişəm ki, atma qardaş,
atma dən!Dən atma!Dən atma!Atma dən! – yerə
oturub paltarları qatlayaraq danışırdı.Oturanda da
çətinlik çəkirdi.Ayağı bud nahiyəsindən düz iki
dəfə qırılmışdı.Hər ayağı bir dəfə...
Birinci
dəfə
qırılanda
Fariz
uşaq
idi.Təxminən beş yaşı olardı.Özündən iki yaş
böyük olan əmisi oğlu İlyas ilə oyuncaq maşın
oynayırdılar.Həyətdə olan nəhəng çinar ağacı
oranı yaxşıca gündən qoruyurdu.Bəlkə də
məhlədə ən sərin həyət elə məhz Fariz gilin
idi.Birdən Bənövşə xala təngənəfəs dəmir-dümür
ilə düzəldilən əldəqayırma darvazanı açaraq hay
həçir saldı.
– Evim yıxıldı aaz.Bənövşə yıxılıb, ayağı
sınıb.
13
– Az harda? – əlindəki qaz açarını yerə ataraq
arvadı Bənövşə arvadın yanına gəldi.Yenə nəsə
bir şeynən qurdalanırdı.
– Hardadı indi? Harda olub?
– Sumqayıtda.Tez maşını min gedəy!
–
Zemfira arvad ona zəng edib demişdi.
Bu səs-küydə hamını həyacan bürümüşdü.
Sadəcə Fariz öz aləmində maşınını sürürdü...
Brmağı ilə qarışqaları öldürüb sonra maşının
arxasına yığırdı.Öz təsəvvüründə ovda idi.
– Ananın ayağı şınıb ee Fayiz. – İlyas dedi.
– Oyununu oyna da.Heşnə oymaz.Vınnn...
Onun üçün bu dəqiqə əsas ana deyildi.
Oyuncaq maşının arxasısında olan qarışqanın sayı
idi.Düzdü, bir neçə gündən sonra artıq anası üçün
ağlamağa başlayırdı.Ümumiyyətcə insanlar hər
mövzuda belədir. Hansısa dəyər verdiyi bir
şeydən nisbətən daha dəyərli bir şey ortaya
çıxanda, artıq əvvəlkini yaddan çıxarır.Ta ki təzə
qazandığının dadı ölənə kimi...
14
Farizin həmdə bir bacısı var idi.Əsmər ilə heç
yola getmirdilər.Əslində elə vaxt olurdu ki çox
mehriban olurdular.Bir saat oturub hansısa
mövzudan başlayıb özlərinin aid olmadığı
mövzuya qədər gəlib çıxırdılar.Heç bir-iki saat
keçməmiş adi bir şeyin üstündə dalaşırdılar.Çünki
Əsmər onun sözündən çıxırdı.Bu indiyə qədər də
davam edirdi.Əvvəl yerə yıxılıb dalaçırdılarsa,
indiki vəziyyətdə Farizin tək əli özündən iki yaş
böyük olan bacısın bədəninə qalib gəlirdi.Səbəb
onun hərbidə olan fəaliyyəti deyildi.Təxminən 15
yaşından artıq vəziyyət farizin xeyrinə keçmişdi.
– Bir stəkan çay verdə – evə girən kimi
deyirdi.
– Ay daa!Get özün süz.O dee peçin
üstündədi.
Klassik ailə söhbətləri Səlimovlar ailəsinə də
şamil edilirdi.Ancaq Fariz dediyini edirdi.Çay
gəlməlidir vəssalam!Ya zarafata salıb gətizdirir,
ya da ki elə dalaşıb gətizdirirdi.Onsuzda Əsmər
bilirdi ki, anası səsə gəlsə yenə də oğlunun tərəfini
saxlayacaqdı.Fariz heç də pis qardaş da
deyildi.Vaxt olurdu ki bacısı ilə gedib şəhərdə
15
gəzib gəlirdi.Hər gün də universitetdən evə
gələndə ona bir çöplü meyvə şirəsi alırdı.Qiyməti
40-50 qəpik arasında dəyişirdi.Ancaq Əsmər
sanki ona brilyant üzük hədiyyə edilibmiş kimi
sevinirdi.40 qəpik ilə bu sevinci görmək sərf
edirdi.Belə şeylərə görə sevinən və gözütox olan
adam da azalmışdı sanki.
Arada dərsdən çıxıb evə gələndə yolda
hansısa oğlanın əlində gül puketi görəndə, hansısa
qırmızı bant bağlanmış hədiyyə görəndə
əsəbləşirdi.Əsəbləşirdi ki niyə o da bunu edə
bilmir...Ancaq təsəlli tapırdı ki, universiteti
bitirəndən sonra yaxşıca iş tapacaq.Ondan sonra
da hər şey əla olacaq.Sevgilisi ilə də yaxşı həyat
quracaq.Ailəsi ilə də mehriban olacaq.
Sevgilisini isə universitetə hazırlaşarkən
tapmışdı.Bəli, bəli, tapmışdı!Yeganə qədər gözəl
qız yox idi Farizə görə.Onu görəndə həmişə
fikirləşirdi ki bu qız axı bunun nəyini sevir.Nahidə
çox gözü tox, tərbiyəli və sakit qız idi.Farizin
yanında şıltaqlıq isə istisnadır.Onun yanında rahat
idi.İkisi də sanki bir-birlərində özlərini
tapmışdılar.10-cu sinifə gedəndə də eyni yerə
16
məşğələyə getsələrdə nə Fariz Nahidəni, nədə
Nahidə Farizi bir dəfə də olsun görməyib.Bəlkə də
görüblər ancaq fikir verməyiblər.
Hər nəysə.Əsas odur ki, gec də olsa bir-birini
tanıyıb sevmişdilər.Aralarında olan sevgi heçdə
bir-iki aylıq simpatiya deyildi.Fariz Nahidəni
tanıyanda bilmişdi sevgi nədir.Onda hər şeyi başa
düşmüşdü.Onda bildi ki, niyə sevgiliyə görə
özlərini öldürənlər var...Düzdü bu ağılsızlıq olsa
da, artıq onları başa düşürdü.
Təxminən 6 il sevgili olduqdan sonra nigah
bağlanmışdılar.Yox, yox! ailələr narazı deyildi.
Farizin anası bilsə də, Nahidə gildən heç kim
bilmirdi bu məsələni.Onsuz da öz aralarında
danışmışdılar ki bu yaşda evlənsinlər.
Fariz isə öz bildiyin eləmişdi.Camaat
universitetə girir ki, əsgərlikdən 3-4 il olsa da
yayınsın.Fariz isə dəli idi.Bəlkə də normal elə
Fariz idi.Fariz bir dəfə bir söz görmüşdü
internetdə.Qozbellər
ölkəsində
düzqamətlilər
qüsurlu hesab edilir.Bu söz yadına düşürdü kimsə
onun vətənpərvərlik hissinə qarşı gələndə.Hərbi
isə onun arzusu idi.
17
– Fariz!Sən universiteti dondurub əsgərliyə
getsən məni dindirmə bildin?Eşitdin məni?
4-cü kurs olanda artıq bu mövzu daha tez-tez
açılırdı.Yayda isə Fariz əsgərliyi seçdi.Hansı ki
bəxtindən düşmənə qarşı bir neçə əməliyyatda da
iştirak etmişdi.21 Şəhid...
– Alo...salam ana nətərsiz neynirsiz.Kişiyə
nətər baxırsan?
– artıq Qarabağa qayıdan Kazım
kişiynən Zemfira arvad orda ikisi yaşayırdı.
Sumqayıtdakı evdə isə Nahidə ilə qalırdı.
– Hə ay Fariz yaxşılıxdı.Siz neynirsiz?Mənim
əziz gəlnim neyniyir?
– gəlini ilə yaxşı yola
getməyi Farizin də çox xoşuna gəlirdi.Arada anası
ilə Nahidə birləşib Farizə də qarşı olurdular.
– Həə ay ana.Yeməy bişirir indi.Yandırmasa
yeyəciyiy dəə...
– mətbəxdə olan Nahidəyə
eşitdirirdi.
– Yaxşılıxdı anası – Farizdən bir çimdik
götürərək telefonu əlinə alıb danışdı.Zarafat bir
yana,
onun
əlinin təamları nəyə desən
dəyərdi.Fariz çətin doyardı onun yeməklərindən.
Heçnəyi yox, kamunalı ödəyəndə ürəynən
ödüyürdü.Bilirdi ki, buna dəyir.
18
Farizin çox arzusu var idi.Heç sən deyən
böyük arzu da deyil.Sadəxə maşını olsun ailəsini
istədiyi vaxt harasa aparmağa, evdə istədiyi
yeməklər olsun həmişə.Gündə soyuducunu açıb
onunla üz-üzə durub biraz baxışdıqdan sonra
sağollaşmaq istəmirdi.İstəmirdi ki ailəsi hansısa
bir şeyi başqasında görüb istəyəndə onun pulu
çatmasın.
Özü ixtisasına görə iş tapa bilməmişdi.Bəli
çox axtarmışdı vaxtı ilə...Ancaq bu bəhrəsini
verməmişdi.Sonradan isə zavodda çətin də olsa
bir işə düzələ bildi.Nahidəynən sevgili olanda,
universitetin ilk kurslarında onlar söhbət edəndə
Fariz də deyirdi ki, ona dörd rəqəmli maaş
lazımdır:
– Bax əzizim, mən ən pis halda 1000 manat
maaş olan bir işə düzəlsəm çox əla olar
eee...amma məqsədim 1500 çamatdı!Yaxşı
dolanmaq istəyirəm ee.İstəyirəm ki sənin
istədiyin hər şeyi alım sən xoşbəxt ol təki...ehh
görəy nolur – parkda ağacın altında oturaraq
söhbət edirdilər.Yarpağı əlində kiçik hissələrə
bölə-bölə danışırdı.
19
– Aydaa həyatım!Sən indi deyirsən ki, məni
pul xoşbəxt eliyir???
– incimiş bir tonda dedi – ay
adam, gündəliy ac qalmayaq, bəsimdi.Yanımda
olsan mənə heçbirşey lazım deyil.İnşallah
qazanarsan.Sənə inanıram.Ama sən də mənə inan
daa...ehhh...
– başını Farizin çiyninə söykədi.
Fariz bilirdi ki bu qız heçvaxt pul söhbətinə
görə ayrılmaz.Düzdü, sevgili olduqları ilk illər
ona tam inanmırdı.Onsuzda dostlarının sevgililəri
tərəfindən xəyanət edilməsini görəndə dəli olurdu
az qala.Qorxurdu öz başına gəlməyindən.Sonrakı
illərdə tam əmin oldu ki Nahidə əslində qız deyil,
əsl qadındır.Ona həqiqətə pnəmli olan Fariz idi.
Hətta Fariz bir neçə dəfə onu sınamaq üçün
düz bir ay özünü vurdu kasıblığa.Onsuz varlı da
deyildi.Ancaq bu dəfə lap şitilin çıxarmışdı.Yol
pulundan başqa pul götürmürdü özünnən.
Sevgilisinə də demişdi ki evdə problem var, pul
yoxdu falan filan.Lakin nəticə əla idi.Nahidə
həminki Nahidə idi.
Nahidənin də bir qardaşı var idi.Rövşən də
pis adam deyildi.İndi Fariz gilin bir uşağı da var
20
idi.Adını da ikisi birlikdə seçmişdi.Ayaz
dəcəllikdə yəqin ki, dayısına oxşamışdı.
– Oğul dayısına oxşuyar deyəndə düz
deyiblər ee!
– Ayazı evin içərisində qovalayırdı.
Hərdən yerə yıxıb yumruqlayırdı guya.Uşağın da
səsi lap aləmi götürmüşdü.
– Balamızın neçə yaşı varee ay Fariz?
–
Nahidənin gətirdiyi o gözəl çaydan bir qurtum
alıb soruşdu.
– Beş yaşı olacaq gələn ay inşallah.Bir şey
qalmıyıb məktəbə getməyinə – Ayazın oyuncaqla
oynadığına baxa-baxa danışırdı.Ayaz sarı uşaq
idi.Anası da əsmər idi atasıda.İlk aylarında əsmər
olsa da, 2 ay keçmişdi ki uşaq döndü oldu sarışın.
Zalım oğlu biraz böyüyəndən sonra qızların
qənimi olacaq.Qızlar bunun arxasınca düşəcək.
Bunu indidən görmək olurdu.Çənə quruluşu,
qəmzələr, yumuşaq saç, qap-qara gözlər.Day
bunnan artığ nə istiyirsən?
– Ay Fariizz!Səniynənəm ee!
– onun fikrə
getdiyini görüb dartıb gətirdi həqiqi dünyaya.
– Həə...nə deyirdin sən Allah...
– gülə-gülə
konfetin birini açıb ağzına atdı.
21
– Deyirəm ki, uşağı hansı məktəbə qoymaq
fikriniz var?
– Budee yanımızdakı 27 nömrəli məktəbə.
Necə bəyəm?
– ağzındakı konfeti ağzında sol
tərəfdə saxlayaraq cavab verdi.
– A kişi uşağı heyif eləmiyün.Əziyyət də olsa,
apar qoy Bakı məktəbinə.4-5-ci siniflərinə kimi
apar, sonra özü gedər – çiyinlərin qaldıraraq sanki
özü elə edibmiş kimi danışırdı.Heç öz uşağlarının
tam dəqiq hansı məktəbə getdiyini də bilmirdi.
– Rövşən, vallah sərf eləmir.Oxuyan da hər
yerdə oxuyar.Bu uşağın beynində oxumaq
yoxdursa, bunu lap Yaponiyaya da aparsan
oxumaz.
– Nəblim e...özün bilən məsləhətdi yenə.
Ayağa durub getdi Ayazı belindən tutub göyə
qaldırdı.Tez əlini uşağın cibinə salıb çıxardı.Guya
bilmirdi ki, Fariz əsgərlikdə XTQ olub?Farizin
diqqətindən yayınmamışdı bu epizod.Tez onun
tərəfinə gəldi:
– Bax Rövşən, hər dəfə xəcalətə salırsan
bizi.Eləmə, vallah deyirəm inciyərəm.
22
Biraz əlbəyaxa olandan sonra yenə də
Rövşən qalib gəldi.
– Qardaş mən verdim uşağa.O bilər, mən
bilərəm.Hə ay dədəsi sifət?
– yersiz zarfatları da
olmasa yaxşı olardı.
– Mənimdii.Veymiyəmm...ihhh..
– hələ əl
dəyməmiş başlamışdı Ayaz.
Uşaqlıqdan bəri biz elə pul həvəskarıyıq.
Ayaz o əlli manatı düz bir həftə saxladı.Öz
qutusunu tutmuşdu.Hər gün ora gedib baxmasa
yata bilməzdi.Sanki qoruyurdu pulunu.Kimdən?
Anasından...İnsan necə bir varlıqdırsa, artıq uşaq
vaxtından hər şeyi dəyişməyə hazırdır pula...Ağıl
kəsmirsə, at zibilə o pulu.Bu satqınlıq hissi,
pulgirlik, kef çəkmək istəyi artıq qana da həkk
olunub sanki.
Əvvəllər onlar da istəyirdilər ki, iki uşaq
sahibi olsunlar.Özü də ki qız olsun.Hətta onun
adını da fikirləşən Fariz Banunu çox istəyərdi ki
olsun.İmkana görə Ayazdan sonra bir müddət
gözləmək istədilər.Uşaq saxlamaq da asan bir iş
deyil.Adı uşaq olsa da böyükdən daha bahalı
şeylər yeyir.Ancaq bir müddətlik dedikləri artıq 3
23
il olmuşdu.İndi isə heç biri Banu söhbətini
açmırdı.Bəlkədə o oğlan olacaqdı.Lakin bu
bətndə olacaq uşaq və ya istədikləri uşaq Banu
adlanırdı.Əvvəldən arzuladıqları Banu...Banu və
Ayaz...
Amma belə də xoşbəxt idilər.Ayaz onları
yamanca güldürürdü.Çox dəcəl olduğu bəzi
yerlərdə onları əsəbləşdirsə də, çox vaxt
öldürürdü gülməkdən.Məsələn, bir dəfə bu
yaxınlarda qabyuyan vasitəsini əlinə götürüb
tərsinə tutub, məhəllənin asvalt yolu ilə təxminən
200 metr getmişdi.Nahidə isə dəli olacaqdı az
qalsın.Artıq ağlamağına az qalmışdı.Fariz işdə
olduğuna görə tək axtarmalı idi.Ərinə də xəbər
versə lap aləm dəyəcəkdi bir-birinə.Birdən bir
şeyin fərqinə vardı...Yerdə nəsə yaşıl maye
süzülüb yol ilə gedirdi.Biraz yaxınlaşıb gördü ki
bu evlərində dəhlizə qoyduğu yuyucu vasitədir.
İzi ilə gedib onu tapandan sonra arxasına iki-
üç dəfə yamanca şillə vurdu.Hələ arı yuvasını
çubuqla dümüylüyəndə gözünün üstündən,
burnundan,
əllərindən arı vurmuşdu.Eləbil
yekəldikcən daha çoxalırdı dəcəllik...
24
Həmişəki kimi normal bir günün sonu
idi.Telefon ilə Nahidəyə zəng edib evə nə lazım
olduğunu soruşurdu:
– Çatıram bizim məhəlləyə.Nəsə lazımdı
evə?
– Həyat yoldaşıma pirojki bişirmişəm –
sevincək cavab verdi.Farizin ona çox sağol deyib
öpməsi onun üçün hər şey idi.
– gör bir dənə acika
ala bilirsən?Başqa heç nə lazım deyil ürəyim.
– Hə yaxşı Nahibə bajı – altdan-altdan
gülürdü.
Düşəcəyi dayanacağa hələ 7-8 dəqiqə var
idi.Arxadan ikinci yerdə oturub fikirə getmişdi.
Pəncərə tərəfdə otursaydı söykənməyə yer də
olardı.Bu dəfə bəxti gətirməmişdi.Sol tərəfdə
oturmusansa, üstəlik arxaya söykənəndə narahat
olursansa gərək ki başını nəynənsə qatasan.Fariz
isə həmişəki kimi insanları analiz edirdi.
Bəlkə də burdakı bəzi adamları bircə dəfə
görmək üçün burnunun ucu göynəyən adamlar
var.Sevgilisi, anası, dostu da ola bilər.Ancaq sən
həmin adamı ən az yarım saat izləyə bilirsən...
Yada ki ayaq üstə duran qırmızı qalstuklu, göy
25
kostyumlu, bir əlində kompüter, ayaqqabı mazı ilə
çimən biri avtobusda şəxsiyyətli və xoşbəxt
görünə bilərdi.Ancaq bəlkədə evə girən kimi
dava-dalaş başlayacaqdı.
Birdən qəfil ayılanda gördü ki artıq düşəcəyi
yerdən bir dayanacaq qabağda düşüb.
– Saxla, saxla!
Tez tormoza basıb nəhəng avtobusu yavaş-
yavaş saxlayan şofer dedi:
– Burda saxlıyım bala?
– Hə dayı hə...
50 qəpik verib avtobusdan düşdü.İndi bu
mənasız fikirləri elədiyinə görə 400 metr də əlavə
getməli idi.İki gedişli magistral yolun qırağı ilə
qayıdırdı.Yorğunluğun pis vaxtında dayanacaq
ötürmək heç yaxşı olmadı.
Axır gəlib çatdı öz məhəlləsinin girişinə.
Girişdən bir az irəli gedəndə balaca mağazaya
daxil oldu.Bu balaca mağazanı İradə xala
işlədirdi.Doğrusu, orda çox şey olmurdu.Yağ,
makaron, siqaret, başqa növ şirniyyatlar və sair
şeylər orda olmurdu.Ancaq yenə də Fariz
bacardığı qədər oradan alırdı özünə lazım olanları.
26
Nə də olmasa, çörəyi həmişə oradan alırdı.
–Salam İradə xala.Nətərdi vəziyyət?–əvvəlcə
hal-xoş edib sonra acikanı istədi – xala zəhmət
olmasa acika verərsə birdənə...balaca olsun...
–
əlavə etdi.
– Salam ay oğul.Şükür yaxşılıxdı.Hara
tələsirsən ay Allah köməy olsun sənə?
–
piştaxtanın altından qırmızı acikanı götürüb
Farizə uzatdı – ala qadan alım.
– Heç, evə tez getməy pis deyil ki – cibindən
3 manat çıxarın verdi İradə xalaya.Qalığı
qaytararaq öz qısa məsləhətlərini verdi:
– Hə ay bala, bax həmişə belə ol.Adam
evlənəndə gərəy evdən işə yox, işdən evə tələssin.
Ala bu almaları ver qızıma.De ki İradə xalan
verdi.Ayaznan özü yesin ha– mələk üzlü İradə
xala salafana 3-4 alma qoyub ağzını yaxşıca
bağladı.İradə arvad özü çox yaxşı adam
olmuşdu.Fariz onun kiməsə pislik etdiyini nə
görməmişdi, nə də eşitməmişdi.Bir söznən ondan
pislik gəlməzdi.
Acikanı götürüb evə doğru addımlamağa
başladı.Axşam olduğu üçün bir-iki adamın evinin
27
çölündə işıqlar yanırdı.Lakin yerimək çətin
deyildi.Payızın sonları olduğuna görə dəxlisiz
yağışlar da hərdən surpriz edirdi.
Birtəhər gəlib evə çatan kimi Ayaz
darvazanın səsini eşidib çıxır çölə.Əlbəttəki
Farizin qabağına çıxırdı.
– Gəl görəy bura canavar – qucağına alıb
bərkdən qoxlayırdı oğlunu.Elə qucağında ola-ola
ayaqqabılarını çıxarırdı.Klassik üsul ‒ yəni bir
pəncəsini digər ayağının dabanına gətirib çıxarır v
içəri keçirdi.Ev isə Zal(qonaq otağı), mətbəx,
yataq otağı, ayaq yolundan ibarət idi.Ayaq yolu və
mətbəx sayılmadığına görə 2 otaqlı.
Ayaz ilə doyunca oynadıqdan sonra,Nahidəni
də dodağından öpəndən sonra, onunla yaxşıca şip-
şirin söhbət edirdi.Bu hər gün olurdu.Yəni olmaq
istəyirdi.Çünki elə vaxt olurdu ki, işdən çıxandan
sonra hansısa işinə görə evə daha gec gəlirdi.
Fariz bu gün maaş günü olduğuna görə digər
günlərə nisbətən daha sevincli idi.Bu sevinc evə
girəndə də bilinirdi.Haradan?Nahidəni öpməyin-
dən.Əhval-ruhiyəsi nə qədər yaxşı olsa, daha
ehtiraslı öpüş ilə Nahidəyə əsl kişi hisslərini
28
yaçadırdı.Ayazı öpə-öpə yerinə uzadıb yatmağa
qoyandan sonra isə ikisi də zala keçdilər.Yan-
yana divanda oturub qabaqlarındakı alçaq və kiçik
olan çay stoluna bütün pulunu qoydu.400 manat
maaş idi.Xəyalı ən az 1000 manat olan Farizin
indiki həyatı heç yaxşı getmirdi...Xeyr.Acından
da ölmürdü.Sadəxə fikirləşdiyi kimi deyilmiş
dünya.Diplom sadəcə boş-boşuna imiş.Diplomlar
robotların şəxsiyyət vəsiqəsidir.
Nahidə isə baxçada işləyirdi.Ən azından
ixtisası üzrə bir iş tapa bilmişdi.Maaş isə 250
manat idi.Uşaqlar ilə işləmək onun çox xoşuna
gəlirdi.Nahidə sanki bu dünyadan ayrılıb gedirdi
öz kiçik dünyasına.Hansı ki orada ancaq günahsız
və saf uşaqlar var.İnsanda ən önəmli olmalı şey,
öz işini sevməsi idi.Bu isə heç olmasa Nahidədə
alınmışdı.Hər gün işdə olan məzəli çeyləri isə
Farizə danışaraq qəhqəhə atırdı.O isə öz
növbəsində yenidən ona vurlurdu...
Masanın üzərində ümumi 650 manat pul var
idi.Bu nazirlər kabineti birinci dəfə deyildi.Hər ay
açılırdı.Gəlir, xərc kammunal xidmət, yemək və
sair hesablanırdı.
29
Əlinə arxası Ayazın dişindən çıxmış bir karandaş
götürüb yazmağa başladı:
Kamunal xidmət-10 su, 20 qaz, 20 isıq= 50m
1 aylıq bazarlıq-200 m
Ayazın 1 aylıq yeməyi -70m
1 aylıq yol pulumuz- günə heremiz
3m,=30x6=180
Gülaga qonsuya borc-25m
Cəm=525 m
Qaldı-125m
Yerdə qalan pulları da verdi Nahidəyə:
– 100 manatı at arxaya, 25 manatı da Ayaza
nəsə lazım olar.Onsuz da 70 manatın içində
pampers də gedir.Sən o pulu saxla, özünə nəsə
lazım olar birdən.
– Mənə heç nə lazım deyil ay ürəyim –
Farizin üzündən öpərək davam elədi – hamısını
qoyacam arxa büdcəmizə.Nə olar, nə olmaz...
Bu cavab Farizin çox xoşuna gəlirdi.Bu onun
simicliyi mənasını vermir.Xeyr.Sadəxə Nahidə
30
kimi qadın tapılır ki?Tapılsa da çox gec
tapılar.Vərəqdə yazdığı Gülağa isə məhəllədə
qalırdı.Boru, krant, bolt kimi şeylər satırdı.4-5
gün əvvəl mətbəxdə krant xarab olmuşdu.Onu
düzəltmək isə daha maraqlı keçmişdi.Nahidə
Farizə onu düzəldə bilmədiyinə görə lağ edir,
Fariz isə axan suyu ovucuna alıb Nahidəyə
tullayırdı.Su yaddan çıxmışdı, öpüşlər keçmişdi
işə...İndi isə o romantikanın qiyməti bilindi.25
manat.Gülağaya borca yazdırmışdı ki, ayın axırı
maaş günü gətirib verəcək.Onsuzda, Gülağa
ondan pul isdiyən deyildi.Sadəcə xarakter
məsələsidir.Sırtıqlığına salmayıb elə birinci onun
pulunu vermişdi Fariz.
Yaxşı ki, bağça Nahidəni yeməklə təmin
edirdi.Yoxsa indi yüz manat da ona çıxmalı idi.Bu
isə arxada pulun olmaması idi.Hər nəysə...keçən
ay büdcədə 1400 manata yaxın pul var idi.Bu ay
isə 1500 oldu.Əlimyandıya saxlayırdılar bu
pulu.Onsuzda guya hara xərcləmək istəyirdilər
ki?Xərcləməyi heç biri düşünməmişdi.
– Həəə...
– dərin bir köks ötürdükdən sonra
yavaş-yavaş danışırdı.
31
– Nahidə...yaxşı ki səni tanımışam...sənsiz
mən heçnəyəm...
– gözlərini yumub qucaqlamışdı
həyat yoldaşını.
– Mən də yaxşı ki səni tanımışam həyatım–
Farizin saçı ilə oynayırdı – hər şey yaxşı olacaq...
Nahidə sükutun uzanmağına icazə verməmək
üçün davam etdi:
– Fariz, ana gil üçün darıxmışam e.Bəlkə bir
gün seçək, həm Zemfira xalaynan da görüşərdim,
həm Kazım dayını da görərdik, həm də
bizzimkilərə
də
dəyərdik.Nə
deyirsən?
–
Nahidənin anası gil Bakıda qalırdılar.Yəqin ki
əvvəlcə onlara gedəcəkdilər, daha sonra Zemfira
arvad gilə.
– Hə, olar.Elə sabah da beşinci gündü.Sabah
işdən biraz tez çıxım gedəy sizinkilərə.Şənbə
günü tezdən də gedəriy rayona.Yaxşıdı? – gözünü
açmadan cavab verdi.Eləbil bu sualı verəcəyini
bilirdi.
– Çox əlaa Farizçik.Sən necə deyirsənsə, elə
də olsun.
– Gətir görəy o pirojkilərindən.Kömür
gətirəcəysənsə əvvəlcədən de ki gedim yatım ay
32
Nahidə xanım– artığ günün ən məzəli vaxtından
biri start götürürdü.
– Puahh – qaşlarını qaldırıb ağzınıda açıb
ürəkdən dedi – yaxşı görəy ee, sən bu pirojkini
Bakının harasında tapsan, mənimdə adım Nahidə
olmasın.
– mətbəxdə pirojkini boşqaba yığaraq
nisbətən uca səsnən danışırdı.Fariz qonaq otağına
keçib televizoru yandırmışdı axı.
– Görəy təzə xəbər var?...
– kanalları
xəbərlərə çevirirdi.İnanmasa da əsas olan
şeylərdən xəbəri olmağını istəyirdi.Məsələn, bir
adamın 5 qoyun oğurlamağı səhvdi.Əslində 2
qoyun oğurlayıb.Xəbər kanalı bunu şişirdir.Farizə
lazım olan isə o əməli etmək idi.Ya iki qoyun, ya
beş.Bu əməli eləmisənsə, artıq say önəm kəsb
etmir.
2011-ci ildə olan hadisəni də bir neçə dəfə
dəyişib düzəldib demişdilər ki, guya həmən
əməliyyatı bizim içimizdə olan erməni
kamandirlər edib.Ancaq Fariz bunu dəqiq bilirdi
ki, bu özümüzünkülərin işi idi.Sadəcə fikri
yayındırmaq lazım idi.Düşmənin etdiyini demək
isə ən yaxşı çıxış yolu olar yəqin ki .
33
Pirojkilərin istiliyi hələ üstündə idi.Farizin
aldığı acikanı da gətirdi.Əlbətdə ki, həmişə bir şey
yadından çıxmalı idi:
– Acika hanı bəs?
– bir dişdək alıb, ağzında
çeynəyərək dedi.
– Vaay!Bu dəqiqə – sürətli addımlar ilə
mətbəxə getdi.Qayıdanda isə acikanı Farizin
üzərinə tulladı.
– Qoy yeyim enerjimi yığım, sora başa
salacam səni – döyüş vaxtı idi.Həmişə də döyülən
tərəf olan Nahidə sataşırdı.
– Yaxşı görəy də, qoymuyun ay camaat!
– lağ
etməyə başlayırdı.Çünki onu başqa cür yoldan
çıxara bilməzdi.
– Bircə dənə qaldı gözdə indi sən – axırıncı
pirojkini də acıya batırıb birtəhər ağzına
soxuşdurdu.
– İndi gəl bura ee!
– Ay mamaa...
– Can mama.Artığ gecdi.Mama zad keçmir
vallah ay həyatım – bərkdən gülərək deyirdi.
Nahidə də ya qaçıb stolu dövrə vururdu, ya da
yerə beli üstündə uzanıb, ayaqları ilə Farizin
34
yaxınlaşmağına icazə vermirdi.Nəticə isə yenə də
dəyişmirdi.Farizin qisası onu bərkdən dişləmək
idi.Ya çiyin, ya boğaz, ya qol.Kürəy də ola
bilərdi.Həyat yoldaşı bilər, birdə özü...
Tezdən Farizi saat 6-da yola saldıqdan sonra
özü də başlayırdı hazırlaşmağa.Saat 8-in yarsı
evdən çıxanda da Ayazı verirdi İlyasın arvadı
Ulduza.O da çox sevirdi uşaqları.Özünün 3 yaşlı
Ülkər adında da qızı var idi.İlyas Farizdən gec ailə
qurmuşdu.
Ayazı da ora qoyduqdan sonra özü də
avtobusa minib gedirdi bağçaya. 2 avtobus
dəyişdiyinə görə yol pulu da çox çıxırdı.Əslində
ikincisinə minməyə də bilərdi.Şəhərin içi ilə
bağçaya hardasa 15 dəqiqəlik yol olardı.Bir neçə
dəfə piyada da getmişdi.Ta ki bir gün bir oğlanın
ona sataşdığına qədər.5-6 dəqiqə arxasına
düşdükdən sonra Nahidənin yanına keçərək artıq
ona öz səviyyəsiz təkliflərini edirdi.
– Salam.Gözəl xanım hara gedir belə?
–.....
35
– Bəlkə gedəh bir kofe içəh?
– əlindəki
təsbehi fırladaraq murdar ağzından çıxan sözlər
ilə Nahidəni qorxudurdu.Gözləri dolan Nahidə
bilmirdi neyləsin.Farizə desə o özünü ən tez bir
zamanda bura çatdıra bilərdi.İşdən qovulsa da
gələcəkdi.Öz
həyat
yoldaşını çox yaxşı
tanıyırdı.Amma onun işdən qovulması, ya gəlib
bu sümsük iti yaxşıca əzişdirdikdən sonra polisə
düşməsi, ya o oğlanın Farizi pıçaqlamağı kimi
fikirlə keçirdi ağlından.Ona görə də sakitcə insan
çox olan yerlər ilə bağçaya gedirdi.Birdən
bayaqkı oğlanın Nahidəni narahat etdiyini görən 3
nəfər oğlan onu qırağa çəkdi.Artıq qorxudan ürəyi
Dostları ilə paylaş: |