müalicədə yalnız tibb müəssisələrində istifadə edilə bilər.
Narkomanlarda ən çox rast gəlinən simptomlar hansılardır?
1. Yeniyetmə oğlan və ya qız tez-tez evdən harasa gedir,demək olar ki,yoxa çıxır. Bu
tərketmələrin heç bir səbəbi olmur, səbəb soruşulanda isə mənasız bəhanələr gətirilir.
Valideyn narahat olduğunu izah etmək istəyəndə isə uşağı tərəfindən acıq, hirs, hiddət,
qəzəb və qıcıqlandırma ilə qarşılaşır.
2. Yeniyetmə oğlan və ya qız tez-tez özünəməxsus bir şəkildə yalan danışmağa başlayır.
Onlar istər evdən getmək bəhanəsi ,istərsə də iş, məktəb, institut , küçə və s. haqqında
da tənbəlcəsinə yalan danışırlar. Yalanlar bəzən primitiv və ən sadə, bəzən də həddən
artıq başa düşülməyən tərzdə çətin olur. Elə olur ki, artıq düzə oxşamayan yalanlar
uydurulur.
3. Yeniyetmə oğlan və ya qızın kiçik bir zaman kəsiyində bütün dost və tanışları
dəyişir.Yeni dostlar ortaya çıxır. Onlar demək olar ki, sizin evə qonaq gəlmir, gələndə
də qapıdan nə isə pıçıldayıb qayıdırlar. Sirli telefon zəngləri artır. Kimin və nə üçün
zəng etdiyi haqqında izahat verilmir. Əsasən müxtəlif “kod”larla danışılır. Mənim iş
təcrübəmdə belə sözlər olub, məsələn “qaytanlar stəkandadır”, yəni “valideynlər
Dostları ilə paylaş: |