978) Mekkel divertikulunda qanaxma nə səbəbdən baş verir?
A) Sadalananlardan hamısından
B) Divertikul divarında mədə və ya mədəalti vəzi hüceyrələrinin olması
C) Qida pozğunluğundan
D) Travmadan
E) Stresdən
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
979) Mekkel divertikulunun ən az rast gəlinən ağırlaşması hansıdır?
A) Bağırsaq kecməməzliyi
B) İnvaginasiya
C) Qanaxma
D) Divertikulit
E) Mekkel divertikulunun şişləri
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
980) Aşağıdakıların hansı konservativ müalicə nəticəsində sağala bilər?
A) Enterositoma
B) Sadalananlardan heç biri
C) Natamam göbək fistulu
D) Stranqulyasion bağırsaq kecməməzliyi
E) tam göbək fistulu
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
981) Ductus omphaloentericus-un funksiyası nədir?
A) Endokrin funksiya daşiyir
B) Arterial qanın dölə kecməsini təmin edir
C) Venoz qanın daşınmasını təmin edir
D) Bətindaxili inkişafın ilk həftələrində embirionun qidalanmasını təmın edir
E) İlk sidiyi dölyanı mayeyə axıdir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 369
982) Göbəyin tam fistulunun mualicəsi necə aparılır?
A) Fizioterapiya
B) Diaqnoz qoyulan kimi cərrahi mualicə
C) Antibakterial müalicə
D) Məlhəmlərlə müalicə
E) 1 yaşdan sonra cərrahi mualicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
983) Mekkel divertikulunun müalicəsi necə aparılır?
A) Fizioterapiya
B) Hormonal müalicə
C) Mekkel divertikulunun bütün xəstəliklərində təcili cərrahi müdaxilə
D) Mekkel divertikulunun bəzi xəstəliklərində konservativ müalicə
E) Antibakterial müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
984) Aşağıdakılardan hansı göbəyin natamam fistulunun müalicəsi prinsiplərinə aid deyil ?
A) Fistul yolunal 3%-li yod məhlulu sürtmək
B) Antiseptiklərlə sarğı
C) Hər gün vanna etmək ,zəif kali permanqanat məhlulu ilə
D) Konservatik müalicə effekt vermədikdə cərrahi əməliyyat
E) Hemostatik müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
985) Göbəyin natamam fistulu nə zaman əmələ gəlir?
A) Göbək nahiyyəsinin travmasından sonra
B) Axacaq proksimal hissədə obliterasiya olmadıqda
C) Göbək yırtığına görə əməliyyatdan sonra
D) Göbəyin infeksiyasından sonra
E) Göbək bağırsaq axacağının distal hissəsində obliterasiya olmadıqda
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
986) Enterosistoma necə əmələ gəlir?
A) Qarının ön divarının küt travmasından
B) Ductus omphalo-enterucus distal hissədə obliterasiya olur proksimal hissədə açıq qalır
C) Uraxsun açıq qalması nəticəsində
D) Ductus omphalo-enterucus distal və proksimal hissədə obliterasiya olunur,orta hissədə açıq qalır
E) Qarın boşluğunda aparılmış əməliyyatdan sonra
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
987) Coxa vara nədir?
A) Bud sümüyü başının aseptik nekrozu
B) Aşağı ətrafın “x” vari deformasiyası
C) Bud sümüyünün proksimol hissəsinin xəstəliyi olub ,boyun- diafizar bucağın artması ilə xarakterizə olunur
D) Bud sümüyünün proksimal hissəsinin xəstəliyi olub,boyun –diafizar bucağın azalması ilə xarektizə olunur
E) Aşağı ətrafın “o” vari deformasiyası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 637
988) Bud sümüyünün boyun –diafizar bucağı normada neçə dərəcədir?
A) 140-145 dərəcə
B) 160-165dərəcə
C) 125-130 dərəcə
D) 150-175 dərəcə
E) 140-150dərəcə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
989) Bud çanaq oynağının anadangəlmə çıxığı rentgenoloji olaraq neçə dərəcəyə bölünür?
A) 5
B) 4
C) 3
D) 2
E) 6
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 631
990) Bud -çanaq oynağının anadangəlmə çıxığının müalicəsinin nəticələrinə aşaıdakılardan hansı təsir göstərmir?
A) Müalicə metodundan
B) Xəstənin cinsi
C) Müalicəyə başlarkən xəstənin yaşı
D) Baş vermiş ağırlaşmalardan
E) Xəstəliyin ağırlıq dərəcəsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 634
991) Bud- çanaq oynağının anadangəlmə çıxığının müalicəsində hansı halda 100% müsbət nəticəyə nail olmaq mümkündür?
A) Əgər müalicə uşağın həyatının ilk ayından başlarsa
B) Əgər cərrahi əməliyyat aparılarsa
C) Əgər xəstə oğlan olarsa
D) Əgər xəstə qız olarsa
E) Əgər müalicə 1 yaşından sonra aparalırsa
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 634
992) Bud çanaq oynağının anadangəlmə çıxığının müalicəsinə 1 yaşda başlanarsa ağırlaşma neçə % ola bilər?
A) 40%
B) 5%
C) 80%
D) 30%
E) 60%
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
993) Qastroşizis nədir?
A) Mədənin sallanması
B) Mədə qanaxması
C) Ağır inkişaf qüsuru olub qarnın ön divarının 2-3 sm artıq olmayan deffekti ilə xarakterizə olunur
D) Sadalananların hamısı
E) Mədənin burulması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 376
994) Qastroşizis üçün hansı xarakter deyil?
A) Bətndaxili peritonit əlamətləri olur
B) Deffekt göbək ciyəsindən sağda yerləşir
C) Müştərək qüsurlar nadir halda olur
D) Deffektdən qarnın ön divarına orta bağırsaq çıxır
E) Yırtıq kisəsi olur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 377
995) Göbək yırtığının özbaşına sağalma ehtimalı neçə faizdir?
A) 60%
B) 15%
C) 100%
D) 5%
E) 50%
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 382
996) Oğlanlarda qasıq kanalında nə yerləşir?
A) Girdə bağ
B) Bud arteriyası
C) Bud venası
D) Sidik axarı
E) Toxum ciyəsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
997) Qızlarda qasıq kanalında nə yerləşir?
A) Bud venası
B) Sadalananlarin hamısı
C) Toxum ciyəsi
D) Bud arteriyası
E) Uşaqlığın girdə bağı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 385
998) Ağ xətt yırtığında hansı müalicə üsulları tətbiq edilir?
A) Massaj
B) Yalnız cərrahi əməliyyat
C) Konservativ müalicə effekt verməzsə cərrahə əməliyyat
D) Fizoterapiya
E) MBT
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 384
999) Uşaqlarda düz bağırsağın ən çox rast gəlinən xoşxassəli şişi hansıdır?
A) Düz bağırsağın angiomatozu
B) Düz bağırsağın polipi
C) Düz bağırsağın polipozu
D) Düz bağırsağın fibroması
E) Düz bağırsağın dermoid kistası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1000) Düz bağırsağın polipinin diaqnostikasında hansı müayinə aparılmır?
A) Rektoromonoskopiya
B) Fibiokilonoskopiya
C) Baxış
D) Düz bağırsağın barmaqla müayinəsi
E) USM
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1001) Anus çatının əsas simptomu hansıdır ?
A) Düz bağırsaq selikli qişasının sallanması
B) Qusma
C) Temperaturun olması
D) Defekasiya zamanı kəskin ağrı
E) Ağrısız düz bağırsaq qanaxması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 472
1002) Düz bağırsaq polipinin əsas əlaməti nədir?
A) Tempuraturun olması
B) Çəkinin itirilməsi
C) Defekasiya zamanı kəskin ağrı
D) Qusma
E) Defekasiyanın sonunda bir neçə damcı və ya kifayət qədər qanaxma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1003) Uşaqlarda babasilə hansı yaşlarda daha çox rast gəlinir?
A) 8-10 yaş
B) 6-8 yaş
C) 12-14 yaş
D) 1-5 yaş
E) Bütün yaşlarda eyni cür rast gəlinir
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 c- 412
1004) Uşaqlarda bazu sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 50 %proksimal 50% distal
B) 70% proksimal 30% distal
C) 30% proksimal 70%distal
D) 40%proksimal 60% distal
E) 60% proksimal 40% distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 c- 412
1005) Uşaqlarda qamış sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 25 %proksimal 75% distal
B) 30% proksimal 70% distal
C) 40 %proksimal 60% distal
D) 60% proksimal 40 %distal
E) 50 %proksimal 50% distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004, c- 95
1006) Uşaqlarda mil sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 25 proksimal 75 distal
B) 75 proksimal 25 distal
C) 50 proksimal 50 distal
D) 70 proksimal 30 distal
E) 30 proksimal 70 distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 c- 96
1007) Qida borusunun axalaziyası zamanı hansı əməliyyat aparılır?
A) Ezofaqostoma əməliyyatı
B) Kanşin üsulu ilə fundoplikasiya
C) Heller üsulu ilə kardiomiotomiya,ezofaqokardiofundoplikasiya
D) Nissen üsulu ilə fundoplikasiya
E) Qastrostoma əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1008) Aşağıdakı xəstəliklərdən hansında Nissen üsulu ilə fundoplikasiya aparılmır?
A) Qida borusunun axalaziyası
B) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı
C) Anadangəlmə kardiostenoz
D) Kardianın xalaziyası
E) Anadangəlmə qısa qida borusu
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1009) Hipospadiya nədir?
A) Anadangəlmə bir böyrəyin olmaması
B) Xaya venasının genəlməsi
C) İnkişaf qüsuru olub ,uretranın ön divarının olmaması
D) İnkişaf qüsuru olub ,uretranın distal nahiyyəsində aşağı divarının olmaması
E) Sidik saxlaya bilməmək
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 582
1010) Uretranın ən çox rast gəlinən inkişaf qüsuru və anomaliyası hansıdır?
A) Epispadiya oğlanlarda
B) Hermafroditizm
C) Episdapiya qızlarda
D) Anadangəlmə qısa uretra
E) Hipospadiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 583
1011) Hansı forma hipospadiya yoxdur?
A) Total forma
B) Cisim forma
C) Aralıq forma
D) Baş forma
E) Xayalıq forma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 583
1012) Oğlanlarda epispadiyanın hansı forması olmur?
A) Baş forma epispadiya
B) Total forma
C) Klitor forması
D) Cinsiyyət orqanının epispadiyası
E) Tam epispadiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 581
1013) İnfravezikal obstruksiya xəstəliklər qrupuna aid deyil?
A) Oğlanlarda uretranın arxa qapağı
B) Qızlarda detruzor-sfinkter dissinergiya
C) Kəskin pielonefrit
D) Oğlanlarda detruzor-sfinkter dissinergiya
E) Qızlarda meatal stenoz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 , c- 483
1014) Sidik kisəsi ,sidik axarı reflyuksi nədir?
A) Sidiyin sidik kisəsindən sidik axarına və böyrəyin kollektor sisteminə keçməsi
B) Sidik saxlaya bilməmək
C) Sidiyin sidik kisəsindən uretraya keçməsinə olan maneə
D) Sidik kisəsinin divertikulu
E) Sidik kisəsinin daşı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 565
1015) Mərkəzi venaların punksiyasina və kateterizasiyasına əks göstərişlər hansıdır?
1. ”Yuxarı boş vena” sindromu
2. Körpücükaltı,vidaci venalar nahiyyəsinin iltihabi prosesləri
3. Qaşıq və bud venaları nahiyyəsinin yanığı
4. Yüksək temperaturu olan xəstələr
5. Arterial təzyiqi aşağı olan xəstələr
A) 1,5
B) 1,2,3
C) 2,3,4
D) 4,5
E) 3,4,5
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14.
1016) Daxili vidaci vena nə üçün sağ tərəfdən punksiya edilir?
A) Körpücükaltı venanı zədələməmək üçün
B) Daxili yuxu arteriyasını zədələməmək üçün
C) Körpücükaltı arteriyanı zədələməmək üçün
D) Bazu kələfini zədələməmək üçün
E) Döş limfatik axarı zədələməmək üçün
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16
1017) Ürəyin açıq masajını aparmaq ücün döş qəfəsi hansı qabırğalararasından açılır?
A) Sağ 8-9
B) Sağ 4-5
C) Sol 4-5
D) Sol 10-11
E) Sol 2-3
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с-16
1018) Əlaqəli xaya hidropsunda hansı əməliyyat aparılır?
A) Vinkelman
B) İvanissevic
C) Ross
D) Jirar
E) Palomo
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
1019) Qazanılmış və əlaqəsiz xaya hidropsunda hansı əməliyyat aparılır?
A) Vinkelman
B) ivanisevic
C) Qross
D) Martınov
E) Polomo
Ədəbiyyat: Ədəbiyyat:Ю.Ф.Исаков . Детские хирургические болезни.1983 səh 532
1020) İkincili varikoselenin əsas səbəbi nədir?
A) Xayanın travması
B) Orxit
C) Xayanın burulması
D) Periton arxası nahiyyənin şişi
E) Böyrək venasının damar “pinseti” vasitəsi ilə sıxılması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
1021) Varikoseldə aparılan ən optimal əməliyyat hansıdır?
A) Endovaskulyar skleroterapiya
B) İvanissevic
C) Palomo
D) Vinkelman
E) Palomo –Eroxin
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 391
1022) Limfangioma ən çox harada yerləşir?
A) Boyunda, qoltuqaltı nahiyyədə
B) Yuxarı ətraflarda
C) Kürək nahiyyəsində
D) Pəncə nahiyyəsində
E) Başda
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 603
1023) Dermoid sistləri aşağıdakılardan hansılar ilə differensasiya etmək lazımdır?
1. Baş beynin ön yırtığı
2. Lipoma
3. Ateroma
4. Hemangioma
5. Lİmfadenit
A) 1,2,3
B) 1,2,4
C) 1,5
D) 3,4
E) 4,5
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 607
1024) Kəskin appendisitin USM əlamətləri hansıdır?
1. Aperistaltik bagırsaq seqmenti
2. Periappendikulyar maye
3. Qalın divarlı və içərisində mayesi olan həlqəvari kutlə(hədəf simptomu)
4. Bağırsağın pnevmotozu
5. Mədədəki mayenin səviyyəsi
A) 3,4
B) 2,3,4
C) 1,4,5
D) 1,2,3
E) 4,5
Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol
1025) Bağırsaq polipozuna şübhəli qanaxmada hansı müayinə aparılır?
1. Həzm traktının kontrast rentgenoqrafiyası
2. Fibrokolonoskopiya
3. Angioqrafiya
4. USM
5. KT
A) 3,4,5
B) 3,4
C) 4,5
D) 1,5
E) 1,2
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 472
1026) Donmanın patogenetik əsaslandırılmış mualicə üsulu hansıdır?
A) Povoloskom metodu
B) Bairov metodu
C) Nikolski –Betmen metodu
D) Qolomidov metodu
E) Vişnevsiki metodu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни-2004,c- 87
1027) Düz bağırsağın sallanması zamanı hansı əməliyyat aparılır?
A) Vinkelman əməliyyatı
B) Martinov əməliyyatı
C) Tirş əməliyyatı
D) Jirar əməliyyatı
E) Rosso əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 468
1028) Aşağıdakılardan hansı sindrom Per-Roben simptomokompleksinə daxil deyil?
A) Ağız boşluğunun kiçik olması
B) Qlossoptoz
C) Damağın bitişməməsi
D) Boyunun yan fistulu
E) Mikrogeneya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207,208
1029) Fimozun ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Ballanopostit
B) Xaya burulması
C) Pielonefrit
D) Varikoselle
E) Sistit
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 594
1030) Parafimozun ən təhlükəli ağırlaşması hansıdır?
A) Xayalıq nahiyyəsinin infiltratı
B) Pülük dərisinin infeksiyası
C) Penis başının nekrozu
D) Penis başının infeksiyası
E) Xayanın burulması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 595
1031) Fimoz və parafimoz nəticəsində aşağıdakı ağırlaşmalardan hansı ola bilməz?
A) Xayanın burulması
B) Sistit
C) Penis başının nekrozu
D) Ballanopostit
E) Kəskin sidik ləngiməsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 593-595
1032) Sağlam uşaqlarda sümükdaxili təzyiq nə qədər olur?
A) 60 -100 mm s.st
B) 300-500 mm s.st
C) 200-300 mm s.st
D) 120-140 mm s.st
E) 150-180 mm s.st
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 258
1033) Kəskin hematogen osteomielit zamanı uşaqlarda sümükdaxili təzyiq nə qədər ola bilər?
A) 300-500 mm s.st
B) 120-140 mm s.st
C) 60 -100 mm s.st
D) 20-30 mm s.st
E) 200-300 mm s.st
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 558
1034) Göbəyin tam fistulu nə zaman əmələ gəlir?
A) Göbək bağırsaq axacağı distal hissədə açıq qalarsa
B) Uraxus orta hissədə açıq qalarsa
C) Uraxus proksimal hissədə açıq qalarsa
D) Göbək bağırsaq axacağı proksimal hissədə açıq qalarsa
E) Dustus omphalo-entericus tam açıq qalarsa
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1035) Aşağıdakılardan hansı göbəyin tam fistulunun ağırlaşmalarına aid deyil ?
A) Evaginasiya
B) Qanaxma
C) İnfeksiyalasma
D) İnvaginasiya
E) Bağırsaq möhtəviyyatının itirilməsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, 370
1036) Boğulma ehtimalı ən az olan yırtıq hansıdır?
A) Ağ xətt yırtığı
B) Sağ tərəfli qasıq yırtığı
C) Sol tərəfli qasıq yırtığı
D) Bud yırtığı
E) Göbək yırtığı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1037) Paraumbilikal yırtıq nədir?
A) Bilavasitə xəncələbənzər çıxıntı nahiyyəsində əmələ gələn ağ xətt yırtığı
B) Bilavasitə göbək həlqəsinin altında əmələ gələn ağ xətt yırtığı
C) Bilavasitə göbək həlqəsinin üstündə əmələ gələn ağ xətt yırtığı
D) Xəcələbənzər çıxıntı ilə göbəyin ortasında əmələ gələn ağ xətt yırtığı
E) Boğulmuş göbək yırtığı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1038) Keller II xəstəliyi hansıdir?
A) Pəncənin ikinci ücüncü daraq sümüyünün osteoxondropatiyası
B) Pəncənin qayığa bənzər sümüyünün osteoxondropatiyası
C) Qamış sümüyü qabarinin osteoxondropatiyası
D) Daban sümüyünün bitişmıyən sınığı
E) Bud sümüyü başının aseptik nekrozu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 səh 264
1039) Hansı əməliyyat aparılarkən adətən əlavə olaraq Mikuliç üsulu ilə piloroplastika da aparılır?
A) Qastrostoma əməliyyatı
B) Ezofaqo-Ezofaqoanastomoz
C) Nissen və Kanşin üsulu ilə fundoplikasiya
D) Heller üsulu ilə kardiomiotomiya
E) Ezofaqostoma əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 322
1040) Epispadiya nədir?
A) Qasıq yırtığı
B) Xayanın burulması
C) Uretranın anadangəlmə aşağı divarının olmaması
D) Uretranın travmatik zədələnməsi
E) Uretranın anadangəlmə yuxarı divarının olmaması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 581
1041) İnfravezikal obstruksiya nədir?
A) Böyrəyin sallanması
B) Sidik yollarının infeksion xəstəlikləri qrupu
C) Böyrək daşı xəstəliyi
D) Sidik kisəsindən sidiyin ifrazını pozan xəstəliklər qrupu
E) Hidronefroz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 c- 483
Dostları ilə paylaş: |