Ci il tarixində əlavə olunmuşdur. Səhiyyənin təşkili


) Öd kisəsində kontrastlaşmanın olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?



Yüklə 0,92 Mb.
səhifə2/16
tarix06.02.2017
ölçüsü0,92 Mb.
#7784
1   2   3   4   5   6   7   8   9   ...   16

64) Öd kisəsində kontrastlaşmanın olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Xroniki daşsız xolesistit üçün

B) Öd ifrazı sisteminin anadangəlmə hipoplaziyası üçün

C) Xroniki kalkulyoz xolesistit üçün

D) Ümumi öd axarının sisti üçün

E) Xroniki hepatit üçün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
65) Splenoportoqrafiya necə həyata keçirilir?

A) Qarnın ön divarından daxil olmaqla

B) Yerli anesteziya altında

C) Laparotomiyadan sonra

D) Oturaq vəziyyətində

E) Ümumi anesteziya altında mioreleksantlardan istifadə etməklə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
66) Qaraciyər qapısında normal anatomik strukturların olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Xroniki hepatit üçün

B) Qaraciyərin sirrozu üçün

C) Qaraciyərin exinokokku üçün

D) Qaraciyərin anadangəlmə fibrozu üçün

E) Portal hipertenziyanın qaraciyərdən kənar formaları üçün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
67) Qaraciyərin punksion biopsiyası necə həyata keçirilir?

A) Oturaq vəziyyətində

B) Qarnın ön divarından daxil olmaqla

C) Ümumi anesteziya altında

D) Yerli anesteziya altında

E) Laparotomiyadan sonra


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
68) Hansı halda xaya qişasının punksiyası göstərişdir?

A) Xayalığın idiopatik ödemi zamanı

B) Orxoepididimit zamanı

C) Toxum ciyəsinin sisti zamanı

D) Xaya qişalarının gərgin hidropsu zamanı

E) Xayanın burulması zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
69) Hepatologiyada funksional müayinələrin aparılmasına göstəriş hansıdır?

A) Assit

B) Hiperbilirubinemiya

C) Tez-tez burun qanaxması ilə müşayiət olunan anemiya

D) Qida borusu venalarının varikoz genəlməsi ilə gedən splenomeqaliya

E) Hepatomeqaliya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
70) Toxum ciyəsi elementlərinin kəskin meydana çıxan sistini aşağıdakılardan hansı sübut edir?

A) Toxum ciyəsi boyunca yumşaq elastik törəmənin və diafanoskopiya zamanı şəffaflığın olması

B) Qasıq nahiyəsində hiperemiya və ağrı

C) Xayalığın hiperemiyası

D) Xayalıqda xayanın olmaması

E) Narahatlıq və hərarətin yüksəlməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
71) Sümüyün struktur rentgenoqrammasını almaq üçün mərkəzi şüa kasset müstəvisinə münasibətdə hansı bucaq altında olmalıdır?

A) 40 dərəcə bucaq altında

B) 20 dərəcə bucaq altında

C) 30 dərəcə bucaq altında

D) 10 dərəcə bucaq altında

E) Perpendikulyar istiqamətlənməlidir


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
72) Aşağıdakı xəstəliklərin hansında ekskretor uroqrafiya ən informativ müayinə üsuludur?

A) Kəskin sidik ləngiməsi

B) Sidiyi saxlaya bilməmək

C) Sidik kisəsi-sidik axarı reflüksü

D) Hidronefroz

E) Neyrogen sidik kisəsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
73) Diaqnozunun qoyulmasına ekskretor uroqrafiyanın kömək edə bilmədiyi xəstəlik hansıdır?

A) Böyrəklərin torakal distoniyası

B) Arxa uretral qapaq

C) Nalşəkilli böyrək

D) Hidronefroz

E) Yuxarı sidik yollarının ikiləşməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
74) Aşağıdakılardan hansının aşkar edilməsi üçün anteqrad pieloqrafiya aparılır?

A) Böyrəyin şişi

B) Hidronefroz zamanı pielouretral anastomozun keçiriciliyi

C) Böyrəyin sisti

D) Sidik kisəsinin divertikulu

E) Sidik kisəsi-sidik axarı reflüksünün olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
75) Sistoqrafiya hansı halda əks-göstərişdir?

A) Pielonefritin kəskinləşməsi zamanı

B) Sidik kisəsi boynunun kontrakturası zamanı

C) Uretrosele zamanı

D) Sidik kisəsi-bağırsaq və sidik kisəsi-vaginal fistullarda

E) Kiçik çanaqda şiş prosesi zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
76) Sistoqrafiya zamanı hansından istifadə olunur?

A) Veroqrafin

B) Barium-sulfat

C) Serqozin

D) Natrium-tiosulfat

E) Natrium-sulfit


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
77) Sistoqrafiya aşağıdakılardan hansının aşkar olunmasında qeyri-informativdir?

A) Uraxusun bağlanmamasının

B) Sidik axarının ureterovezikal seqmentinin obstruksiyasının

C) Anadangəlmə sidik kisəsi-bağırsaq fistulunun

D) Sidik kisəsinin ölçüləri və konturunun

E) Sidik kissəsi-sidik axarı reflüksünün


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
78) Uretroqrafiya hansı halda əks-göstərişdir?

A) Uretranın ikiləşməsi zamanı

B) Urogenital sinus zamanı

C) Uretranın travması zamanı

D) Kəskin orxoepididimit zamanı

E) Arxa uretral qapaq zamanı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
79) Uretroqrafiyanın aparılması üçün xəstə hansı vəziyyətdə uzadılır?

A) Trendelenburq vəziyyətində

B) Sol ayağı bayıra və arxaya çevirməklə sağ yanı üstündə

C) Arxası üstə budlar aralanmış vəziyyətdə

D) Sarğı altına yastıq qoymaqla arxası üstə

E) Aşağı ətraflar bükülməklə yanı üstə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
80) Böyrək ləyəninin «görünməyən» daşlarının diaqnostikasında daha informativ müayinə metodu hansıdır?

A) Retropnevmoperitoneum

B) Urokinematoqrafiya

C) Ultrasəs müayinəsi

D) Urokimoqrafiya

E) Ekskretor uroqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
81) Uretranın cırılmasının diaqnostikası üçün aşağıdakılardan hansını həyata keçirmək lazımdır?

A) Urofloumetriya

B) Ekskretor uroqrafiya

C) Miksion sistoqrafiya

D) Sistometriya

E) Qalxan (retroqrad) uroqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
82) Uretranın cırılması zamanı aşağıdakılardan hansını aparmaq qadağandır?

A) Sidik kisəsinin kateterizasiyası

B) Qalxan uroqrafiya

C) Miksion sistoureteroqrafiya

D) Urofloumetriya

E) İnfuzion uroqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
83) Sidik kisəsi daşlarının aşkar edilməsi üzrə ən etibarlı müayinə metodu hansı hesab olunur?

A) Urofloumetriya

B) Obzor rentgenoqrafiya

C) Miksion sitoqrafiya

D) Pnevmosistoqrafiya

E) Sistoskopiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
84) İkincili büzüşmüş böyrək və ya hipoplaziyalaşmış böyrək diaqnozunu qoymağa aşağıdakılardan hansı imkan verir?

A) Dinamikada radioizotop müayinə

B) Ekskretor uroqrafiya

C) Kompüter tomoqrafiya

D) Böyrəyin biopsiyası

E) Böyrək angioqrafiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
85) Arxa uretral qapağın əsas diaqnostika metodu hansıdır?

A) İnfuzion uroqrafiya

B) Sistometriya

C) Qalxan uretroqrafiya

D) Uretroskopiya

E) Urofloumetriya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
86) Rəng sınağı (metilen abısının sidik kisəsinə yeridilməsi) aşağıdakılardan hansının aşkar edilməsində daha informativdir?

A) Yuxarı sidik yollarının ikiləşməsi və ureterosele

B) Gecə sidik saxlaya bilməmək (enurez)

C) İkiləşmiş böyrəyin yuxarı yarısının sidik axarına reflüks

D) Əlavə sidik axarı dəliyinin sidik kisəsi sfinkterindən aşağı ektopiyası

E) İkiləşmiş böyrəyin bir yarısının ureterohidronefrozu


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
87) Hemoqlobinuriya simptomu aşağıdakılardan hansının nəticəsi ola bilər?

A) Kəskin pielonefritin

B) Nekrotik papillitin

C) Kəskin qlomerulonefritin

D) Paranefritin

E) Anilinlə zəhərlənmənin


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
88) Anuriyalı xəstəyə aşağıdakılardan hansı əks-göstərişdir?

A) Sistoureteroqrafiya

B) Qarın boşluğu orqanlarının obzor rentgenoqrafiyası

C) Retroqrad pieloqrafiya

D) Sistoskopiya

E) Ekskretor uroqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
89) Rentgenoloji «ağ böyrək» fenomeni (ekskresiyanın kəskin ləngiməsi ilə müşayiət olunan nefroqrammanın davamlı fazası) aşağıdakılardan hansının nəticəsidir?

A) İkincili büzüşmüş böyrəyin

B) Sidik axarının daşla obturasiyasının

C) Böyrək şişinin

D) Kəskin qeyri-obstruktiv pielonefritin

E) Böyrək travmasının


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
90) Arxa uretral qapağın diaqnostikası üçün rentgenokontrast müayinələrdən hansı daha informativ hesab olunur?

A) Ekskretor uroqrafiya

B) Retroqrad uretroqrafiya

C) Pnevmosistoqrafiya

D) Miksion ureterosistoqrafiya

E) İnfuzion urşqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.

Uşaqlarda planlı və plastik carrahiyyə

91) Boynun orta sistləri və fistulasının əmələ gəlməsi aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Xromosom aberrasiyaları

B) Qəlsəmə qövsləri qalıqlarının bitişməməsi

C) Qalxanabənzər-udlaq axacağının geriyə inkişafının pozulması

D) Qalxanabənzər-dil axacağının geriyə inkişafının pozulması

E) Ağız boşluğu dibinin epitelinin ektopiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
92) Boynun orta sisti üçün xarakterik simptom hansıdır?

A) Vidaci çuxurdan yuxarıda yerləşməsi

B) Dövri olaraq itməsi

C) Udqunma zamanı sistin yerini dəyişməsi

D) Bərk konsistensiyaya malik olması

E) Udqunma zamanı ağrı


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
93) Boynun orta fistulasının ən informativ təyin edilmə metodu hansıdır?

A) Kompüter tomoqrafiya

B) Fistulanın zondlanması

C) Ultrasəs müayinəsi

D) Obzor rentgenoqrafiya

E) Fistuloqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
94) Boyun nahiyəsindəki limfangioma üçün hansı xarakterikdir?

A) Törəmə üzərində dərinin nazikləşməsi

B) Dilaltı sümüyə gedən möhkəm atma

C) Ortada yerləşməsi

D) Ölçülərinin 1-2 sm olması

E) Udqunma zamanı hərəkətli olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
95) Boyun limfadeniti üçün hansı xarakterikdir?

A) Infeksiyanın giriş qapısının və ağrının olması

B) Udqunma zamanı hərəkətli olması

C) Ortada yerləşməsi

D) Palpasiya zamanı ağrının olmaması

E) Konsistensiyasının yumşaq olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
96) Boynun orta sistini aşağıdakılardan hansı ilə differensasiya etmək məsləhət görülmür?

A) Lipoma ilə

B) Dermoid sistlə

C) Anadangəlmə əzələvi əyriboyunluqla

D) Limfadenitlə

E) Vidaci venanın flebektaziyası ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
97) Boynun orta sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 1-2 il

B) 5-10 yaş

C) 6 aylıqdan 1 yaşa qədər

D) 10 yaşdan yuxarı

E) 3-5 yaş


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
98) Boynun ön sistinin residivinin qarşısını almaq üçün əməliyyat zamanı aşağıdakılardan hansını həyata keçirmək lazımdır?

A) Fistul yolunun sklerozlaşdırıcı preparatlarla işlənməsi

B) Xarici vidaci venanın bağlanması

C) Sanasiyadan sonra fistul dəliyinin tikilməsi

D) Dilaltı sümüyün rezeksiyası

E) Fistulun fassiyanın səthinə qədər ayrılması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
99) Boynun fistuluna görə aparılan əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?

A) Udma aktının pozulması

B) Hipersalivasiya

C) Fistulun residivi

D) Tikişlərin qopması

E) Qanaxma


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
100) Boynun yan sisti üçün hansı xarakterikdir?

A) Palpasiya zamanı ağrının olması

B) Törəmə üzərində dərinin nazilməsi

C) Vidaci venanın üzərində yerləşməsi

D) Döş- körpücük- məməyəbənzər əzələnin daxili kənarında yerləşməsi

E) Bərk konsistensiyalı olması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
101) Boynun yan sisti zamanı daha informativ müayinə metodu hansıdır?

A) Fistuloqrafiya

B) Venoqrafiya

C) Kompüter tomoqrafiya

D) Ultrasəs müayinəsi

E) Obzor rentgenoqrafiya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
102) Boynun yan sistini aşağıdakılardan hansı ilə differensasiya etmək vacib deyil?

A) Dermoid sistlə

B) Limfangioma ilə

C) Vidaci venanın flebektaziyası ilə

D) Limfadenitlə

E) Alt çənənin periostiti ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
103) Boynun yan sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 10 yaşdan yuxarı

B) 3-5 yaş

C) 3 yaşa qədər

D) 1 yaşa qədər

E) 5-7 yaş


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
104) Boynun yan fistulası zamanı əməliyyatın vacib elementi hansıdır?

A) Dilaltı sümüyün rezeksiyası

B) Fistulun kəsilib çıxarılması və dəridəki dəliyin tikilməsi

C) Fistulun udlağın yan divarına qədər ayrılması

D) Qəlsəmə yarıqlarının tikilməsi

E) Damar-sinir dəstəsinin bağlanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
105) Boynun yan sistinə görə aparılmış əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) Ağızdan qidalanmanı dayandırmaq

B) Infuzion terapiya

C) Yataq rejimi

D) Fizioterapiya

E) Başın fiksə edilməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
106) Boynun yan sistinə görə əməliyyatdan sonrakı residivlər hansı ilə əlaqədardır?

A) Adekvat hemostazın olmaması

B) Dilaltı sümüyün rezeksiyasından imtina edilməsi

C) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

D) Fistulun yan şaxələrinin tam xaric edilməməsi

E) Tikişlərin aralanması


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
107) Qasıq yırtığı nə vaxt formalaşır?

A) Embrional inkişafın 5-6-cı ayında

B) Embrional inkişafın 7-8-ci həftəsində

C) Embrional inkişafın 2-3-cü həftəsində

D) Istənilən mərhələdə formalaşa bilər

E) Embrional inkişafın 7-8-ci ayında


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
108) Anadangəlmə qasıq yırtığının əmələ gəlməsinin əsas etioloji səbəbi hansıdır?

A) Həddən artıq fiziki gərginlik

B) Qarındaxili təzyiqin artması

C) Peritonun yataq çıxıntısının obliterasiya olunmaması

D) Qarnın xarici çəp əzələ aponevrozunun zəifliyi

E) Köndələn fassiyanın zəifliyi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
109) Qasıq yırtığı üçün ən xarakterik simptom hansıdır?

A) Qarında ağrılar

B) Qasıq nahiyyəsində elastik şişkinlik

C) Iştahanın pis olması

D) Hərarətin yüksəlməsi

E) Ürəkbulanma və qusma


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
110) Əksər hallarda ağırlaşmamış qasıq-xayalıq yırtığının differensial-diaqnostikasını aşağıdakılardan hansı ilə aparmaq lazımdır?

A) Hidatidin burulması ilə

B) Varikosele ilə

C) Orxitlə

D) Orxoepididimitlə

E) Xaya qişalarının hidropsu ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
111) Qasıq-xayalıq yırtığına görə əməliyyata göstəriş hansıdır?

A) 2 yaşdan sonrakı dövr

B) 5 yaşdan sonrakı dövr

C) Tez-tez boğulma

D) Şişkinliyin 3 sm-dən böyük olması

E) Diaqnozun qoyulması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
112) Qasıq kanalının ön divarının açılması kimlərdə mütləq lazımdır?

A) 2 yaşdan böyük xəstələrdə

B) Oğlanlarda

C) 5 yaşdan böyük xəstələrdə

D) Südəmər uşaqlarda

E) Qızlarda


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
113) Qasıq yırtığına görə əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) Masaj


B) 2 həftəlik gözləməli rejim

C) Fizioterapiya

D) 1 həftəlik yataq rejimi

E) 1 il ərzində fiziki yüklənmənin məhdudlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
114) Yırtığın ləğv edilməsinin ağırlaşmaları hansı ilə əlaqədardır?

A) Texniki kobudluqla

B) Displastik dəyişikliklərin dərəcəsi ilə

C) Təcili göstərişə görə əməliyyatla

D) Uşağın yaşı ilə

E) Yanaşı rast gəlinən qüsurlarla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
115) Yırtığın ləğv edilməsi zamanı proqnoz aşağıdakılardan hansı ilə əlaqədar olaraq əlverişlidir?

A) Uşağın cinsi ilə

B) Cərrahın təcrübəsi ilə

C) Uşağın yaşı ilə

D) Planlı və ya təcili qaydada aparılmış əməliyyatla

E) Yanaşı rast gəlinən qüsurlarla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
116) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?

A) Ümumi vəziyyətin pisləşməsi

B) Xayalığın hiperemiyası

C) Kəskin ağrı

D) Hərarətin yüksəlməsi

E) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
117) 1,5 yaşa qədər olan xəstənin xaya qişalarının gərginləşməmiş hidropsunun müalicəsi nəyi tələb edir?

A) Planlı surətdə operativ müalicəni

B) Punksiyanı

C) Təcili əməliyyatı

D) 1,5-2 yaşa qədər müşahidəni

E) 3-4 yaşa qədər müşahidəni


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
118) Vinkelman əməliyyatına göstərişlər hansıdır?

A) Obliterasiya olunmuş vaginal çıxıntı

B) Bulanıq hidrops mayesi

C) Xaya qişasının dəyişilməsi

D) Yuxarı yaşlı uşaqlarda ilk dəfə meydana çıxmış hidrops

E) Bütün sadalananlar


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
119) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı dövrdə aşağıdakılardan hansı vacibdir?

A) Yataq rejimi

B) Masaj

C) Fiziki yüklənmənin məhdudlaşdırılması

D) Fizioterapiya

E) Adi həyat tərzi


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
120) Xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı ağırlaşmalar aşaıdakılardan hansı ilə əlaqədardır?

A) Uşağın yaşı ilə

B) Əməliyyatın gecikməsi ilə

C) Yanaşı qüsurlarla

D) Texniki kobudluqla

E) Yuxarı sidik yollarının patologiyası ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
121) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı proqnoz nə ilə əlaqədardır?

A) Operativ müdaxilənin variantı ilə

B) Punksion üsulla müalicə cəhdləri ilə

C) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə

D) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə

E) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
122) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?

A) 2-3 yaşa qədər

B) Doğuşdan dərhal sonra

C) Doğulana qədər

D) 1 yaşa qədər

E) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
123) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?

A) Sidik ifrazı sisteminin patologiyası

B) Peritonun yataq çıxıntısının bitişməməsi

C) Hormonal disbalans

D) Spesifik proses

E) Angiodisplaziya


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
124) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?

A) Kəskin ağrının olması

B) Qasıq nahiyyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik

C) Qasıq nahiyyəsində ödem

D) Xarici qasıq həlqəsinin genişlənməsi

E) Qasıq nahiyyəsində hiperemiya


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
125) 6 aylıq uşaqda toxum ciyəsi qişasının sistinin müalicəsi özündə nəyi əks etdirir?

A) Bir-ikidəfəlik punksiya, effektsiz olduqda əməliyyatı

B) Planlı surətdə operativ müalicəni

C) Təcili operativ müalicəni

D) Hormonal müalicəni

E) Dinamiki müşahidəni


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
126) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?

A) Vinkelman əməliyyatı

B) Qişaların kəsilməsi

C) Xaya qişalarının kəsilib çıxarılması

D) Qross əməliyyatı

E) Toxum ciyəsi elementlərinin punksiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
127) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı müalicəyə hansı daxildir?

A) Masaj


B) Adi həyat tərzi

C) Fiziki yüklənmənin məhdudlaşdırılması

D) Müalicəvi bədən tərbiyəsi

E) Fizioterapiya


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
128) Toxum ciyəsi elementlərinin sistinə görə əməliyyatdan sonrakı ağırlaşmalar aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Əməliyyatın gecikməsi ilə

B) Uşağın yaşı ilə

C) Yanaşı qüsurlarla

D) Texniki kobudluqlarla

E) Əvvəlcə həyata keçirilmiş punksiyalarla


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
129) Göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?

A) Göbək ciyəsi damarlarının inkişaf qüsurları

B) Doğuş travması

C) Göbək həlqəsi aponevrozunun bitişməməsi

D) Göbək damarlarının iltihabı

E) Portal hipertenziya


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
130) 1 yaşı olan uşaqda göbək yırtığı var. Defekt təxminən 0,5 sm təşkil edir. Ümumi vəziyyətində dəyişiklik yoxdur. Ona nə məsləhət görülməlidir?

A) Təcili cərrahi müdaxilə

B) Dinamiki müşahidə

C) Qarnın masajı, gimnastika, qəbizliyin profilaktikası

D) 2 yaşa çatdıqdan sonra planlı əməliyyat

E) Qarnın masajı, qəbizliyin profilaktikası, göbək həlqəsinin kənarlarının leykoplastırla yaxınlaşdırılması


Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin