201) İrinli iltihabda antibiotikin seçilməsi zamanı hansı əsas sayılmır?
A) Dərmanın toksikliyi
B) Dərmanın farmakodinamika və farmakokinetikası
C) Xəstəliyin müddəti
D) Mikrofloranın xarakteri və həssaslığı
E) Digər dərmanlarla qarşılıqlı təsiri
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
202) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?
A) İrinli ifrazatın həcmi
B) İrinli ocağın yerləşməsi
C) İrinli ifrazatın xarakteri
D) İltihabın yayılması
E) Mikrofloranın xarakteri və həssaslığı
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
203) Kəskin hematogen osteomielitdə sümükdaxili təzyiq hansı müddətə ölçülməlidir?
A) 30-40 dəq
B) 60 dəq
C) 10-15 dəq
D) 1-2 dəq
E) 20-25 dəq
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
204) Kəskin hematogen osteomielitdə diaqnostik osteoperforasiya zamanı irin alınarsa, sonrakı taktika hansıdır?
A) Sümük iliyi kanalının yuyulması
B) Sümükdaxili təzyiqin ölçülməsi
C) Yaranın drenlənməsi
D) Əlavə osteoperforasiya
E) Yaranın tikilməsi
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
205) Stasionara kəskin hematogen osteomielitlə ağır vəziyyətdə uşaq daxil olmuşdur. Aparılan intensiv tədbirlərə baxmayaraq bir sutkadan sonra xəstə ölmüşdür. Göstərilən hansı gediş variantına aiddir?
A) Yarımçıq gedişli
B) Septikopiemik
C) Xroniki
D) İldırım surətli
E) Uzun sürən
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
206) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 2 il ərzində proses kəskinləşməmişdir. Göstərilən hansı gediş variantına aiddir?
A) Septikopiemik
B) Uzun sürən
C) İldırım surətli
D) Xroniki
E) Yarımçıq gedişli
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
207) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 aydan sonra yerli irinli ifrazata malik sviş, rentgenoqramda sekvestr qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?
A) Uzun sürən
B) Xroniki
C) Septikopiemik
D) Yarımçıq gedişli
E) İldırım surətli
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
208) Kəskin hematogen osteomielit keçirmiş uşaqda 10 ay müalicə aparılmış, 2 il ərzində proses kəskinləşməmişdir. Yerli olaraq dəyişiklik yoxdur, R-ci osteoskleroz əlamətləri qeyd edilir. Göstərilən hansı gediş variantına aiddir?
A) Septikopiemik
B) Xroniki
C) Uzun sürən
D) Yarımçıq gedişli
E) İldırım surətli
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
209) Kəskin hematogen osteomielitdə xəstəliyin kəskin dövrünün müddəti hansı təşkil edir?
A) 1 aya qədər
B) 2-3 aya qədər
C) 4-8 aya qədər
D) 12 aya qədər
E) 8-10 aya qədər
Ədəbiyyat: Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
210) Yeddi yaşlı uşaq budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 3-cü sutkasında ağır vəziyyətdə daxil olub. Yanaşı olaraq intoksikasiya, pnevmoniya. Hansı vacib icra edilməlidir?
A) Əməliyyatönü hazırlıqdan sonra osteoperforasiya
B) Antibiotiklərin sümükdaxili yeridilməsi
C) Təcili osteoperforasiya
D) İnfuzion və antibakterial terapiya, planlı osteoperforasiya
E) Əməliyyatönü hazırlıqdan sonra yumşaq toxumaların kəsilməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
211) Kəskin hematogen osteomielitin erkən diaqnostikasında hansı üsul daha dürüstdür?
A) Yumşaq toxumaların diaqnostik punksiyası
B) Sümükdaxili təzyiqin ölçülməsi
C) Osteofleboqrafiya
D) Elektrorentgenoqrafiya
E) Yaxmanın bakterioskopiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
212) Uşaqda ilkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də olub, ağrı və hərarətin qalxması ilə periodik kəskinləşmə verir. Hansı tədbir uşağa vacibdir?
A) Müşahidə
B) Antibiotikoterapiya
C) Planlı əməliyyat
D) Diaqnostik punksiya
E) Təcili əməliyyat
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
213) İlkin-xroniki osteomielit ocağı qamış sümüyünün yuxarı 1/3-də R-ci olaraq təyin edilmişdir. Şikayəti yoxdur, qan analizləri normada. Hansı tədbir xəstəyə məsləhətdir?
A) Planlı əməliyyat
B) Müşahidə
C) Diaqnostik punksiya
D) Təcili əməliyyat
E) Antibiotikoterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
214) Dörd yaşlı uşaqda budun aşağı 1/3-nin kəskin hematogen osteomieliti ilə xəstəliyinin 2-ci sutkasında toxumaların punksiyası zamanı irin alınmadı. Əməliyyata hansı daxildir?
A) Antibiotikoterapiya əzələdaxili
B) Venadaxili antibiotikin yeridilməsi
C) Dərinin kəsilməsi, osteoperforasiya
D) Yumşaq toxumaların kəsilməsi
E) Yumşaq toxumaların kəsilməsi, osteoperforasiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
215) Kəskin hematogen osteomielitdə (metadiafizar zədələnmə) ciddi immobilizasiya hansı müddətə aparılmalıdır?
A) 1-1,5 həftə
B) 1 həftə
C) Göstəriş deyil
D) 4 həftə
E) 2-aya qədər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
216) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə formalaşmış sekvestral qutu olarsa, hansı göstərişdir?
A) Sekvestrektomiya
B) Sümükdaxili antibiotikoterapiya
C) Müşahidə
D) Voronçixin əməliyyatı
E) Fizioterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
217) Hematogen osteomielitlə xəstəliyin yarımkəskin dövründə sümüyün diffuz zədələnməsi sekvestrasiya ilə müşayiət olunmursa, hansı göstərişdir?
A) Sümükdaxili antibiotikoterapiya
B) Müşahidə
C) Çoxsaylı transdermal osteoperforasiya
D) Sekvestrektomiya
E) Fizioterapiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
218) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiq göstəricisi normada neçə olmalıdır?
A) 122-140 mm.su süt.
B) 160-180 mm.su süt.
C) 96-122 mm.su süt.
D) 140-160 mm.su süt.
E) 90 mm.su süt.-dan aşağı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
219) Kəskin hematogen osteomielitə şübhə olarsa, sümükdaxili təzyiqin ölçülməsinə göstəriş nədir?
A) Anamnezində travma
B) Bir oynağın zədələnməsi ilə revmatizm
C) Ətrafda ağrının olması və yüksək hərarət
D) Bütün göstərilən hallarda
E) Yumşaq toxumaların xəstəliyi sindromu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
220) Kəskin hematogen osteomielitdə dekompressiv osteoperforasiya nəyə imkan vermir?
A) Sümükdaxili təzyiqi ölçməyə
B) Sümük iliyi kanalından sitoloji müayinə üçün ifrazat götürməyə
C) Ağrını götürməyə
D) Aydın olmayan hallarda diaqnozu dəqiqləşdirməyə
E) İltihab ocağını tam sanasiya etməyə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
221) Kəskin hematogen osteomielitdə yumşaq toxumaların drenaj müddəti necə müəyyən edilir?
A) Ağrı sindromunu götürməklə
B) Rentgenoloji göstəricilərin dinamikası ilə
C) Əhvalın yaxşılaşması ilə
D) Laborator göstəricilərin dinamikası ilə
E) Patoloji ifrazatın xarakteri və miqdarı ilə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
222) Kəskin hematogen osteomielitdə immobilizasiya əməliyyatdan sonrakı dövrdə nəyi təmin etmir?
A) Ağrının azalmasını və iltihabın məhdudlaşmasını
B) Kontrakturanın inkişaf etməməsini
C) Sümük toxumasının sürətli bərpasını
D) Lazımi sakitliyi
E) Çıxıq və deformasiyanın inkişaf etməməsini
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
223) Kəskin hematogen osteomielitdə ətrafın ciddi immobilizasiyası xəstəliyin normal gedişi zamanı hansı müddətdən çox saxlanmamalıdır?
A) 2-3 ay
B) 1 ay
C) 1,5 həftə
D) 1 həftə
E) 2-3 həftə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
224) Kəskin hematogen osteomielitdə uzun dövrün müddəti nə qədərdir?
A) 1 aya qədər
B) 6-8 aya qədər
C) 8-10 aya qədər
D) 2-3 aya qədər
E) 12 aya qədər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
225) Xroniki osteomielitdə tipik R-ji əlamətlər hansıdır?
A) Sümükdə kortikal qatın dağılma və aydın görünməməsi
B) Alabəzək osteoparez əlamətləri
C) Paraossal toxumanın sıxlaşması
D) Periostal reaksiya simptomu
E) Osteoskleroz, sekvestrlərin formalaşması, sümük iliyi kanalının obliterasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
226) Kəskin hematogen osteomielitdə osteoperforasiya zamanı təzyiqlə irin xaric olarsa, sonrakı etapda nə icra edilməlidir?
A) Sümükdaxili antibiotikoterapiya
B) Sümükdaxili təzyiqin ölçülməsi
C) Daimi yuyulma sisteminin təşkili
D) Ətrafın immobilizasiyası
E) Yaranın rezin buraxıcılara qədər tikilməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
227) Epifizar osteomielitdə iki tərəfli açıq drenləmə nə zaman göstərişdir?
A) Punksiya üsulu effektiv olmadıqda
B) Göstəriş deyil
C) Paraartikulyar fleqmonada
D) İlkin punksiya zamanı çoxlu ifrazat müəyyən edilərsə
E) Diaqnozun təyin edildiyi bütün hallarda
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
228) Kəskin hematogen osteomielitin patogenezində nə əsas əhəmiyyət daşıyır?
A) Natamam qidalanma
B) Travma
C) Törədicinin yüksək səviyyəli birmomentli kontaminasiyası
D) Uzun müddətli KRVİ (ORVİ)
E) Orqanizmin sensibilizasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
229) Kəskin hematogen osteomielitin ən çox rast gəlinən törədicisi hansıdır?
A) Protey
B) Bağırsaq çöpü
C) Qızılı stafilokokk
D) Streptokokk
E) Göy-yaşıl irin çöpü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
230) Epifizar osteomielitlə xəstələrin cərrahi müalicəsində taktiki səhv hansı sayılır?
A) Artrotomiya
B) Oynağın ikitərəfli drenajı
C) Oynağın punksiyası
D) Paraartikulyar sahənin drenajı
E) Oynağın təkrar punksiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
231) Epifizar osteomielitə şübhə zamanı hansı göstərişdir?
A) Osteoperforasiya
B) Oynağın drenajı
C) Osteopunksiya və sümükdaxili təzyiqin ölçülməsi
D) Antibakterial müalicə və müşahidə
E) Oynağın diaqnostik punksiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
232) Epifizar osteomielitdə «quru artritin» əmələ gəlməsində səbəbkar flora hansıdır?
A) Qramm-müsbət
B) Assosiativ flora
C) Anaerob flora
D) Mikrofloranın xarakteri əhəmiyyət daşımır
E) Qramm-mənfi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
233) Kəskin irinli mediastinit zamanı divararalığının açılması üçün hansı üsüllar istifadə edilə bilər?
A) Total orta sternotomiya
B) Kombinəolunmuş torakotomiya variantları
C) Stemmer üsulu ilə sternotomiya və Daniels kəsiyi
D) Nasilov kəsiyi, Dobromıslov üsulu ilə arxa torakotomiya, Razumovski üsulu
E) Ön-yan torakotomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
234) Boyun nahiyyəsindəki irinli proseslər döş boşluğuna necə keçir?
A) Böyük arterial və venoz damarlar boyunca
B) Döş sümüyünün arxa səthi boyunca
C) Boyun fassiyaları boyunca
D) Traxeya boyunca
E) Qida borusu boyunca
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
235) İri bronxların vərəminin hansı formaları endoskopik olaraq fərqləndirilə bilər?
A) Iltihabi aktivliyin I dərəcəsi, II dərəcəsi, III dərəcəsi və IV dərəcəsi
B) Ödemli, stenotik çapıq
C) Infiltrativ, indurativ, xoralı, psevdotumoroz
D) Kataral, hemorragik, irinli
E) Infiltrativ, xoralı, fistulalı, çapıq stenoz
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
236) Ağciyərin qanqrenasını qanqrenoz absesdən hansı əlamətə görə fərqləndirmək qəbul edilmişdir?
A) Ağciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə
B) Klinik mənzərəsinə görə
C) Immunoqramma və hemoqrammaya görə
D) Ağciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə
E) Auskultativ məlumatlara görə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
237) Empiema boşluğunun fenestrasiyasının—plevral pəncərə qoyulmasının əsas şərti hansıdır?
A) Empiema boşluğunun ən aşağı nöqtəsi
B) Irinin ən çox toplandığı nöqtə
C) Plevral boşluğun yalnız yan və arxa şöbələrində
D) Empiema boşluğunun mərkəzi
E) Plevral boşluğun yalnız ön şöbələrində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
238) Aşağıdakı xəstələrdən hansında ağciyər xərçənginin gedişi daha tez-tez spesifik plevritlə ağırlaşır?
A) Adenokarsinomada
B) Iri hüceyrəli xərçəngdə
C) Kiçik hüceyrəli xərçəngdə
D) Yastı hüceyrəli xərçəngdə
E) Parlaq hüceyrəli xərçəngdə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
239) Boyunun karbunkulu zamanı göstəriş hansılardır?
A) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
B) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
C) Əzələdaxili antibiotiklər,daxilə sulfanilamid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
D) Vişnevski məlhəmilə isti kompres,daxilə sulfanilomid preparatları,vitaminoterapiya,ultrabənövşəyi şüa verilməsi
E) Vişnevski məlhəmilə isti kompres,əzələdaxili antibiotiklər,daxilə sulfanilomid preparatları,vitaminoterapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
240) Hidradenitin törədicisinə əsasən hansı aiddir?
A) Stafilokokk
B) Protey
C) Streptokok
D) Bağırsaq çöpləri
E) Göy-yaşıl irin çöpləri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
241) Fleqmona üçün qeyd olunanlardan hansılar xarakterikdir?
A) Bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
B) Ümumi halsızlıq, lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
C) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası
D) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi,lokal ağrı,dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
E) Ümumi halsızlıq,bədən hərarətinin yüksəlməsi, dərinin lokal hiperemiyası,ətrafı kapsula ilə əhatə olunmuş irinlik
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
242) Antibiotiklərə qarşı davamlılığın inkişafına hansı təsir göstərmir?
A) Antibiotiklərin qeyri-steroid iltihab əleyhinə dərmanlarla birgə istifadəsi
B) Uzun sürən antibakterial müalicə
C) İnvaziv diaqnostika və müalicə üsullarının tətbiqi
D) Yüksək doza antibiotiklərin tətbiqi
E) Yüksək dərəcəli risk xəstələrinin genişləndirilməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
243) Kəskin hematogen osteomielitdə skelet dartmasının tətbiqi nə zaman göstərişdir?
A) Qamış sümüyünün distal zədələnməsində
B) Budun distal zədələnməsində
C) Budun proksimal zədələnməsində
D) Qamış sümüyünün proksimal zədələnməsində
E) İncik sümüyünün zədələnməsində
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
244) Kəskin hematogen osteomielitlərdə osteoperforasiyadan sonra hansı müddətə kontrol rentgenoqram çəkilir?
A) 1 həftə
B) 1,5 həftə
C) 2,5 həftə
D) 2 həftə
E) 3 həftə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
245) Aşağı ətrafın tam həcmdə yüklənməsinə budun yuxarı 1/3-nin kəskin hematogen osteomielitində, orta hesabla, hansı müddətdən sonra icazə verilir?
A) 3 ay
B) 6 ay
C) 2 ay
D) 5 ay
E) 4 ay
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
246) Beta-laktam antibiotiklərə hansı aiddir?
A) Penisillin, sefalosporin; karbapenem
B) Penisillin, sefalosporin
C) Karbapenem, monobaktam
D) Penisillin, karbapenem
E) Penisillin, sefalosporin; karbapenem, monobaktam
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
247) Xloramfenikolun arzuolunmaz reaksiyaları hansıdır?
A) Nefrotoksik təsir
B) Ototoksik təsir
C) Nefrotoksik və ototoksik təsir
D) Hepatotoksik
E) Aplastik anemiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
248) Göy-yaşıl irin çöpünün gentamisinə qarşı davamlılığı aşkar edilərsə, hansına üstünlük verilməlidir?
A) Neomisin
B) Kanamisin
C) Streptomisin
D) Tobramisin
E) Amikasin
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
249) Linkomisinin arzuolunmaz reaksiyaları hansıdır?
A) Nefrotoksik
B) Psevdomembranoz kolit
C) Ototoksik
D) Aplastik anemiya
E) Qıcolma
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
250) Xroniki osteomielit keçirmiş uşaqda 2 il ərzində proses kəskinləşmişdir. Yara ifrazatının bakterioloji müayinəsində metisillinə davamlı qızılı stafilokokk aşkar edilərsə, nə məsləhət görülməlidir?
A) Vankomisin
B) Fortum
C) Gentamisin
D) Ampisillin/sulbaktam
E) Sefazolin
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
251) Peritonitlə əməliyyat olunmuş xəstədə bakterioloji müayinədə qram-mənfi flora aşkar edilərsə, nə məsləhət görülməlidir?
A) Amikasin
B) Kanamisin
C) Gentamisin
D) Sefazolin
E) Levomisetin
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
252) Kəskin hematogen osteomielitlə xəstədə dekompresion osteoperforasiya zamanı təzyiq altında qan alındı. Əməliyyatın necə bitirilməsi məqsədəuyğundur?
A) Bir mənfəzli borularla axar üsulla yumaq üçün drenləmə
B) İki mənfəzli boru ilə drenləmə
C) Əməliyyat yarasının kip tikilməsilə
D) Yumşaq toxumalarda rezin buraxıcı saxlamaqla
E) Paraossal sahənin Redon üsulu ilə drenajı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
253) Kəskin hematogen osteomielitlə xəstədə əməliyyat zamanı sümüküstlüyüaltı və əzələ arasına irin toplanması aşkar edilir. Dekompresion osteoperforasiyadan sonra nə göstərişdir?
A) Paraossal sahənin Redon üsulu ilə drenajı
B) Yumşaq toxumalarda rezin buraxıcı saxlamaqla
C) İki mənfəzli boru ilə drenləmə
D) Əməliyyat yarasının kip tikilməsilə
E) Bir mənfəzli borularla axar üsulla yumaq üçün drenləmə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
254) Kəskin hematogen osteomielitdə sümük iliyi kanalının sanasiya və drenajına nə göstərişdir?
A) Göstəriş deyil
B) Uzun sürən xəstəlikdə və sümüyün total zədələnməsində
C) Xəstəlik törədicisinin antibiotikə qarşı davamlılığı aşkar edilərsə
D) Böyük təzyiqlə qan alınarsa
E) Antibiotiklərin yeridilməsi üçün həmişə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
255) Çanaq sümüklərinin kəskin hematogen osteomielitində hansı halda operativ müdaxilə göstərişdir?
A) Diaqnoz KT ilə təsdiqlənərsə
B) Diaqnoz ehtimal edilərsə
C) Həmişə konservativ müalicə göstərişdir
D) Diaqnoz R-ji təsdiqlənərsə
E) Yumşaq toxumalarda irinli yığıntı olarsa
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
256) Osteomielitik prosesin tam yekunlaşması hansı müddətə baş verə bilər?
A) 1 il
B) 6 ay
C) 6-8 ay
D) 1,5-2 il
E) 3 il
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Uşaqlarda torakal cərrahiyyə
257) Yenidoğulmuş körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun olmaması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin ageneziyası
B) Ağ ciyərin aplaziyası
C) Ağ ciyərin hipoplaziyası
D) Atelektaz
E) Bullalar
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
258) Bir aylıq körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun kor surətdə qurtarması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin ageneziyası
B) Ağ ciyərin aplaziyası
C) Kistoz hipoplaziya
D) Atelektaz
E) Ağ ciyərin hipoplaziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
259) Körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada pay bronxlarının daralması, R-mda sağda total kölgəlik qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin aplaziyası
B) Bronxoektaziya
C) Ağ ciyərin hipoplaziyası
D) Atelektaz
E) Ağ ciyərin ageneziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
260) Təsviri R-mda ağ ciyər toxumasının görünüşü şəkilli olub, bronxoqrammda sağ ağ ciyərin bütün sahəsi boyunca çoxsaylı girdə törəmələr, bronxoskopiyada çoxlu irinli ifrazat qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin hipoplaziyası
B) Kistoz hipoplaziya
C) Bronxoektaziya
D) Ağ ciyərin ageneziyası
E) Ağ ciyərin aplaziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
261) Ağır vəziyyətdə olan yenidoğulmuşda solda tənəffüs zəifdir, təngnəfəslik, perkutor sağda qutu səsi, R-mda sağda ağ ciyərin şəffaflığının artması, ciyər şəklinin isə kəskin azalması müəyyən edilir. Sağda aşağı şöbədə üçbucaqşəkilli kölgəlik divararalığının kölgəsinə bitişir. Divararalığı sola doğru yerini dəyişib, sol ağ ciyərin şəffaflığı azalıb. Diaqnoz hansıdır?
A) Gərgin pnevmotoraks
B) Lobar emfizema
C) Ağ ciyərin ageneziyası
D) Ağ ciyərin hipoplaziyası
E) Ağ ciyərin kistası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
262) R-mda bazal seqmentlər nahiyyəsində girdə formalı kölgəlik, aortaqrafiyada aortadan patoloji kölgəliyə doğru gedən damar aşkar edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin şişi
B) Ağ ciyərin sekvestrasiyası
C) Divararalığının şişi
D) Ağ ciyərin kistası
E) Atelektaz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |