Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.
Tab – kursorun bir neçə mövqe yerinə dəyişdirilməsi üçün istifadə edilir.
Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər.
Mouse – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.