“2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları
Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 26 noyabr 2010-cu il
№ 222
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2011-2015-ci illər üçün şəkərli diabet üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların
müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına əsasən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə
2006-2010-cu illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul
edilmişdir.
Həmin Dövlət Proqramı qəbul edildikdən sonrakı dövr ərzində şəkərli diabet
xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşmış və onların şəkərsalıcı dərman
preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülmüşdür.
Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilmişdir.
Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması
üçün şərait yaratmış və qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə
artmışdır.
Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların
sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata
keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilmişdir. Lakin
bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı
durmadan artır və bu tendensiya davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə şəkərli diabetin profilaktikasına
ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan
xərclərdən dəfələrlə azdır.
Qeyd olunanları nəzərə alaraq, 2011-2015-ci illəri əhatə edən bu Dövlət Proqramında
profilaktik tədbirlərə xüsusi yer verilmiş, əsas diqqət xəstələrə göstərilən tibbi
yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan
fəsadların qarşısının alınmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- respublikada şəkərli diabet xəstəliyinin yayılmasının qarşısının alınması;
- şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatının
yaxşılaşdırılması;
- əhalinin şəkərli diabetə dair maarifləndirilməsi;
- şəkərli diabet xəstələrinin ömürlərinin uzadılması, həyat keyfiyyətinin
yaxşılaşdırılması və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi
müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə”
bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Sıra
№-si
Tədbirin adı
İcraçılar
İcra
müddəti
(illər üzrə)
1
2
3
4
1. Tədbirlər Proqramının həyata keçirilməsində təşkilati tədbirlər
1.1.
Şəkərli diabet xəstələrinin vahid elektron
registrinin və məlumat bazasının
yaradılması
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2012
2. Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası
2.1.
Şəkərli diabetin fəsadlarının
profilaktikası məqsədi ilə tibb
müəssisələrində təlim məktəbləri
şəbəkəsinin genişləndirilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
2.2.
Şəkərli diabet xəstələrinin insulin və
digər şəkərsalıcı dərman preparatları,
özünənəzarət vasitələri ilə davamlı təmin
edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
mütəmadi
2.3.
Şəkərli diabet xəstəliyinin kompensasiya
mərhələsinin müəyyən edilməsi məqsədi
ilə tibb müəssisələrinin qlükozalaşmış
hemoqlobinin təyini üçün avadanlıq və
reaktivlərlə təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2012
2.4.
Şəkərli diabetin diaqnostikası və
müalicəsi üzrə klinik protokolların
hazırlanması və tətbiqi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
2.5.
Şəkərli diabetə düçar olmuş uşaq və
gənclər üçün yay düşərgələrinin təşkili,
onların tibb işçiləri və tibbi ləvazimatla
təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
3. Kadr hazırlığı
3.1.
Şəkərli diabetin profilaktikası,
diaqnostikası və müalicəsi üzrə
mütəxəssislərin hazırlanması
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
3.2.
Şəkərli diabetlə mübarizə üzrə
mütəxəssislərin beynəlxalq konqres,
konfrans və simpoziumlarda iştirakının
təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
3.3.
İlkin səhiyyə xidməti müəssisələrində
çalışan tibb işçiləri üçün şəkərli diabetin
aşkarlanması və müalicəsi üzrə
treninqlərin təşkili
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
4. Şəkərli diabetlə mübarizəyə dair maarifləndirmə
4.1.
Şəkərli diabetin profilaktikasına dair
populyar ədəbiyyatın, bukletlərin,
vərəqələrin, plakatların çap edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011—
2015
4.2.
Kütləvi informasiya vasitələri ilə şəkərli
diabetin profilaktikasına dair
məlumatların verilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi,
kütləvi informasiya
vasitələri
2011—
2015
Document Outline
Dostları ilə paylaş: |