13) Gənclər sektorunun əsas problemlərinin həlli üçün Avropa İttifaqı tərəfindən verilən təkliflər nələrdir ? Gənclərin gündəlik həyatlarına, eləcə də demokratik həyata cəlb olunması yollarının təmin edilməsi fəaliyyət göstərən demokratiya və bütövlükdə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Gənclərin iştirakına diqqət yetirmək xüsusilə vacibdir, çünki bu gün qəbul edilən istənilən qərar indiki gənc nəsilə ən uzun təsirini göstərəcək. Bundan başqa, gənclərin yaş qrupu digər yaş qruplarına nisbətən siyasi qurumlarda daha az təmsil olunur və qərarların qəbulu proseslərinə təsir etmək və iştirak etmək imkanları daha azdır. Aİ Gənclər Strategiyası gənclərin əhəmiyyətli mülki, iqtisadi, sosial, mədəni və siyasi iştirakını hədəfləyir. Buna görə də gənclərin cəlb edilməsi Aİ gənclər siyasəti sahəsində gələcək əməkdaşlığının təməl daşına çevrilməlidir. Bu həm də o deməkdir ki, gənclər Aİ-nin Gənclər Strategiyası, eləcə də milli gənclər strategiyaları kimi onları maraqlandıran siyasətlərin işlənib hazırlanmasında, həyata keçirilməsində və qiymətləndirilməsində söz sahibi olmalıdırlar. Mümkün qədər inkluziv olmaq və mövcud və qarşıdan gələn çağırışlara uyğunlaşmaq üçün yeni və alternativ iştirak formalarını araşdırmaq olduqca vacibdir.
-Bütün gəncləri cəmiyyətdə və demokratik proseslərdə inklüziv demokratik iştiraka həvəsləndirmək və təşviq etmək, — Yerli, regional, milli və Avropa səviyyəsində gənclərin həyatına təsir göstərən siyasətlərin işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsində gəncləri, gənclər təşkilatlarını və digər gənc işçi təşkilatçılarını fəal şəkildə cəlb etmək; — Gənclərin iştirak və öz hüquqlarını tanıyaraq, yerli, regional və milli səviyyədə gənc nümayəndəliklərinin yaradılmasına və inkişafına, nümayəndəli gənclər strukturlarının tanınmasına və onların yerli, regional, milli və Avropa orqanlarının işinə daxil edilməsinə dəstək vermək; — Vətəndaşlıq təhsili və öyrənmə strategiyaları vasitəsilə bütün səviyyələrdə qərar qəbuletmə proseslərinə gənclərin müxtəlif səslərini (youth voice) daxil etmək və vətəndaşlıq səriştələrinin inkişafına təkan vermək üçün Aİ Gənclər Dialoqunu (1) dəstəkləmək, — “İştirak etməyi öyrənmək” imkanlarını dəstəkləmək və inkişaf etdirmək, iştiraklı aksiyalara marağı artırmaq və gənclərə iştiraka hazırlaşmaqda kömək etmək, — Demokratik iştirakın innovativ və alternativ formalarının istifadəsini araşdırmaq və təşviq etmək, — Maneələri aradan qaldırmaq və daha az imkanları olan gənclərə xüsusi diqqət yetirməklə və dəstək tədbirlərini həyata keçirməklə bütün gənclərin mobillik imkanlarına, o cümlədən vətəndaş cəmiyyəti sektorunda könüllülük imkanlarına çıxışın təmin edilməsi; — Aİ-nin maliyyələşdirmə vasitələri ilə milli, regional və yerli sxemlər arasında dəstək sxemlərini inkişaf etdirmək və qarşılıqlı tamamlanma və sinerji axtararaq gənclərin həmrəyliyə cəlb edilməsini təşviq etmək; — Aİ-nin müvafiq maliyyə proqramlarının layihələndirilməsi, həyata keçirilməsi və qiymətləndirilməsində gəncləri və gənclər təşkilatlarını fəal şəkildə cəlb etmək; — Ən yaxşı təcrübələri bölüşmək və qeyri-formal və qeyri-rəsmi öyrənmə yolu ilə əldə edilmiş bacarıq və səriştələrin təsdiqi və tanınması üçün effektiv sistemlər üzərində gələcək işlərin aparılması, eləcə də həmrəylik və könüllülük fəaliyyətləri də daxil olmaqla, qeyri-formal və qeyri-rəsmi öyrənmənin təsdiqinə dair 2012-ci il üzrə Şura Tövsiyəsinin icrasını davam etdirmək. — Gənclərlə işin keyfiyyəti, innovasiyası və tanınması üçün Avropa Gənclərlə İş Gündəliyini hazırlamaq və həyata keçirmək. Potensialın tam üzə çıxarılması üçün gənc nümayəndəliklərin, gənclər təşkilatlarının, gənc işçilərin və tədqiqatçıların təcrübələrini birləşdirmək lazımdır. Avropa Şurasının bu sahədə həyata keçirdiyi işlərlə gələcək sinerji təşviq edilməlidir; — Yerli, regional, milli və Avropa səviyyəsində keyfiyyətli gənclərlə işin inkişafına, o cümlədən bu sahədə siyasətin işlənib hazırlanmasına, gənc işçilər üçün təlimlərə, hüquqi bazaların yaradılmasına və resursların kifayət qədər ayrılmasına dəstək ; — Gənclərlə iş üzrə fəaliyyətin bütün səviyyələrdə, o cümlədən aşağı səviyyədə dəstəklənməsi və gənclər təşkilatlarının gənclərlə iş və qeyri-formal təhsil vasitəsilə sosial inteqrasiyanın inkişaf təminatçıları kimi tanınması, bu sahədə milli, regional və yerli fəaliyyətə hörmət göstərilməsi; — Geniş çeşidli xidmətlər təqdim edən və/yaxud məlumat, o cümlədən karyera, sağlamlıq və münasibətlər, təhsil, mədəniyyət və məşğulluq imkanları üzrə rəhbərlik və dəstək daxil olmaqla, məlumatların təmin edilməsi və bu məlumatlara asanlıqla çata bilən gənclərlə əlaqə nöqtələri yaratmaq və bu əlaqələri mümkün qədər inkişaf etdirmək.