Cihaz düyümlərİnİn yığılma texnologİyası XVI fəsİl Sökülən bİrləşmələrİn yığılması


Dişli və sonsuz vint ötürmələrinin yığılması



Yüklə 0,88 Mb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#44094
1   2   3   4   5   6
FƏSİL 16

16.4. Dişli və sonsuz vint ötürmələrinin yığılması
Dişli ötürmələrin işinə təsir edən əsas amil dişli çarx-ların dişlərarası yan araboşluğudur (şəkil 16.10). Araboşluğuna aşağıdakı amillər təsir göstərir: oxlararası məsafənin xətası, reduktorların gövdələrinin, vallarının və dişli çarxların hazır-lanma xətaları, eləcə də iş prosesində yaranan istilik deforma-siyaları. Dişli birləşmələrin normal işi üçün göstərilən ara-boşluğu sıfra bərabər olmalıdır. Araboşluğuna təsir edən amil-lər çox olduğundan ötürmənin işinə əsaslanmış araboşluğunun minimal qiymətini təmin etməli oluruq. Maşın və cihaz-qayırmada, əsasən 6-9 dəqiqlik dərəcəsindən istifadə olunur. Dişli və sonsuz vint birləşməsinin yığılma prosesində yığılan detalların və onların qarşılıqlı vəziyyətinin hazırlanma dəqiq-liyinin yan araboşluğunun son dəqiqliyinə təsirini nəzərə almaq lazımdır.


Şəkil 16.10. Dişli ötürmədə yan araboşluğu C0

Dişli və sonsuz vint ötürmələrində bütün müxtəlif konstruksiyalar üçün iki tipik əməliyyat mövcuddur: dişli çarxı valın üzərinə yerləşdirməli və “valları yığımda” reduktorun gövdəsinə yerləşdirməli.

Dişli çarxın vala yerləşdirilməsi onda çarxın bərkidilmə üsulundan asılıdır. Əksər hallarda dişli çarxları işgil ilə valın diametri üzrə keçid oturtma ilə yerlşdirirlər. Dişli çarxları prizmatik işgillə valın üzərinə birbaşa presləməklə yerləşdi-rirlər. İşgil yuvasının işgilə nisbətən vəziyyət xətası  (şəkil 16.11) işgilin kəlləsində dəyirmilik radiusu R ilə ödənilir. Seqment işgilləri 0,2-0,5mm haşiyəyə malikdir və buna görə  xətasınını ödənilməsi çətinlik törədir. Dişli çarxın seqmentli işgillə valın üzərinə preslənməsi iki mərhələdə aparılır: öncə işgilsiz dişli çarxı işgil yuvasının yarısınadək presləyir, sonra işgili yerləşdirir və dişli çarxı axıradək presləyirlər.  xətası dişli çarxın döndərilməsi ilə ödənilir.


Şəkil 16.11.Dişli çarxın vala yerləşdirmə sxemi:

1-sıxma prizması; 2-dayaq prizması; 3-val; 4-işgil;

5-dişli çarx
Yığılmış valları reduktora yerləşdirdikdə dişli birləşmə alınır. Dişli çarxlar ilişməsinin ən sadəsi valların sökülən gövdələrə yığılmasında alınır. Bu zaman birləşmə dişli taca toxunan üzrə alınır.

Dişli birləşmələrdə yan araboşluğunun dəqiqliliyinin təmini ötürmənin tipindən asılıdır. 7-ci dəqiqlik dərəcəsində və daha kobud olan silindrik dişli birləşmələrdə lazım olan yan araboşluğunu tam qarşılıqlı əvəzolunma üsulunu istifadə etdikə alırlar. Daha dəqiq ötürmələr üçün dişli çarxları emal etdikdən sonra onları sürtmə əməliyyatına uğratmaq lazımdır. Sürtməni xüsusi dəzgahlarda aparırlar. Sürtmədən sonra dişli çarxları markalayır və yığıma verirlər. Yığılmış dişli birləşmələrdə yan araboşluğunu təyin etmək üçün çarxlardan birinin valını 2 tərtibatı ilə bərkitmək, ikinci dişli çarxın valına 1 sağanağını geydirmək (şəkil 16.12) lazımdır. Sağanağı yellətdikdə 3 indikatorunun göstəricilərinin fərqi birləşmədə yan araboşlu-ğuna bərabər olacaqdır. 3 indikatorunun dayağı və 2 tərtibatı reduktorun gövdəsini əvəz edir. Dairə üzrə bir neçə ölçmə aparmaqla orta araboşluğunu təyin etmək olar. Dişli ilişmənin son nəzarəti görüşmə (kontakt) ləkəsinə görə təyin edilir (şəkil 16.13).


Şəkil 16.12. Dişli birləşmədə yan araboşluğunun nəzarət sxemi


Dişlərə boya çəkilir və dişli çarxları fırladırlar. Görüşmə ləkəsi dişin səthi üzrə bərabər (dişin səthinin 60%-dən çox) paylanmalıdır (şəkil 16.13,a), görüşmə düzgün olma-dıqda boyanın ləkələri sürüşür (şəkil 16.13,b,c,d). Birləşmənin xətasını kəmiyyətcə qiymətləndirmək üçün xüsusi ölçmələr aparmaq lazımdır.


Şəkil 16.13. İlişmənin nəzarəti boya üzrə aparılarkən ləkələrin

formaları


Konik dişli ötürmələrdə yan araboşluğunu yığma zamanı tənzim edirlər. İlişmə düzgün olduqda hər iki çarxın bölgü çevrələrinin konusunun doğuranı bir nöqtədə kəsişir (“0” nöqtəsi, şəkil 16.14). Lakin emal və yığma xətaları konusların təpələrinin (oxboyu sürüşməsinə) oxlarının hər üç müstəvilərdə çarpazlaşmasına səbəb olur. Yığma zamanı yalnız oxboyu sürüşməni araqatılarının köməyilə tənzimləmək olar.




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin