IV Bölmə
Cİhaz düyümlərİnİn yığılma
texnologİyası
XVI fəsİl
Sökülən bİrləşmələrİn yığılması
16.1. Yığma dəqiqliyinin təminolunma üsulları
Məmulun ölçü zəncirlərinin qapayıcı bəndlərinin verilən dəqiqliyinin təmini üsulunu konstruktor texniki layihəni tərtib edərkən seçir. Yığma texnoloji prosesini layihələn-dirərkən texnoloq qəbul edilmiş qərarı yoxlayır.
Yığma zamanı detalların birləşməsinin tələb olunan də-qiqliyi tam, natamam və qrup şəklində qarşılığlı əvəzolunma, tənzimləmə və fərdi uyuşdurma üsulları ilə təmin edilir.
Lazım olan yığma dəqiqliyinin təminolunma üsulu mə-mulun ölçü zəncirlərinin hesabı əsasında seçilir və yoxlayırlar. Əgər verilən ölçü zəncirinin qapayıcı bəndinə konstruktorun tə-yin etdiyi müsaidə (max-min-a hesablanmış) təşkiledici bənd-lərinin müsaidələri cəminə bərabər və ya ondan çoxdursa , onda tam qarşılıqlı əvəzolunma üsulu mümkündür. Bu üsul az saylı bəndləri olan ölçü zəncirləri üçün yararlıdır. Belə ki, çoxbəndli ölçü zəncirlərində və yüksək dəqiqlikli yığ-mada aralıq bəndlərin müsaidələri çox sərtdir, bu isə rentabelli deyildir.
Müəyyən qədər zay alınmaya (0,27%) risk edərək, ölçü zəncirinin aralıq bəndlərinin müsaidələrini bir az genişlən-dirmək olar, bununla natamam qarşılıqlı əvəzolunma üsulunu təmin etmək olar.
Qapayıcı bəndi yüksək dəqiqliyə malik olan azbəndli ölçü zəncirlərində qrup şəklində qarşılıqlı əvəzolunma üsulu tətbiq edilə bilər. Qrup şəklində ölçü qruplarının sayının seçilməsi birləşmənin xarakterindən və iş şəraitindən asılıdır. Ölçü qruplarının sayı optimal olmalıdır. Çeşidləməyə, qablaş-dırmaya, saxlamaya, uçota və s. əməliyyatlara sərf olunan xərc-lər ölçü qruplarının sayından asılıdır.
Çeşidlənmiş detallardan optimal komplektləşdirilmə məsələlərinin həlli üçün heablama texnikasından geniş istifadə edilir.
Hər qrupun oturtma müsaidəsi
,
burada, -uyğun olaraq əhatəedilən və əhatəedən detalların konstruktor müsaidələri; -uyğun olaraq əhatə-edilən və əhatəedən detalların texnoloji müsaidələridir; n-qrup-ların sayıdır.
Bu üsul üzrə bütün verilənlər (birləşmə səthlərinin ha-zırlanmasına verilən müsaidə və qrupların sayı) yığma cizgi-sində texniki şərtlərdə aydın şərh olunmalıdır.
Əgər qarşılıqlı əvəzolunma üsulları yaramırsa, onda konstruktor tənzimləmə və ya uyuşdurma üsullarını seçmək haqqında qərar verir. Tənzimləmə üsulunu seçdikdə konstruk-tor sərt və tənzimlənən ödəyicilər (şəkil 16.1) nəzərdə tutur və sərt ödəyici üçün hədd ölçüləri, qrup ölçüləri və tənzimlənən ödəyici üçün yerdəyişmənin qiyməti qeyd edilir.
Uyuşdurma üsulunu seçdikdə, uyuşdurulma aparılacaq səth və ona nəzərdə tutulan(qalan) pay cizgidə gösətərilməlidir (şəkil 16.2).
Əgər, texnoloq analiz əsasında daha rasional yığma üsulu təklif etmişdirsə, qərar konstruktorla razılaşdırıldıqdan sonda dəyişdirilə bilər.
Şəkil 16.1. Dəqiqliyin tənzimləmə üsulu ilə təmini:
1-sərt ödəyici; 2-tən-zimlənən ödəyici
Şəkil 16.2. Dəqiqliyin fərdi uyuşdurma ilə təmini
Dostları ilə paylaş: |