Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə289/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

287



götürülməlidir. Qan təmiz pipetka və  şpris ilə ürəkdən və periferik 

venalardan 5-10 ml həcmində götürülür. Qanın bədən boşluqlarından 

götürülməsi məqsədəuyğun deyil. Təşrih otağında qan götürülməsi 

üçün  əşyalar olmalı  və onların hər bir nümunə götürüldükdən sonra 

təmizlənməlidir.  

Saxlanılma və göndərilmə vaxtından və müayinəsindən asılı 

olaraq qan Birliyin müvafiq laborator şöbələrinə maye və  tənzifdə 

qurudulmuş halda göndərilə bilər. Maye qan təmiz flakonlara yığılır, 

rezin və polietilen tıxacla qapanır. Göndərilmə uzun müddət tələb 

edirsə, qan Petri kasasında 4-6 dəfə qatlanmış  tənzifdə qurudulur. 

Qurudulmuş qanın tənzifdə 4-6 sm

2

 sahəni tutması 



məqsədəuyğundur. Yuyulmuş, yaxşı yaxalanıb qurudulmuş tənzifdən 

istifadə etmək daha yaxşıdır. Çünki təzə bint və  tənzifdə olan 

appretur zərdaba və seroloji reaksiyalara mənfi təsir edir. Tənzifdə 

olan qan qurudulduqdan sonra onun təsadüfi çirklənməsinin qarşısını 

almaq üçün qablaşdırılması lazımdır. Qurudulmuş qan nümunəsi ilə 

birlikdə qurudulmada istifadə olunan təmiz tənzifdən kəsərək bükülür 

və laboratoriyaya göndərmək üçün müstəntiqə verilir. Bir qayda 

olaraq qanın konservləşdirilməsi qəti olmaz.  

Kəskin çürümə prosesinə  məruz qalmış, skeletləşmiş, 

mumifikasiyaya uğramış meyitlərdən qan götürmək mümkün deyilsə, 

1x1x0,5 sm ölçüdə yumşaq toxuma hissələri, hər iki əl barmağı 

dırnaqları kökündən kəsilməklə, tüklər soğanaqları ilə birlikdə, 5-10 

sm uzunluqda borulu sümük fraqmentləri sümük iliyi ilə birlikdə, 

böyük köpək dişləri (6,7,8-ci dişlər, patoloji dəyişikliklər olmadığı 

halda) və ya əzələ toxuması götürülür. 

Ağız suyu nümunəsi onun qrup mənsubiyyətini müəyyən etmək 

və onun hansı konkret şəxsə  mənsub olma mümkünlüyünü təyin 

etmək üçün qan və ifrazat ləkələrinin tədqiqatı zamanı götürülür. 

Məsələn, cinsi cinayətlərin tədqiqi zamanı  şübhəli  şəxsdən və 

zərərçəkmişdən ağız suyunun nümunəsi alınır. Çünki onların qan və 

ifrazat qarışığı maddi sübutlarda aşkar oluna bilər. Nümunə kimi ağız 

suyu canlı  şəxslərdən alınır.  Şəxs ağzını yaxaladıqdan sonra ağız 

suyu 2-3 ml miqdarda sınaq  şüşələrinə  yığılır, sentrofuqalaşdırılır, 

çöküntü üstü maye tənzif üzərinə keçirilib otaq temperaturunda 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin