Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
343
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini
müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək;
- aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti
ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək;
- tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat
obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin
etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək.
Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparılması üçün
zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur:
- avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı
vasitələri əldə etmək;
- texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına
əməl olunmasını təmin etmək;
- təqdim edilmiş tədqiqat obyektlərini və iş üzrə materialların
qorunub saxlanmasını təmin etmək.
Dostları ilə paylaş: |