Şakir Musayev


Maddə 19. Komisyon məhkəmə ekspertizası



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə356/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   352   353   354   355   356   357   358   359   ...   516
Maddə 19. Komisyon məhkəmə ekspertizası 

Komisyon məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki 

nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır. 



 

Şakir Musayev  

 

348



Məhkəmə ekspertizasının komisyon xarakteri onu təyin etmiş 

orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri 

tərəfindən müəyyən edilir. 

Komisyon məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması 

onu təyin etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası 

idarəsinin rəhbərinə həvalə edilir. 

Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər 

qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar. 

Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə 

edilmiş  hər bir ekspert müstəqildir və  sərbəst olaraq özünün əldə 

etdiyi və başqa ekspertlər tərəfindən  əldə olunmuş  nəticələri 

qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara 

cavab verir. 

Komisyon məhkəmə ekspertizası aparılarkən onu təyin etmiş 

orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri 

ekspertlərin fəaliyyətini  əlaqələndirmək, ümumi tədqiqat planını 

işləyib hazırlamaq və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün 

ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin 

səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir. 

Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. 

Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir. 

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna 

səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib 

edir. 


 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin