Maddə 20. Kompleks məhkəmə ekspertizası
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik
sahələrindən istifadə etməklə tədqiqat aparılmasını tələb edərsə,
kompleks məhkəmə ekspertizası təyin edilir.
Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması
ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu
maddəsində müəyyən edilmiş qaydada həll edilir.
Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən
ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və
həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir.
|