Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə456/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   452   453   454   455   456   457   458   459   ...   516
 

Şakir Musayev  

 

418



Maddə 276. Nümunələrin götürülməsi protokolu 

276.1. Nümunələri götürdükdən sonra müstəntiq protokol tərtib 

edir və həmin protokolda aşağıdakılar göstərilir: 

276.1.1. nümunələrin götürüldüyü tarix, vaxt və yer; 

276.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

276.1.3. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən 

şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və 

yer, iş yeri, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

276.1.4. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən 

şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd; 

276.1.5. tədqiqat üçün nümunələrin götürülməsinin 

xüsusiyyətləri, o cümlədən tədqiqat üçün nümunələrin götürülməsi 

zamanı hansı nümunələrin və hansı yolla götürüldüyü, habelə 

tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino 

çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilib-

edilməməsi barədə qeyd; 

276.1.6. yerinə yetirilməsi ardıcıllığı ilə nümunələrin 

götürülməsi üçün görülmüş  tədbirlər, tətbiq edilən elmi-texniki üsul 

və vasitələr, habelə nümunələrin özünün təsviri; 

276.1.7. müşahidə edilməsi ardıcıllığı ilə nümunələrin 

götürülməsi zamanı bütün aşkar olunanlar (nümunələrin 

götürülməsinin halları və nəticələri təfərrüatı ilə göstərilir). 

276.2. Tədqiqat üçün nümunələrin götürülməsi protokolu ona öz 

qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu 

istintaq hərəkətinin bütün iştirakçıları  tərəfindən imzalanır. Protokol 

bir neçə  səhifədə  tərtib edildikdə, onun hər bir vərəqi göstərilən 

istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 

276.3. Protokola tədqiqat üçün götürülmüş nümunələr  əlavə 

edilir. Tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və 

kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə 

edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa 

məlumat daşıyıcıları protokola əlavə olunur. 

 

 

 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin