Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə459/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   455   456   457   458   459   460   461   462   ...   516
 

Şakir Musayev  

 

420



 

Maddə 331. Məhkəmə baxışında ekspertiza 

331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi 

halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək 

icraat mərhələsində verdiyi rəy tədqiq edilir. 

331.2. Məhkəməyədək icraat zamanı  rəy vermiş ekspert 

aşağıdakı hüquqlara malikdir: 

331.2.1. məhkəmə baxışında və ekspertizanın predmetinə aid 

olan sübutların tədqiq edilməsində iştirak etmək

331.2.2. təqsirləndirilən, zərər çəkmiş  şəxsin,  şahidlərin 

dindirilməsində, maddi sübutların müayinəsində  və digər istintaq 

hərəkətlərinin aparılmasında iştirak etmək. 

331.3. Ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət 

prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi 

tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə 

ekspertiza təyin etmək hüququna malikdir. 

331.4. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza təyin 

edilmədikdə cinayət prosesinin tərəfləri məhkəmə baxışında 

ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldıra bilərlər. 

331.5. Cinayət prosesinin tərəfi özünün yazılı  vəsatətində 

aşağıdakıları göstərməlidir: 

331.5.1. ekspertin rəy verəcəyi sualları; 

331.5.2. hansı halların araşdırılmalı olduğunu; 

331.5.3. kimin ekspert qismində  cəlb edilməsi məsələsinə dair 

təkliflərini. 

331.6. Cinayət prosesinin hər bir tərəfi aşağıdakı hüquqlara 

malikdir: 

331.6.1. ekspertizanın təyin edilməsi haqqında  əks tərəfin 

vəsatəti ilə tanış olmaq; 

331.6.2. bu Məcəllənin 331.5-ci maddəsində  nəzərdə tutulmuş 

məsələlərə dair öz fikrini bildirmək. 

331.7. Bu Məcəllənin 140.0.1 — 140.0.4-cü maddələrində 

nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün ibtidai araşdırma 

zamanı ekspertiza keçirilməmişdirsə, məhkəmə ekspertizanın 

aparılmasını  təmin etməlidir. Bu və digər hallarda ekspertiza təyin 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin