Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop
maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda
əldə etmə və ya saxlama
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal
etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik
vəsitələri və ya psixotrop maddələri satma
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|