Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
453
Qeyd: Pul məbləği, qiymətli kağızların, əmlakın və ya əmlak
xarakterli digər mənfəətin dəyəri minimum əmək haqqı məbləğinin
beş min misli miqdarından yuxarı olduqda rüşvətin miqdarı «külli
miqdar» hesab olunur.
Maddə 312. Rüşvət vermə
312.1. Şəxsən və ya vasitəçidən istifadə etməklə vəzifəli şəxsə
rüşvət vermə
minimum əmək haqqı məbləğinin min mislindən iki min
mislinədək miqdarda cərimə və ya minimum əmək haqqı məbləğinin
beş yüz mislindən min mislinədək miqdarda cərimə edilməklə və ya
edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər
(hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət
vermə
minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min
mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Rüşvət verən şəxs tərəfindən tətbiq edilən hədə-qorxu
nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq
dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən
azad edilir.
Dostları ilə paylaş: |