Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə85/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   516
 

Şakir Musayev  

 

80



məqsədləri cinayət izlərinin, həmçinin götürülməsi və  tədqiqat 

aparılması  tələb olunan digər sübutların aşkar olunması  və  təsbit 

olunmasıdır. Bu baxış, axtarış, götürmə, müayinə,  şübhəli  şəxsin 

saxlanması və dindirilməsi, zərərçəkmiş və şahidin dindirilməsi kimi 

prosessual hərəkətdir. 

«Təxirəsalınmaz» və «ilkin» anlayışlar bir-biri ilə uyğun gələ və 

gəlməyə  də bilər.  Əksər hallarda, təxirəsalınmaz və ilkin istintaq 

hərəkətləri sübutların müəyyən və  təsbit olunması  məqsədi daşıyır, 

istintaqın ilkin mərhələsində aparılır. Bu zaman həmin anlayışlar üst-

üstə düşür.  İlkin istintaqdan sonra olan istintaq hərəkətləri nəinki 

sübutların müəyyən və  təsbit edilməsinə, həm də onların tədqiqi, 

qiymətləndirilməsi və istifadə olunmasına yönəlir. Bunlara istintaq 

eksperimenti, müqayisəli müayinə üçün nümunələrin götürülməsi

tanınmanın aparılması  və digər istintaq hərəkətləri aiddir. Eyni 

zamanda istənilən digər istintaq hərəkəti istənilən istintaq 

mərhələsində təxirəsalınmaz xarakter ala bilər. Məsələn, zərərçəkmiş 

şəxs  əvəzinə digər  şəxsin basdırılması barədə  məlumat olduqda 

ekshumasiya və meyitin tanınmasının aparılmasına təxirəsalınmaz 

prosessual hərəkət kimi baxılır. 

İstintaq hərəkətləri işi icraata qəbul etmiş müstəntiq, işin 

istintaqına nəzarət edən prokuror tərəfindən, eləcə  də  tədqiqat 

orqanları  tərəfindən sərbəst yaxud müstəntiqin tapşırığı ilə aparıla 

bilər. (CPM, maddə 177.4). 

Qanun ancaq qaldırılmış  və istintaq olunan cinayət işi üzrə 

istintaq hərəkətlərinin aparılmasının mümkünlüyünü nəzərdə tutur. 

Təxirə salınması mümkün olmayan hallarda cinayət işi qaldırılana 

qədər hadisə yerinə baxış keçirilməsi istisna olunur (CPM, maddə 

207.4). 


Hazırkı cinayət işi üzrə  tədqiqat və ya istənilən istintaq 

hərəkətlərinin aparılmasına, həmin cinayət işi üzrə əməliyyat-axtarış 

tədbirləri keçirmiş  və ya keçirən  şəxsin mütəxəssis kimi cəlb 

olunmasına yol verilmir. İstintaqı dayandırılmış cinayət işi üzrə 

istintaq hərəkətlərinin, eyni zamanda məhkəmə ekspertizasının 

aparılması qanun pozuntusudur (CPM, maddə 277.6). 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin