Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə118/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   516
 

Şakir Musayev  

 

114



sahəsində mütəxəssislərin) iştirakı ilə elmi-məsləhətçi işçi 

qruplarının; 

-  fövqəladə halların (kütləvi ölümlə nəticələnən təbii, texnoloji 

fəlakətlər və s) nəticələrinin aradan qaldırılması  şəraitində  işləyən 

mobil ekspert və istintaq-əməliyyat qruplarının. 

Müştərək fəaliyyətin müsbət təcrübələrinin ümumiləşdirilməsi və 

onların tətbiqi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin məhkəmə-

tibbi təminatının səmərəliliyinin artırılması yollarının təyini, təşkilati-

ştat strukturunun, maddi-texniki bazanın,  əməkdaşlıq edən 

subyektlərin işlərinin prosessual və metodik əsaslarının 

təkmilləşdirilməsi aşağıdakı yollar ilə həyata keçirilir:  

-  müsbət təcrübənin ümumiləşdirilməsi, məhkəmə-tibbi 

ekspertiza təşkilinin bütün səviyyələrində (Respublika tabeli 

mərkəzləşdirilmiş şəhər və rayon şöbələri) yaranan qarşılıqlı iradların 

və çatışmamazlıqların müzakirəsi və onların aradan qaldırılması üçün 

tədbirlərin görülməsi üzrə birgə müşavirələrin keçirilməsi; 

-  birgə  işin təşkili üzrə  əmrlərin hazırlanması, razılaşdırılması 

və yerinə yetirilməsinə nəzarət edilməsi; 

-  məhkəmə-tibbi xidmətin və hüquq-mühafizə orqanlarının 

işinin təkmilləşdirilməsinə dair təklifləri  əks etdirən analitik 

materialların və məktubların yuxarı instansiya idarəetmə orqanlarına 

hazırlanıb göndərilməsi; 

Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə hüquq-mühafizə 

orqanları  əməkdaşlarının professional hazırlığının və  məhkəmə-tibb 

ekspertlərinin hüquqi  

hazırlığının təkmilləşdirilməsi aşağıdakı formada həyata keçirilə 

bilər: 

♦  müstəntiq, hakim və daxili işlər orqanlarının əməliyyat heyəti 

üçün məhkəmə-tibbi ekspertiza məsələləri, ekspert idarəsinin işinin 

təşkili, ekspert fəaliyyətini tənzimləyən qanunverici və  təşkilati 

normativ-metodik sənədlərin məzmunu, ekspertizaların qeydiyyatının 

təşkili və bu qeydiyyatların istintaqın marağında istifadə imkanları və 

digər məsələlər üzrə  həsr edilmiş mühazirələrin və tematik 

məşğələlərin keçirilməsi; 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin