Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
ŞAKİR MUSAYEV
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
Dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir
(Dövlət və hüquq bölməsinin 03.05.2007-ci il tarixli 16 saylı qərarı)
1
Bakı - 2008
Şakir Musayev
2
RƏYÇİLƏR: Bakı Dövlət Universitetinin “Cinayət hüququ”
kafedrasının professoru h.e.d. Firudin Səməndərov.
Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”
kafedrasının professoru t.e.n. Şamil Səlimxanov.
Şakir Məzlum oğlu Musayev
– tibb elmləri doktoru, professor
Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı:
Bakı 2008: Dərslik 455 səh.
Dərslikdə qanunvericilikdə və normativ aktlarında
son dəyişikliklər nəzərə
alınmaqla məhkəmə-tibbi fəaliyyətin hüquqi, təşkilati, metodoloji aspektləri geniş
şərh edilmiş, cinayət mühakimə icraatında məhkəmə-tibbi amillərin
ümumiləşdirilmiş xarakteristikası verilmişdir.
Dövlət məhkəmə-tibbi xidmətinin hüquq-mühafizə orqanları və cinayət
mühakimə icraatının digər iştirakçıları ilə müştərək fəaliyyətinin təşkilinin sistemi
təklif olunmuşdur.
Şəxsiyyətin həyatı və sağlamlığı əleyhinə olan cinayətlərin təhqiqatında
səmərəliliyin artırılması üçün məhkəmə-tibb ekspertlərinin istintaq eksperimentinə,
dindirilməyə, ifadələrin yoxlanılmasına, tanınmaya, ekshumasiyaya, müqayisəli
tədqiqat üçün nümunələrin götürülməsinə cəlb olunması konkret misallarda
göstərilmişdir.
Material respublikamızda və xaricdə çap olunmuş xüsusi məhkəmə-tibbi
kriminalistik və hüquqi ədəbiyyatların hərtərəfli öyrənilməsinə və müəllifin şəxsi
təcrübəsinə əsasən hazırlanmışdır.
Vəsait ali təhsil müəssisələrinin tibb və hüquq fakültələrinin tələbələri,
dinləyiciləri, müdavimləri, eləcə də müəllimlər, elmi işçilər, səhiyyənin təşkili üzrə
mütəxəssislər, xüsusən də məhkəmə tibb ekspertləri, hüquq mühafizə, istintaq və
məhkəmə orqanlarının əməkdaşları üçün tərtib edilmişdir.
© Ş.M.Musayev, 2008