Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə178/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   516
 

Şakir Musayev  

 

174



8.5. Dindirilmədə ekspertin (mütəxəssisin) 

fəaliyyətinin təşkili və məzmunu. 

 

Dindirilmənin vaxtı, yeri və keçirilmə qaydası müstəntiq 

tərəfindən müəyyən edilir və ekspertin istintaq hərəkətində  iştirakı 

nəzərdə tutulursa, bütün sualları onunla razılaşdırır. Hər bir konkret 

halda müstəntiq istintaq edilən cinayətin növünə, prosessual hərəkətin 

məqsədinə  və mütəxəssisin vəzifələrinə, güman edilən istintaq 

variantlarına, dindirilən  şəxsin mövqeyinə  və s. əsaslanır. 

Dindirilmədən  əvvəl müstəntiq mütəxəssisin  şəxsiyyətini və 

səlahiyyətliliyini təyin etməli, onun dindirilənə qarşı  şəxsi 

münasibətini aydınlaşdırmalı, dindirilmədə  işin bütün halları  və 

dindirilmənin predmeti haqda məlumatlandırılmış ekspertin iştirakını 

dindirilən  şəxsə açıqlamalıdır. Mütəxəssisə isə onun hüquqları, 

vəzifələri və onları yerinə yetirməkdən imtina etməsinə görə 

məsuliyyət daşıması izah edilir və dindirilmə protokolunda müvafiq 

qeydlər edilir. 

Dindirilmə bir qayda olaraq, şəxsin hadisənin ona məlum olan 

halları barədə, törədilməsində şübhəli bilindiyi cinayət haqda, yaxud 

ona irəli sürülən ittihamnamənin mahiyyəti üzrə  sərbəst məlumat 

verməyi ilə başlayır. Zərurət yarandıqda, müstəntiq  şərh olunmuş 

məlumatlara aid və dindirilənin verdiyi ifadələrdə aydın olmayan 

hallar barədə bir sıra dəqiqləşdirici, əlavə və yoxlayıcı suallar verir. 

Dindirilmədə  iştirak edən məhkəmə-tibbi ekspertinə bu 

taktikadan istifadə etmək məsləhətdir - əvvəlcə ifadələri dinləmək, 

sonra onları  dəqiqləşdirmək və ya konkretləşdirmək üçün əlavə 

suallar verməyə cəhd etmək. Dindirilmənin gedişində dindirilən şəxsə 

dəqiqləşdirici suallar verməyə  və ya bəzi halların işin mahiyyətinə 

aid olmamasını başa salmağa yol verilir.  

Ekspert dindirilən  şəxsə sualları ancaq müstəntiq, məhkəmə 

vasitəsi ilə  və ya onların icazəsi ilə verə bilər. Müstəntiqin icazəsi 

olmadan dindirilmənin gedişinə müdaxilə etmək ciddi taktiki səhv 

kimi baxılmalıdır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin