Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır
zərər vurma
131.1.Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma
minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
131.2.Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma
minimum əmək haqqı məbləğinin beş yüz mislinədək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |