Maddə 152. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma
və ya
seksual xarakterli digər hərəkətlər etmə
Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa
hərəkətlər etmə
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 153. Əxlaqsız hərəkətlər
Təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı
zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|