Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə149/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   516
 

Şakir Musayev  

 

146



nadir hallarda müstəntiq öz təşəbbüsü ilə mütəxəssis mülahizələrini 

protokola qeyd edir ki, bu da sübutu əhəmiyyət kəsb etmir. 

Əldə edilmiş  nəticələrin yekun qiymətləndirilməsi bir qayda 

olaraq müstəntiq tərəfindən istintaq hərəkəti çərçivəsindən kənarda 

aparılır. Bu məqsədlə ya ekspertiza təyin edilir və yaxud da ekspert 

dindirilə bilər.  

Mütəxəssisin fikrini aydınlaşdırmaq üçün eksperti dindirməklə, 

ilkin,  əlavə ya təkrari ekspertizaların keçirib-keçirilməməsini 

müstəntiq və  məhkəmə müəyyən edir. Lakin, CPM, müvafiq 

prosessual həllin  əsasını  dəqiq müəyyən etmir. Məsələn,  əlavə 

ekspertizanın təyin edilməsi (maddə 267) və ekspertin dindirilmə 

səbəbləri (maddə 272) praktik olaraq bir-birinə çox uyğundur. Təkrar 

ekspertizanın təyin olunması üçün əsaslardan biri olan ekspert rəyinin 

əsassızlığı deyildikdə, nəyin başa düşülməsi məcəllədə 

açıqlanmamışdır. Buna görə  də mütəxəssis (ekspert) bu sualın 

həllindən kənarda qalmamalı, öz fikir və mülahizələrini müstəntiqə 

və  məhkəməyə bildirməlidir. Fikrimizcə, istintaq hərəkəti 

nəticələrinin qiymətləndirilməsindən sonra qərar qəbul etmək üçün 

aşağıdakı alqoritmi qanunvericiliklə ziddiyyət təşkil etməz.  

-  əgər prosessual hərəkətin nəticələri ekspert tərəfindən  əvvəl 

verilmiş rəylə obyektiv ziddiyyət təşkil edirsə, onun əsaslı və düzgün 

olmasından  şübhələnməyə  əsas verir və bu suallar üzrə  təkrar 

ekspertiza təyin olunmalıdır;  

- əgər prosessual hərəkətin nəticəsi kimi, əvvəllər ekspertə məlum 

olmayan yeni məlumat ortaya çıxırsa və onun qiymətləndirilməsi 

üçün xüsusi tədqiqat lazımdırsa və  əvvəllər tədqiq olunmuş  iş 

materiallarına dair müstəntiqdə yeni suallar yaranırsa, onda əlavə 

ekspertiza təyin edilir; 

-  əgər alınan məlumatlar, onun mahiyyətində  əks olunmayaraq, 

ekspert rəyini tamamlayır və ya ona əlavələr edilərsə  və 

mütəxəssisdən xüsusi tədqiqatlar aparılmadan aydınlaşdırılmanı tələb 

edirsə, müstəntiq ekspertin dindirilməsini keçirə bilər; 

- istintaq hərəkətinin, ekspert nəticələrinin yoxlanılması 

məqsədilə keçirildiyi, lakin onların təsdiq edildiyi və heç bir yeni 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin